Məhkəmə qərarları › İş №2(060)-314/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-314/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-314/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1940-cı ildə Bakı şəhəri, Pirəküşkül qəsəbəsində doğumunun qeyd edilməsi faktını müəyyən etməklə, onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, bərpa ediləcək yeni doğum haqqında şəhadətnamədə onun barəsində olan qeydin “Ərizəçi”, ata qrafasında ata barədə qeydin “Dadaşov Əliövsət oğlu”, ana qrafasında ana barədə qeydin “Cəmilə Mirhüseyn qızı” kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1940-cı ildə Bakı şəhəri, Pirəküşkül qəsəbəsində anadan olmuşdur. Ona doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında məktəbə getmiş, pasport və şəxsiyyət vəsiqəsi almışdır. Onun X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qardaşı X1 boşanmış və övladı yoxdur. O, qardaşının ikinci növbə qanun üzrə vərəsəsi kimi mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, ona qohumluq münasibətinin müəyyənləşdirilməsi üçün doğum haqqında şəhadətnaməsini təqdim etməsi bildirilmişdir. O, doğum haqqında şəhadətnaməni itirdiyi üçün Milli Arxivə müraciət etmiş, lakin ona verilən cavabda Bakı şəhəri, Binəqədi rayonu üzrə akt qeydləri kitabında onunla bağlı məlumatın olmadığı, 1940-cı illərdə doğulanlarla bağlı Bakı şəhəri, Pirəküşkül qəsəbəsi üzrə akt qeydlərinin arxivə verilmədiyi bildirilmişdir. Bu əsasla ərizənin təmin edilməsini xahiş edir. Sumqayıt şəhər qeydiyyat şöbəsi də akt qeydləri kitabında onun doğumu ilə bağlı məlumat aşkar edilmədiyi üçün ona doğum haqqında şəhadətnamə verməmiş və bu faktın müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Doğumunun qeyd edilməsi faktı ona doğum haqqında şəhadətnamənin verilməsi üçün lazımdır. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddiasına etiraz etmədiklərinin və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, eyni məzmunlu izahat verdi və onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 bildirdi ki, ərizəçi onun qaynıdır. Ərizəçinin atasının adı Əliövsət, soyadı isə Dadaşovdur. O, ərizəçinin qardaşının həyat yoldaşıdır. Ərizəçi 1940-cı ildə doğulmuşdur. Ərizəçi uşaqların ən böyüyüdür. Onun yoldaşı isə 1946-cı il təvəllüdlüdür. Ərizəçinin anasının adı Cəmilədir. Qaynatasını görməmişdir. O, xx.xx.1971-ci ildə gəlin köçmüşdür. Qaynatası o, gəlin köçəndən 1 il qabaq vəfat etmişdir. Onun övladları doğulduqdan sonra qaynanası Cəmilə xanım vəfat etmişdir. Cəmilə xanımın vəfat tarixini dəqiq bilmir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, ərizəçi onun qardaşıdır. Ərizəçi 1940-cı ilin mart ayında doğulmuşdur. Əliövsət onun atası, Cəmilə isə anasıdır. Onun sənədində ata adı düzgün qeyd olunmamışdır. Uşaqların ən böyüyü 1936-cı il təvəllüdlü bacısı olmuşdur. Bacısı vəfat etmişdir. Onun yeddi qardaşı olmuş, onlardan təkcə Firudin sağdır. Firudin uşaqların ikincisidir. 3-cü uşaq olan bacısı Xanzada 1943-cü il təvəllüdlüdür. Məhkəmə iclasında şahid X3 bildirdi ki, ərizəçi onun dayısıoğludur. Ərizəçinin atasının adı Əliövsət, anasının adı isə Cəmilədir. O, ərizəçinin valideynlərinin hər ikisini görmüşdür. O, Firudinin nə zaman doğulduğunu dəqiq bilmir. Ərizəçi 5 qardaş, 4 bacıdırlar. Gediş-gəlişi çox olmadığından dəqiq bilmir. O, Firudinin iki qardaşını və iki bacısını tanıyır. Xanzada və Leylanı, Firudin və Aliddini tanıyır. Məhkəmə, ərizəçinin və onun nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən Ərizəçi müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpasının mümkün olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1940-cı ilə dair Bakı şəhəri Kirov (Binəqədi) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında Ərizəçi təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda bildirilmişdir ki, 1940-cı ilə dair Bakı şəhəri Pirəküşkül qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi adına tərtib edilmiş doğum haqqında akt qeydi Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığı üçün akt qeydinin göndərilməsi imkanları xaricindədir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Abşeron rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1940-cı il Abşeron rayonu Pirəküşkül icra nümayəndəliyi üzrə doğum haqqında akt qeydləri kitabı 2017-ci ildə Abşeron rayon Dövlət Arxivinə təhvil verilmişdir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 75 il saxlama müddətinin başa çatması ilə əlaqədar Bakı şəhəri Maraqlı şəxs 1948-ci illərə qədər olan Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarını saxlanılması üçün Dövlət Arxivinə təhvil verilmişdir. Odur ki, hazırda qeydiyyat şöbəsində 1948-ci ildən sonraya aid olan Vətəndaşlıq vəziyyəti aktları saxlanılır. - Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən Ərizəçi adına olan doğum aktının surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı ildə doğulmuş, atasının adı Əliövsət Dadaş oğlu, anasının adı Cəmilə Mirhüseyn qızı olduğu göstərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Abşeron rayon Dövlət Arxivi tərəfindən ərizəçinin doğum aktının surəti məhkəməyə göndərilmişdir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. AR MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.2-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə Ərizəçi ərizəsinin qismən təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1940cı il”, doğulduğu yer “Bakı şəhəri, Pirəküşkül qəsəbəsi”, atasının adı qrafasında “Əliövsət Dadaş oğlu”, ana qrafasında “Cəmilə Mirhüseyn qızı” kimi qeyd olunmalıdır. Ərizəçi xx.xx.1940-cı il tarixdə Bakı şəhərinin Pirəküşkül qəsəbəsi doğumunun qeyd edilməsi faktı şahid ifadələri, sənədlərlə və digər işdəki sübutlarla müəyyən edilmədiyindən ərizə həmin hissədə təmin olunmamalıdır. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1940-cı il”, doğulduğu yer “Bakı şəhəri, Pirəküşkül qəsəbəsi”, atasının adı qrafasında “Əliövsət Dadaş oğlu”, ana qrafasında “Cəmilə Mirhüseyn qızı” kimi qeyd olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar