Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3147/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçilər Ərizəçi1, X6, X3 və Qaniyeva (Maliki) Əfsun Bəhmən qızının Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, X8, X7 və Qaniyeva (Maliki) Əfsun Bəhmən qızı Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X4 01.06.1951-ci ildə Zaqatala şəhərində doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması, atası X5, anası isə X1 olmasına dair doğum haqqında akt qeydinin bərpa olunması, X4 - X6 qardaşı, X4 - X3 bacısı, X4 - Qaniyeva (Maliki) Əfsun Bəhmən qızının atası olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmaılıdr. Belə ki, ərizənin məzmunundan göründüyü kimi ərizəçilər birgə qaydada məhkəməyə müraciət edərək, bir hissədə tələb qohumluq faktının müəyyən edilməsi, digər hissədə isə doğum akt qeydinin bərpasını xahiş etmişlər. Ərizəçilər sənədlər arasında ziddiyyət olduğu əsası ilə çıxış etsələrdə həmin ziddiyyətin nə ilə bağlı olması, həmin səhvin aradan qaldırılması ilə bağlı Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına müraciət etmələri və bundan imtina edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişlər. Belə ki, yol verilmiş səhvlər vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı baş vermişdirsə bu halda həmin səhvlər göstərilən orqanlar tərəfindən aradan qaldırılmalı, bundan imtina edildikdə isə MPM 37-ci fəslində nəzərdə tutulmuş xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməlidir. Sənədlər arasında ziddiyət vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə əlaqəli olmadığı halda şəxsin qohumluq faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunmuşdur ki, Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 306, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi1, X6, X3 və Qaniyeva (Maliki) Əfsun Bəhmən qızının Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3147/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3147/2022
18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver