Məhkəmə qərarları › İş №2(060)-3156/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3156/2021

05.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3156/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı zəbt olunmuş qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı zəbt olunmuş qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi «ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində qanunsuz inşa etdiyi hasarın sökülməsi, özünə məxsus əşyalarla birlikdə çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq «xxxx» ASC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası xx.xx.2021-ci il tarixə, saat 10:15-ə təyin edilmiş, məhkəmə baxış iclası xx.xx.2021-ci il tarixə, saat 11:20-ə təyin olunmuşdur. İddiaçı «xxxx» ASC və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin tarixdə məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı zəbt olunmuş qeyriyaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı zəbt olunmuş qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar