Məhkəmə qərarları › İş №2(060)-3161/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3161/2025

09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3161/2025 09.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «itirilmiş icra icraatının bərpa edilməsi tələbi»nə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «itirilmiş icra icraatının bərpa edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçilərə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçilər aidiyyət normalarına riayət etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsinə” dair 1 saylı əlavəsinin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 3-cü bəndinə əsasən məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. Həmin Əlavənin 10-cu bəndinə əsasən itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. Həmin Əlavənin 15-ci bəndinə əsasən 5-ci bəndinə əsasən itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sizin Sumqayıt Apellyasiya Məhkəməsinin 1MK-122/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin dublikatının icra edilməsi üçün icraya yönədilməsinə dair xx.xx.2024-cü il tarixli, 12008 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, xx.xx.2024-cü il tarizdə sözügedən mülki işin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarxli məktubunda qeyd olunmuşdur ki, 1MK-122/2003 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinin arxivində aşkar edilməmişdir. Müraciət araşdırılan zaman həmçinin müəyyən edilmişdir ki, 1MK-122/2003 saylı mülki iş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialına dövlət mühafizəsinə təhvil verilməmişdir (Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 20 sentyabr 2024-cü il tarixli məktubu). Göründüyü kimi Azəbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsinə” dair 1 saylı əlavəsinin 3-cü bəndinə əsasən itirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. Məhkəmə hesab edir ki, hazırki ərizə Sumqayıt Apellyasiya Məhkəməsinin 1MK- 122/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi əsasında açılmış icra icraatının bərpası ilə əlaqədar olduğundan aidiyyəti məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «itirilmiş icra icraatının bərpa edilməsi tələbi»nə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçilərə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar