Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3174/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) onun xx.xx.1971-ci il tarixində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi, doğum aktı qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1971-ci ildə Ermənistanın Cermuk şəhərində anadan olub. Həmin vaxt o doğum haqqında şəhadətnamə alıb. Lakin doğum haqqında şəhadətnaməni itirmişdir. Hal-hazırda müəyyən sənədlərin düzəlməsi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən ərizəçi xx.xx.1971-ci ildə, Ermənistan Respublikası, Cermuk şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 8 saylı Mənzil istismar Sahəsinin arayışına əsasən ərizəçi ünvan 1 ünvanında yaşayır. 000038 saylı diplomun surətindən görünür ki, ərizəçi 1991-ci ildə daxil olduğu Bakı Məişət Xidməti Texnikumunu 1993-cü ildə bitirmişdir. 2025690 saylı əmək kitabçasının surətində ərizəçinin doğum tarixi qrafasında xx.xx.1971-ci ildə anadan olduğu göstərilmişdir. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs 12.02.2021-ci tarixli, 05/Q-349/15 saylı məktubunda bildirmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 725101 saylı ərizəçinin qardaşı X1 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X5, anası isə X2r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçi xx.xx.1971-ci ildə, Ermənistanın Cermuk şəhərində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ərizəçinin qohumu olduğunu bildirdi və digər şahid İzzət Hüseynovun ifadəsinə uyğun məzmunda ifadə verdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi onun doğum faktının təsdiq edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında ərizəçinin xx.xx.1971-ci ildə Ermənistan Respublikası, Cermuk şəhərində anadan olması, atasının X5, anasının X6 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Ərizəçi ərizəsində həmçinin doğum akt qeydinin bərpa edilməsi, yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə tələblər qoysa da, həmin səkahiyyətlər məhkəməyə aid olmadığından ərizə həmin hissədə təmin edilə bilməz. Bu səbəbdən ərizə qismən təmin edilməli və ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1971-ci ildə, Ermənistanın Cermuk şəhərində anadan olması, atasının X5, anasının X6 olmasının qeyd edilməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3174/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3174/2021
31.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver