Məhkəmə qərarları › İş №2(060)-318/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-318/2022

12.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-318/2022 12.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Balahəsən oğluna, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Balahəsən oğlunun, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və onların azyaşı övladları 16.11.2012-ci il təvəllüdlü X3, 22.09.2009-cu i təvəllüdlü X1, 18.05.2018-ci il təvəllüdlü X7 və 03.11.2019cu il təvəllüdlü X4 ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRXnin Sumqayıt Ərazi İdarəsi tərəfindən 20.12.2014-cü ildə Çıxarış verilmişdir. Cavabdehlər ona məlum olmayan şəxslərdir. Cavabdehlərin mənzilində qeydiyyatda olması onun mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Onların qeydiyyatı formal xarakter daşıyır. Bundan əlavə cavabdehlərin azyaşlı övladları 16.11.2012-ci il təvəllüdlü X9, 122.09.2009-cu il təvəllüdlü X5, 18.05.2018-ci il təvəllüdlü X13 və 03.11.2019-cu il təvəllüdlü X10 da mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-318/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərardadı ilə Cavabdeh8 və Cavabdeh11 övladları 18.05.2018-ci il təvəllüdlü X7 və 03.11.2019-cu il təvəllüdlü X4 ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin eilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehlərdən Cavabdeh5 və Cavabdeh15 mənzilindən qeydiyyatdan çıxmışlar. Odur ki, onlara qarşı tələbi yoxdur, məhkəmə tərəfindən bu halın nəzərə alınmasını xahiş edir. Eləcə də bildirdi ki, Cavabdeh11 bacısı qızıdır, sonuncu övladları ilə birliklə bu mənzilə onun razılığı ilə formal qeydiydiyyata götürülmüşlər, bu mənzildə yaşamamışlar, istifadə hüquqları tanınmamışdır. Bundan başqa, Cavabdeh8 tanışı olmuş, onun razılığı ilə 2015-ci ildə mənzilə formal qeydiyyata götürülmüş, bu mənzildə yaşamamış, istifadə hüququ tanınmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 6 saylı evin, 13 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində 20.12.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 23 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli, 47 saylı arayışından görünür ki, Cavabdeh2, Cavabdeh6 Balahəsən oğlu, Cavabdeh14, Cavabdeh10, Cavabdeh7, X8, Cavabdeh9, 2012-ci il təvəllüdlü X9, 2009-cu i təvəllüdlü X6, Cavabdeh11, X14, X10, Cavabdeh1, Cavabdeh12, Cavabdeh8, Cavabdeh4, Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 13 saylı mənzildə daimi qeydiyyatdadırlar, lakin yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Keçmiş sakinlər olan cavabdehlər köçüb başqa yaşayış yerinə getmişlər, lakin mənzildən qeydiyyatdan çıxmamışlar. Mənzildə cavabdehlərə məxsus hər-hansı əmlak yoxdur. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayışyeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Məhkəmə digər cavabdehlər Cavabdeh5 və Cavabdeh15 qarşı iddiaçının tələbinin olmadığnı nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 Balahəsən oğlunun, Cavabdeh7, Cavabdeh10, Cavabdeh12, X2, Cavabdeh14, Cavabdeh9 onun azyaşı övladları 16.11.2012-ci il təvəllüdlü X3, 22.09.2009-cu il təvəllüdlü X1 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 Balahəsən oğlunun, Cavabdeh7, Cavabdeh10, Cavabdeh12, X2, Cavabdeh14, Cavabdeh9 onun azyaşı övladları 16.11.2012-ci il təvəllüdlü X3, 22.09.2009-cu il təvəllüdlü X1 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar