Məhkəmə qərarları › İş №2(060)-3197/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3197/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3197/2020 10.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdülhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mkr, ev 4B/28, 08 saylı, iki otaqlı mənzil Qeydiyyat vəsiqəsi ilə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh İsmayılova Vaqif qızı iddiaçının qızıdır və iddiaçının mənzilinə qeydiyyatdadır. Lakin 1996-cı ildə cavabdeh İİR vətəndaşı ilə nikaha daxil olmuş və mübahisəli mənzili daimi olaraq tərk etmişdir. Hazırda da cavabdeh İran İslam Respublikasında yaşayır. Cavabdehin iddiaçının evində qeydiyyatda olması onun mülkiyyət üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə ki, əmlakıözgəninkiləşdirmək istədikdə cavabdeh də mənzildə qeydiyyatda olduğundan onun razılığı tələb olunur. Halbuki cavabdeh faktiki olaraq mənzildə yaşamır, ailə quraraq mənzili tərk etmişdir. Hazırki halda onun mənzilə qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh anadan olduğu vaxtdan ailə qurub köçənədək bu mənzildə yaşamışdır. Hazırda da bəzən cavabdeh Azərbaycana gəlib gedir, lakin iddiaçı ilə əlaqələr yoxdur, münasibətləri gərgin olduğundan bu mənzilə gəlmir. Cavabdehin Azərbaycanda başqa yaşayış yeri olub-olmaması barədə məlumatı yoxdur. Cavabdehin ölkəyə girişçıxışı yoxlanarsa İran İslam Respublikasına getdiyi müəyyən edilər və bu hal onun mənzildə yaşamadığını, İran vətəndaşı ilə nikahda olduğunu sübut etmiş olar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının QeydiyyatıŞəhərsalma Kadastrıİdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Sumqayıt şəhər DTİ, MHQ və ŞKİ-nin xx xxxx 2005-ci il tarixli, 27 №-li protokolu əsasında rəsmiləşdirilmişdir. Sumqayıt İcra Hakimiyyəti MKTİB-nin 07 saylı MKS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 604 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında işin araşdırılan mübahisəsiz hallar ilə təsdiq olundu ki, mübahisə predmeti olan ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının qızı olan cavabdeh anadan olduğu vaxtdan (1975) bu mənzildə yaşamış, iddiaçının sözlərinə görə 1996-ci ildə ailə quraraq həmin evdən köçüb getmiş, həmin vaxtdan mübahisəli evdə yaşamamış və istifadə etməmişdir. Məhkəmə mübahisənin qanuni həlli üçün hesab edir ki, ilk növbədə mübahisə predmeti olan evə cavabdehin istifadə hüququnun olub-olmaması, daha sonra istifadə hüququna xitam verilməsi üçün hüquqi əsasların yaranıb-yaranmaması araşdırılmalıdır. Məhkəmə iddiaçı tərəfin göstərdiklərinə əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə (əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, cavabdeh mübahisəli mənzildə mülkiyyətçinin ailə üzvü kimi birgə yaşayaraq yaşayış sahəsindən bərabər istifadə etmək hüququ qazanmışdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 123-cü maddəsində vəümumiyyətlə, bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinəəsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünüəks etdirir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, mülkiyyətçi kompensasiya verməklə istifadə hüququna xitam verilməsini tələb edə bilər. Hazırki halda iddiaçı kompensasiya təklif etmədən cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Məhkəmənin həmin Qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinəəsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamıüçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunmasıüçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə qeyd olunan Qərarda göstərmişir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinəəsasən əmələ gələn keçmiş ailəüzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. İddiaçı tərəf cavabdehin 1996-cı il tarixdən mübahisəli evdən köçüb getdiyini, ailə quraraq İran İslam Respublikasında yaşadığını göstərərək həmin əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Belə ki, iddiaçı tərəf cavabdehin ailə qurduğunu, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiyini göstərsə də, cavabdehin nikahda olması, daimi yaşayış yeri olmaqla bu yaşayış sahəsinə ehtiyacının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəmə hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfin cavabdehin ölkəyə giriş-çıxışı yoxlanarsa İran İslam Respublikasına getməsinin müəyyən ediləcəyi barədə göstərdiyinə gəlincə məhkəmə hesab edir ki, şəxsin ölkə hüdudlarından kənara çıxması onun nikahda olması və daimi yaşayış yeri olmaqla yaşayış sahəsinə ehtiyacının aradan qalxması anlamına gəlməyə əsas vermir və bu göstərilən dəlil iddianın təmin edilməsi üçün yetərli sübut kimi qəbul edilə bilməz. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar