Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3204/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «uşaq və aliment tələbinə» dair ilkin iddia ərizəsi və Zayıdova (Əhmədova) Vüsalə Kamil qızının İddiaçı qarşı “uşağın atadan alınaraq ona verilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «uşaq və aliment tələbinə» dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, azyaşlı uşağı 16.07.2009-cu il təvəllüdlü X6 cavabdeh X1 alınaraq onun himayəsinə verilməsinə və 16.07.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X1 hər ay 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zayıdova (Əhmədova) Vüsalə Kamil qızı İddiaçı qarşı “uşağın atadan alınaraq ona verilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 16.07.2009-cu il təvəllüdlü X6 atası İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh X7 ilə el adətinə uyğun evlənmiş və aralarında Sumqayıt şəhər “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 29 mart 2014-cü il tarixdə 494 saylı nikah akt qeydi üzrə nikahları qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(060)-85/2016 saylı qətnaməsi ilə nikahları pozulmuş, 16.07.2009-cu il təvəllüdlü X10 və 27.12.2013-cü il təvəllüdlü X9 anaları X2 himayəsində saxlanmış, hər iki uşağın saxlanması üçün cəmi 216 manat alimentin tutulması qət edilmişdir. Lakin 16.07.2009-cu il təvəllüdlü X10 08.01.2021-ci il tarixdən onun yanındadır və anasının yanına qayıtmaq istəmir. Həmin vaxtdan uşağın onun himayəsində qalmasına baxmayaraq o uşağın saxlanılması üçün cavabdehə aliment ödəyir. Övladı təkidlə anasının yanına getməkdən imtina etdiyi üçün uşağın onun himayəsində saxlanılması üçün məhkəməyə müraciət etmişdir. Odur ki, 16.07.2009-cu il təvəllüdlü X6 onun himayəsinə verilməsi və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X1 175 manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X7 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırdı ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-85/2016 saylı, 07 yanvar 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə onun arasında olan Sumqayıt şəhər “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 29 mart 2014-cü il tarixdə bağlanmış və 494 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, 16.07.2009-cu il təvəllüdlü X10 və 27 dekabr 2013-cü il təvəllüdlü X11 onun himayəsində saxlanılmışdır. Həmin tarixdən uşaqlara qulluq edir, onların qayğısına qalaraq öz analıq borcunu yerinə yetirmişdir. Lakin 08.01.2021-ci tarixdə 16.07.2009-cu il təvəllüdlü X10 ilə ünsiyyət qurmaq üçün atası bir günlük adı ilə götürmüş və bu günə kimi uşağın qətnamə ilə onun yanında saxlanılması qeyd edilsə də, uşağı qaytarmamışdır. Hazırda isə uşağı yalanlarla dolduraraq onun yanına gəlməsinə imkan vermir. O, bir ana kimi övladının yanında qalmasını istəyir. Hətta o əlində olan şəkillərlə sübut edə bilər ki, uşağın tərbiyəsinə ziddi zərər yetirilir, atası övladının tərbiyəsini pozur və onun psixi inkişafına ciddi ziyan vurur. Bundan başqa övladını rayona apararaq uşağın dərslərindən yayınmasına və uyğunlaşdığı bacısından və mühitdən yayınmasına şərait yaradır. Ona görə də o, 16.07.2009-cu il təvəllüdlü X6 atası İddiaçı alınaraq onun himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Lakin o, hazırda uşağının fikirinə hörmətlə yanaşaraq, uşağın atasının yanında qalmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, ilkin iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından olan 16.07.2009-cu il təvəllüdlü X6 atası İddiaçı, anası isə X4r. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-85/2016 saylı, 07 yanvar 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X7 arasında olan Sumqayıt şəhər “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 29 mart 2014-cü il tarixdə bağlanmış və 494 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, 16.07.2009-cu il təvəllüdlü X10 və 27 dekabr 2013-cü il təvəllüdlü X9 anaları- X2 himayəsində saxlanılmışdır. İddiaçı hər ay hər uşağa 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğinə aliment 24.08.2015-ci il tarixdən başlayaraq tutulub, 16.07.2009-cu il təvəllüdlü X6 və 27 dekabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 358 nömrəli, 29.06.2021-ci il tarixli rəydən görünür ki, komissiya 16.07.2009-cu il təvəllüdlü X6 anası X7 ilə ünsiyyətdə olmasına maneə yaradılmaması şərtilə, atası İddiaçı himayəsinə verilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən 10 yaşı tamam olmuş 16.07.2009-cu il təvəllüdlü X10 bildirdi ki, o atası ilə yaşayır və onun himayəsində qalmaq istəyir. Азярбайъан Республикасынын Аиля Мяъяллясинин 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə, tərəflərin birgə nikahından olan 16.07.2009-cu il təvəllüdlü X6 hazırda atanın yanında qalmasını, ananın razılığını, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini və uşağın mənafeyi üçün əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan 16.07.2009-cu il təvəllüdlü X10 atanın (iddiaçının) yanında qalmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» 01 yanvar 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, o cümlədən tərəflərin diqqətəlayiq maraqlarını və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-85/2016 saylı, 07 yanvar 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan digər uşağa görə atadan ananın xeyrinə 108 manat aliment tutulmasını nəzərə alaraq, 16.07.2009-cu il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 108 manat sabit pul məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, 16.07.2009-cu il təvəllüdlü X10 8 yanvar 2021-ci il tarixdən iddiaçının (atanın) yanında yaşayır. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması 08 yanvar 2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. 16.07.2009-cu il təvəllüdlü X10 atanın- İddiaçı himayəsinə verilsin. Cavabdeh X1 16.07.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 08.01.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulsun. İlkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3204/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3204/2021
06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver