Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3212/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional Maraqlı şəxs1ndə Notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 23 iyun 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional Maraqlı şəxs1ndə Notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1927-ci ildə Abşeron rayonu, Güzdək qəsəbəsində doğulmuş, 05 iyun 1996-cı il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində vəfat etmiş XXX Ağabala Mehti oğlundan miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1692 ünvanında yerləşən 0,1648 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1957-ci il tarixdə Abşeron rayonu, Güzdək kəndində anadan olmuş, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, YAT-9, İİ Paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1692 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri illə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüquqi üzrə mərhum atası XXX Ağabala Mehti oğlunun adına 242 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Atası XXX Ağabala Mehti oğlu xx.xx.1996-cı il tarixdə Abşeron rayonu, Güzdək kəndində vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə o, mərhum atası XXX Ağabala Mehti oğlundan qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional Maraqlı şəxs1ndə Notariat ofisinə müraciət etmişdir. Lakin onun müraciətinə baxmış 1 saylı Sumqayıt regional Maraqlı şəxs1ndə Notariat ofisinin notariusu Ə.M.Əmirəliyev 16 dekabr 2022-ci il tarixli, 3945 saylı cavab məktubu ilə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət buraxıİdığından, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması ilə bağlı məhkəmənin nəzərinə çatdırır ki, o, 1980-ci ildən 2005-ci ilədək Rusiyanın müxtəlif şəhərlərində yaşamış və Azərbaycana 2 və ya 3 ildən bir qonaq kimi qayıtmışdır. Vətənə qayıdanda da çox qısa müddətə qayıtmış və yenidən Rusiyaya getmişdir. 1987-ci ildə X2 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və həmin nikahdan 1989-cu il təvəllüdlü Ağabalayev ilkin Ərizəçi oğlu, 1991-ci il təvəllüdlü Ağabalayeva Səbinə Ərizəçi qızı və 1995-ci il təvəllüdlü Ağabalayev Fərid Ərizəçi oğlu adlı üç övladı dünyaya göz açmışdır. Daimi yaşamaq üçün Vətənə qayıdandan sonra, yəni 2005-ci ildə atasına məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1692 ünvanında yerləşən 0,1648 ha torpaq sahəsində fərdi yaşayış evi tikmiş və hazırda da həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Buradan belə aydın olur ki, o, xüsusi mülkiyyət hüquqi əsasında mərhum atası XXX Ağabala Mehti oğluna məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1692 ünvanında yerləşən 0.1648 ha torpaq sahəsini faktiki miras əmlakı kimi qəbul etmiş və bu günə kimi də onu idarə edir. Əlavə olaraq qeyd edir ki, qanun üzrə digər vərəsələr, yəni bacı qardaşları - Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 mərhum ataları XXX Ağabala Mehti oğlundan miras qalmış əmlakı qəbul etməmiş və həmin mirasın onlara çatacaq hissəsindən notarial qaydada ərizə verərək imtina etmişlər. Bu barədə onların notarial qaydada təsdiq olunmuş ərizələrini, iddia ərizəsinə əlavə edir. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək bildirdi ki, mübahisəli bağ evi Novxanıda yerləşir, atasından qalan bağ sahəsidir. Atası 1996-cı ildə rəhmətə gedib. Atası rəhmətə gedəndən bağ sahəsinə o sahiblik etmişdir. 2005-ci ildən isə həmin torpaq sahəsində ev tikmişdir. Həmin vaxta kimi isə Rusiyada yaşamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, atası rəhmətə gedəndən 2005-ci ilə kimi həmin bağ sahəsində heç kim yaşamamışdır. Yay aylarında hərdən bir gedib özü qalmışdır. Digər qardaşı Əliağa yataq xəstəsidir, onun da razılıq ərizəsini iddia ərizəsinə əlavə etmişdir. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional Maraqlı şəxs1ndə Notariat ofisinin nümayəndəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional Maraqlı şəxs1ndə Notariat ofisi məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdehlər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs3 ərizəyə dair izahat verərək ərizəni qəbul etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, əmlakı qardaşı faktiki olaraq qəbul edib. Bu halı təsdiqləyir və bununla bağlı notarial ərizə də vermişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs4 ərizəyə dair izahat verərək ərizəni qəbul etdiyini bildirdi və bağ sahəsinin qardaşı tərəfindən faktiki olaraq qəbul edildiyini təsdiqlədi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs5 ərizəyə dair izahat verərək ərizəni qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, əmlakı qardaşı faktiki olaraq qəbul edib, ev hazırda onun sahibliyindədir və bununla bağlı notarial ərizə də vermişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli **********873 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs5 xx.xx.1996-cı ildə vəfat etmiş atası Ağabala Ərizəçi oğlunun ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlak sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiyini və etmək fikrində olmadığını bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli **********902 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs4 xx.xx.1996-cı ildə vəfat etmiş atası Ağabala Ərizəçi oğlunun ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlak sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiyini və etmək fikrində olmadığını bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli **********492 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs2 xx.xx.1996-cı ildə vəfat etmiş atası Ağabala Ərizəçi oğlunun ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlak sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiyini və etmək fikrində olmadığını bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli **********876 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs3 xx.xx.1996-cı ildə vəfat etmiş atası Ağabal Ərizəçi oğlunun ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlak sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiyini və etmək fikrində olmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional Maraqlı şəxs1ndə Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 3945 saylı məktubda Ağabala Mehti oğlunun ölümündən sonra qalmış miras əmlakın qəbulu barədə ərizəyə cavab olaraq qanunla müəyyənləşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1692 xüsusi mülkiyyət hüququ üzrə Ağabala Mehti oğlunun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan JQ-389680 nömrəli nikah haqqında şəhdətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ilə X1 12 noyabr 1987-cı il tarixdə Abşeron rayonu X4 nikaha girərək ailə qurmuşlar və bu nikah 18 saylı akt qeydilə rəsmiləşdirilmişdir. İşdə olan AZ-T 157347 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə doğulmuşdur. Atası Ağabala Ərizəçi oğlu, anası Balaca Heydər qızıdır. İşdə olan AZ-İİ 176331 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Balaca Heydər qızı xx.xx.1976-cı ildə Abşeron rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydində 08 nömrə ilə qeyd edilmişdir. İşdə olan İV-JQ 452647 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ağabala Mehti oğlu xx.xx.1996-cı ildə Abşeron rayonu, Güzdək qəsəbəsində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydində 11 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli **********504 saylı ərizənin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı ildə vəfat etmiş atası Ağabala Mehti oğlundan miras qalmış əmlakı qəbul etmək üçün notariat orqanına ərizə ilə müraciət etmişdir. İşdə olan Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional Maraqlı şəxs1ndə Notariat Ofisinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ağabala Mehti oğlunun hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1692 xüsusi mülkiyyət hüququ üzrə Ağabala Mehti oğlunun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Ağabala Mehti oğlu xx.xx.1996-cı ildə vəfat etmişdir. Ondan miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1692 ünvanında yerləşən 0,1648 ha torpaq sahəsi Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir. Ağabala Mehti oğlunun digər vərəsələri sözügedən əmlakı faktiki qəbul etmədikləri və etmək fikrində olmadıqları barədə ərizə ilə notariat orqanına müraciət etmişdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1927-ci ildə Abşeron rayonu, Güzdək qəsəbəsində doğulmuş, 05 iyun 1996-cı il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində vəfat etmiş XXX Ağabala Mehti oğlundan miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1692 ünvanında yerləşən 0,1648 ha torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçi və maraqlı şəxslərin izahatları, eyni zamanda işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir (10.1). Göstərilənləri və vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olmamasını nəzərə alan məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1927-ci ildə Abşeron rayonu, Güzdək qəsəbəsində doğulmuş, 05 iyun 1996-cı il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində vəfat etmiş XXX Ağabala Mehti oğlundan miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1692 ünvanında yerləşən 0,1648 ha torpaq sahəsinin Ərizəçi oğlu tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1927-ci ildə Abşeron rayonu, Güzdək qəsəbəsində doğulmuş, 05 iyun 1996-cı il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində vəfat etmiş XXX Ağabala Mehti oğlundan miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1692 ünvanında yerləşən 0,1648 ha torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3212/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3212/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver