Məhkəmə qərarları › İş №2(060)-3219/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3219/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3219/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 2 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat şöbəsi olmaqla) doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 01 avqust 1972-ci ildə Ermənistan Respublikasının Qarakilsə rayonunun, Aqudü kəndində anadan olmuşdur. Bunu ona məxsus AA******* nömərli şəxsiyyət vəsiqəsi təsdiq edir. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum səbəbdən itmişdir. Doğum haqqında şəhadətnamə Ermənistan Respublikasının Qarakilsə rayonundan alındığına görə hal-hazırda o, həmin sənədin dublikatını əldə edə bilmir. Oğlunun dövlət qulluğuna işə qəbul olunması üçün ona məxsus doğum haqqında şəhadətnamə tələb edilir. Təkrar doğum haqqında şəhadətnamə almaq üçün AR-nin Ədliyyə Nazirliyi 2 saylı regional “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat şöbəinə müraciət etmişdir. AR-nin Ədliyyə Nazirliyi 2 saylı “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli özünün imtina məktubu ilə doğum haqqında akt qeydinin bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hesab edir ki, 01 avqust 1972-ci ildə Ermənistan Respublikasının, Qarakilsə rayonunun, Aqudü kəndində anadan olmuş Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmədən 01 avqust 1972-ci ildə Ermənistan Respublikasının, Qarakilsə rayonunun, Aqudü kəndində anadan olmuş Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o zaman onların atası və anasının birgə nikahları olmuş, lakin rəsmiləşdirilməmişdir. Ana və atası daha sonra nikaha girmiş, onlar da ana babasının soyadına qalmışlar. Şəxsiyyət vəsiqəsi olduğu üçün doğum haqqında şəhadətnaməyə ehtiyac duymamışdır. Maraqlı şəxs 2 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X6 ifadəsində bildirdi ki, ailədə iki qardaş, dörd bacıdırlar. Onlar anadan olan zaman atası və anası birgə nikahda olmamışdır. Atasının soyadı Şirinov, anasının adı isə Kərimovadır. Anasının soyadı getmiş, atası və anası nikahda olmamışlar. Anası və atası 2003-cü il tarixində dünyalarını dəyişmişlər. X9 ifadəsində bildirdi ki, ailədə altı uşaqdırlar. İki uşaq ögeydir. 4 uşaq isə doğmadır. Ata adı Soltandır. O zaman kənddə doğulmuşdurlar. Nikaha fikir verən olmamış, ona görə də ata adı qeyd olunmamışdır. Doğulan zaman atası və anası birgə nikahda olmamışdır. Ona görə də anasının soyadında getmişdirlər. Uzun illərdən sonra atası və anası nikaha daxil olmuşlar. Bütün uşaqlarda ana soyadı, yəni Kərimova getmişdir. Ən balaca bacısı Əzizgüldür. Ən böyük uşaq Kərimov Xankişidir. İş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 15 mart 2025-cü il tarixli, 3-16-5/8-15-149/2025 nömrəli ərizəyə cavabdan görünür ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət edilə bilər. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 dekabr 2015-ci il tarixli, AZ- İİ seriyalı, 050395 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi arasında 26 oktyabr 2007-ci il tarixində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2007-ci ilin oktyabr ayının 26-cı günündə 983 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qaziyev, arvada isə Kərimova soyadı verilmişdir. Sumqayıt Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 07 iyun 2003-cü il tarixli, AZ-İ seriyalı, 055983 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03 iyun 2003-cü il taridə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2003-cü ilin iyun ayının 07-ci günündə 801 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2003-cü il tarixli, AZ-İ seriyalı, 065780 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 05 oktyabr 2003-cü il taridə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2003cü ilin oktyabr ayının 10-cu günündə 1235 nömrə ilə qeyd edilmişdir. İ-CЛ seriyalı, 254996 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 1 avqust 1972-ci il tarixdə Aqudi kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında həmin ildə 25 nömrə ilə qeyd edilmişdir. X1r. İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 mart 1968-ci il tarixdə anadan olmuş, doğum haqqında akt qeydləri kitabında həmin tarixdə 26 nömrə ilə qeydiyyat aparılmışdır. X1r. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1972-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qarakilsə rayonu, Aqudü kəndi, atasının adı qrafasında X5, anasının adı qrafasında Kərimova (Şahverənova) Minayə Əbülfəz qızı qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasının, Qarakilsə rayonunun, Aqudü kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi xx.xx.1972-ci ildə Ermənistan Respublikası, Qarakilsə rayonu, Aqudü kəndində doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Kərimova”, adının “Əzizgül”, ata adının “Soltan” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X5, ana qrafasında isə Kərimova (Şahverənova) Minayə Əbülfəz qızı qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar