Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-322/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İlkin iddia üzə İddiaçı, İlkin iddia üzrə Cavabdeh1, nümayəndəsi və vəkili X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlakın çıxarılması” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2016cı il təvəllüdlü oğlu Uğur ilə birlikdə Cavabdeh1 adına olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 10-cu küçə, ev 90 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək iddia ərizəsində göstərilən ünvan texniki olaraq səhv qeyd edildiyindən həmin ünvanın Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında 10-cü küçə, ev 9D kimi oxunmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə el adəti ilə ailə qurmuş, Lerik rayonun Piran kəndindən Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən və qayınanası Cavabdeh1 adına olan üç otaqlı evə gəlin gəlmiş, onu ailə üzvlüyünə qəbul etmişlər. Sonralar həmin evi satıb, Ceyranbatan qəsəbəsində ev almışlar. Bu münasibətdən xx.xx.2016-ci il təvəllüdlü Uğur adında övladları dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarında xoşbəxt yaşasalar da, sonralar istər qayınanası, istərsə də həyat yoldaşı ona və uşağına biganə yanaşmağa başlamışlar. O, "Bolluq" istehsalatında işləməklə pul qazanır, ailənin, xüsusilə həyat yoldaşının ona naməlum olan borclarını ödəyirdi. Sonuncu dəfə loteriyadan aldığı 2500 manat pulu gətirib qayınanası, iş üzrə cavabdeh olan Cavabdeh1 vermişdir. Borcları onun vasitəsi ilə verən Mahidə xanım həmin gün, yəni xx.xx.2020-ci il tarixdə onu körpəsi ilə evdən qovmuş, o, hazırda Bakı şəhərində kirayədə yaşayır. Başqa yaşayıq yeri yoxdur. Sözügedən mənzilə qeydiyyatdadır, ona məxsus cehiz əşyaları, özünün və uşağının geyimləri həmin evdədir. Cavabdehlər onu həmin evə könüllü olaraq buraxmadıqları üçün məhkəməyə müraciət etməli olub. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlakın çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə, ev 9D ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və əmlakları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(060)-4449/2020 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin “əmlakları ilə birlikdə mənzildən çıxarılması” hissədə icraata qəbul edilməsi, «istifadə hüququna xitam verilməsi» hissədə isə ərizənin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Bundan sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh İddiaçı məxsus əmlakların Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cü küçə, ev 9D ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh onun keçmiş gəlinidir. Oğlu 2014-cü ildə iddiaçı ilə rəsmi nikaha girib ailə həyatı qurmuşdur. Aralarındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh iddia ərizəsində göstərdiyi kimi 2020-ci ilin yanvar ayından mənzildə yaşamır və faktiki olaraq mənzillə heç bir əlaqəsi yoxdur. Mübahisəli mənzili o, alqı-satqı yolu ilə 2018-ci il tarixdə əldə etmişdir. Mənzil həmin tarixdən onun şəxsi mülkiyyətindədir. Cavabdeh həmin mənzildə qısa müddətdə, yəni mənzil alındığı müddətdən 2020-ci ilin yanvar ayına qədər yaşamışdır. Müəyyən sosial vəzifələri yerinə yetirməkdən ötrü cavabdeh mənzilə qeydiyyata alınmışdır. Mələkxanım evdən öz razılığı ilə çıxıb getmişdir, onu evdən qovmamışdır. Buna görə də hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Eləcə də, göstərdi ki, qarşılıqlı iddia tələbi əsassızdır. Mübahisə predmeti olan mənzilə qayınanası Mahidənin ərizəsi ilə qeydiyyata düşmüş və yaşamış, birgə təsərrüfat aparmışlar. Odur ki, sözügedən mənzildə onun da yaşamaq hüququ vardır. Onun yaşamağa başqa yaşayış yeri yoxdur. Odur ki, göstərdiklərinin nəzərə alınmasını ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.nim Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili deyilənlərə əlavəsinin olmadığını, hüquqlarını müdafiə etdiyi şəxsin göstərdiklərini müdafiə etdiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında göstərmişdir ki, mübahisə predmeti olan ev anasına məxsusdur, ona qarşı olan iddia tələbini qəbul edir. Mələkxanımın evə köçməsinə razıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatınlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında 10-cü küçə, ev 9D xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh2 qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək tərəflər arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış nikahın rozulması qət edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olundu ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 ilə xx xxxxxx 2014-cü il tarixdə nikah bağlamış, tərəflər arasında hüquq münasibətləri həmin vaxtdan yaranmışdır. Ailə qurduqdan sonra iddiaçı Cavabdeh2 valideynlərinə məxsus mənzilə gəlin gəlmiş, daha sonra həmin mənzil satılmış, Cavabdeh2 anası iş üzrə digər Cavabdeh1 tərəfindən 2018-ci ildə dövlət qeydiyyatına alınmaqla yeni mənzil alınmış, ilkin iddia üzrə iddiaçı həmin mənzilə mülkiyyətçinin razılığı ilə pasport qeydiyyatına götürülmüş, 2020-ci ilin yanvar ayınadək həmin mənzildə birgə yaşamışlar. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş, ailə münasibətlərinə xiatm verilimşdir. İddiaçıya məxsus cehiz əmlak hazırda mübahisə predmeti olan mənzildədir. Mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır (Bax A.M.Cavidanın şikayəti üzrə xx xxxxxx 2008-ci il tarixli qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilə xx xxxxxxx 2009-cu il tarixdən etibarən qüvvədə olan Mənzil Məcəlləsinin və xx xxxxxxxx 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin qüvvədə olduğu vaxtda köçmüşdür. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Məhkəmə yuxarıda şərh olunan hüquq normalarına əsasən işin faktiki hallarına qiymət verib hesab edir ki, iddiaçı mübahisə predmeti olan evin mülkiyyətçisi Cavabdeh1 oğlu digər cavabdeh Nizami Abdurəhamanovanın arvadı olmaqla, qayınanadan (Cavabdeh1) ailə qanunvericiliyinə əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından ailə üzvü hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin MənzilMəcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyətidə yaranmır. Məhkəmə iddia tələbini Mülki Məcəllənin 228-ci maddəsinin tələbi baxımından da araşdırmışdır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçının mülkiyyətçiyə (Cavabdeh1) məxsus əmlakdan istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə olmadığından, iddiaçının həmin əmlakdan istifadə edə bilməsi üçün hüquqi əsas yaranmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının həmin mənzildə qeydiyyatda olması mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, "Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmamışdır. Məhkəmə şərh olunan Mülki Məcəllənin 228 və Mənzil Məcəlləsinin 30-cu maddəsində ifadə olunan hüquq normalarına əsasən bu qənaətə gəlir ki, tərəflər arasında mənzilə istifadə hüququn yaranması ilə bağlı hüquq münasibəti əmələ gəlməmişdir. Odur ki, ilkin iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Cavabdeh2 iddianı etirafına gəldikdə isə, bu etirafı Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələblərinə istinadən qanunazidd olduğundan qəbul etmir. Məhkəmə qarşılıqlı iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx xxxx 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İşin faktiki hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehə məxsus əmlaklar Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında 10-cü küçə, ev 9D ünvanından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair ilkin iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlakın çıxarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, İddiaçı məxsus olan əmlaklar Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə, ev 9D ünvanından çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlakın çıxarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı məxsus olan əmlaklar Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10cu küçə, ev 9D ünvanından çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-322/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-322/2021
12.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver