Məhkəmə qərarları › İş №2(060)-3232/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3232/2024

13.06.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3232/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs1nə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 13 iyun 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1991-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş və 25 avqust 2017-ci ildə İraq Respublikasında döyüşlər zamanı vəfat etmiş qızının həyat yoldaşı Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs2 onun qızının həyat yoldaşıdır. X3 ilə Maraqlı şəxs2 xx.xx.2012-ci ildə nikaha girmişlər. Onların birgə nikahlarından 18 iyul 2012-ci ildə X10, 08 iyun 2015-ci ildə X8 və 29 oktyabr 2016-cı ildə X6 anadan olmuşdur. Maraqlı şəxs2, qızı ilə birlikdə 2013-cü ildə işləmək adı ilə Türkiyə Respublikasına getmişlər. Sonradan onlara məlum olmuşdur ki, qızı və kürəkəni İraq Respublikasına getmişlər. 25 avqust 2017-ci ildə onlara məlumat daxil olmuşdur ki, kürəkəni Maraqlı şəxs2 İraqda gedən döyüşlərdə ölmüşdür. X3 hal-hazırda İraq Respublikasının paytaxtı Bağdad şəhərində sığınacaqda yerləşdirilmişdir. Sumqayıt şəhər İH-ti Başçısının xx.xx.2020-ci il tarixli 55 saylı Sərəncamı ilə nəvələri 18 iyul 2012-ci il təvəllüdlü X4, 08 iyun 2015-ci il təvəllüdlü X2 və 29 oktyabr 2016-cı il təvəllüdlü X1 üzərində qəyyum təyin edilib. Qızının həyat yoldaşı naməlum şəraitdə İraq Respublikasında 25 avqust 2017-ci ildə vəfat etmişdir. Qızının həyat yoldaşı Maraqlı şəxs2 adına ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxs1nə müraciət edib və Maraqlı şəxs1 ona imtina məktubu verməmiş, əvəzində şifahi şəkilddə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, vəfat edən şəxs onun kürəkənidir. Hazırda uşaqların xərclərini tək özü çatdıra bilmir. Hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi uşaqların valideynlərinin olmaması ilə əlaqədar onlara sosial müavinət almaqdır. Belə ki, uşaqlar artıq 4 ildir ki, onun himayəsindədirlər. Lakin 7 ildir ki, kürəkənindən xəbər yoxdur. Qızı ona Nemətin 2017-ci ildə İraqda öldüyünü bildirmişdir. Uşaqların ata babası uşaqlarla maraqlanmır, lakin əmisi arada gəlib uşaqlara baş çəkir. Qeyd edilənlərə əsasən ərizəçi ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən X13 bildirdi ki, ərizəçi onun anasıdır. Nemət bacısının yoldaşıdır. Onda olan məlumata görə 7-8 il bundan qabaq bacısının yoldaşının olduğu yerə təyyarə bombası düşüb və həmin vaxt Nemət yanında olan iki-üç nəfərlə birlikdə ölmüşdür. Bu barədə məlumatı onlara bacısı verib. Həmin vaxtdan bu günə kimi Nemətdən heç bir xəbər almayıblar. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 55 saylı sərəncamından görünür ki, həmin sərəncam ilə Ərizəçi nəvələri- xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. İşdə olan AZ-İV seriyalı 508476 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə İraq Respublikasında doğulmuşdur. İşdə olan AZ-İV seriyalı 508477 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə İraq Respublikasında doğulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İşdə olan Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələbləri və ölümü təsdiq edən sənədinin olmadığı nəzərə alaraq Maraqlı şəxs1 tərəfindən ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1). Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər(41.2).Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3). Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər (41.4). Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Maraqlı şəxs2 ərizəçinin qızı ilə birlikdə 2013-cü ildə ölkə ərazisindən kənara çıxmışdır. 2017-cı ildə Maraqlı şəxs2 İraqda gedən döyüşlərdə ölməsi barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin müddəalarına görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir (mad. 312). Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir (mad. 313). Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, Maraqlı şəxs2 harada olması barədə artıq 7 ildən çoxdur ki, məlumat yoxdur. Eyni zamanda onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar vardır. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün yetərli əsaslar vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxx 1991-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilməli, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1991-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün Maraqlı şəxs2 oğlunun oğlunun ölüm günü hesab olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar