Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3267/2020 19.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıveridyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdehnın iştirakı ilə, X1 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat kompensasiya verilməklə onun ünvan 1-da yerləşən 8 saylı mənzilə olan istifadə və yaşayış hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan X1 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 6000 manat kompensasiya verilməklə onun ünvan 1-da yerləşən 8 saylı mənzilə olan istifadə və yaşayış hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdehlər X16, Pənahəliyev Rövşən Həsənağa oğlu, X12, X13 və X5 qarşı iddia ərizsəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı oğlu Həsənağa ilə birlikdə ünvan 1-da yerləşən 8 saylı ünvanından istifadə hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3790/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi və mənzilə istifadə hüququnun tanınması qət edilmişdir. İddiaçının oğlu Rəşad ilə cavabdeh ailə qurduqdan sonra bir müddət həmin vaxtlarda xaricdə olan qızı Məlahətin evində, 2012-ci ildə Məlahət evini satdıqdan sonra bir müddət də kirayədə yaşamışlar. Çünki həmin dövrdə 25.8 kvadrat metr sahəsi olan 2 otaqlı kiçik mənzildə o 3 oğlu ilə birlikdə yaşamışdır, onların da onlarla birlikdə yaşaması fiziki cəhətdən mümkün deyildi. 2014-cü ildə oğlu Rəşad həbs olunduqdan sonra keçmiş gəlini olan iddiaçı, mübahisəli mənzildə müvəqqəti yaşamağa başlamışdır. Çünki, 2013-cü ildən o və uşaqları Məlahət, Rövşən, Elnur və Ceyhun mütəmadi olaraq xaricdə olmuşlar, həmin müddətlərdə mənzil boş olmuşdur. Eyni zamanda iddiaçı ilə oğlu Rəşadın arasında tez tez söz-söhbətlər olduğundan iddiaçı mütəmadi olaraq valideynlərinə məxsus mənzilə getmiş, həmin mənzildə o, daimi qeydiyyatda olmuş və həmin mənzilə onun istifadə hüququ vardır. Göründüyü kimi iddiaçının öz valideynlərinin mənzilində daimi yaşamağa yeri var və hal hazırda da iddiaçı həmin mənzildə yaşayır. İddiaçı onların evdə olmamağından istifadə edərək 2015-ci ildə onlardan xəbərsiz evə istifadə hüquqularının tanınması və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, onlardan xəbərsiz xx.xx.2015-ci il tarixli qiyabi qətnamə çıxartdırmışdır. Bundan sonra o, 2017-ci ilin əvvəllərində yenidən onlardan xəbərsiz olaraq məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər Məhkəməsinin Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci i tarixli 2(060)-1131/2017 saylı qətnaməsi ilə oğlu Rəşaddan boşanmış, həmin tarixdə də polisə müraciət edərək oğlu Rəşadda narkotik olması barədə məlumat vermiş, oğlunu da həmin gün həbs etmişlər. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə oğlu Rəşad AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu hallar ona oğlu Rəşadın xx.xx.2019-cu il tarixdə həbsdən çıxmasından sonra təsadüf nəticəsində bəlli olmuş, xx.xx.2019-cu il tarixdə tərəflərindən məhkəməyə ərizə ilə müraciət olunaraq qiyabi qətnamə əldə olunmuşdur. Mənzilin icarədarı odur, nə o, nə də ki, oğlanları iddiaçıya mənzildə daimi yaşamağa icazə verməmişlər, eyni zamanda iddiaçı onun ailə üzvü deyil, onun mübahisəli mənzilə istifadə hüququ yoxdur, yaranmayıb. O və ailə üzvləri iddiaçını heç vaxt evə pasport qeydiyyatına da salmamışlar. Hazırda mənzil o və 4-ü oğlan və 1-i qız olmaqla 5 övladının yaşayış yeridir. Övladlarının hamısı subaydır. Mənzil şəraitinin olmaması səbəbindən onları evləndirə bilmir. Ona görə də hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzildəki istifadə hüququna kompensasiya verilməklə xitam verilməli və o, mənzildən çıxarılmalıdır. O cavabdehlə istifadə hüququ məsələsində heç cür razılığa gələ bilmir, ona görə də hesab edir ki, o cavabdehə kompensasiya ödəməlidir və onun mənzildən istifadə hüququna xitam verilməlidir. Onun evi tam təmirsizdir. Evin ümumi dəyəri 30000 manat civarındadır. Cavabdehin onun evindəki yaşayış şəraitini saxlamaqla yaşaması üçün hər ay 120-130 manat tələb olunur. Hesab edir ki, cavabdehə üç il ərzində kirayə haqqı ödəməklə mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Hesab edir ki, cavabdehə 6000 manat kompensasiya verilməklə mənzilə istifadə hüququ itirilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, sözügedən mənzil təmirsizdir, yaşayış üçün yararlı vəziyyətdə deyil. Buna baxmayaraq iddiaçı cavabdehə 6.000 manat məbləğində kompensasiya təklif edir. Bundan əlavə mübahisəli mənzillə oxşar tipli mənzillərin daşınmaz əmlakların satışı bazarında real dəyərinin təxminən 38 min manat, aylıq kirayə haqqının isə 150 manat təşkil etməsi barədə mütəxəssis rəyi də almışdır. Vəkil göstərilənlərə əsasən cavabdehə 6.000 manat məbləğində kompensasiya verməklə onun iddiaçıya məxsus olan ünvan 1-da yerləşən 8 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli mənzil dövlət fondunda olmaqla onun əsas kirayəçisi iddiaçıdır. O bu mənzilə iddiaçının oğlu X12 ilə xx.xx.2008-ci ildə rəsmi nikahla ailə həyatı qurmaqla gəlin köçmüşdür və mənzildə yaşadığı vaxt onun xx.xx.2010-cu il təvəllüdlü Həsənağa adında bir övladı anadan olmuşdur. Onun bu mənzilə istifadə hüququ Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tanınmış və mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən qarşı tərəfin vermiş olduğu apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Onun başqa bir yaşayış yeri yoxdur və buna görə də övladı ilə bu mənzildə yaşamaq istəyir. İddiaçı kompensasiya verilməklə onun bu mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia qaldıra bilməz, çünki onun buna subyektiv hüququ da yoxdur, mənzil şəxsi mülkiyyətdə olsaydı o, AR MM-nin 228-ci maddəsinə əsasən belə bir iddia ilə məhkəməyə müraciət edə bilərdi, lakin mənzilin mülkiyyətçisi dövlətdir. Halhazırda dövlət fonduna aid olan mübahisəli mənzildə iddiaçı tərəfdən beş nəfər qeydiyyatda olmağına baxmayaraq icarədar X17 uzun illərdir ki, Türkiyə Respublikasının vətəndaşlığını qəbul etmiş və oğlu X12 ilə birgə Türkiyə Respublikasında yaşayırlar. İcarədarın digər iki oğlanları - Pənahəliyev Rövşən Həsənağa oğlu və X13 illərdir ki, Ukrayna Respublikasında yaşayırlar. Mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin hal hazırda həmin mənzildə yaşamadığını öyrənmək üçün Azərbaycan Respublikasının Səlahiyyətli Dövlət Orqanlarına müraciət etmək mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. O 2008-ci ildən, övladı isə 2010-cu ildən həmin mənzildə yaşayırlar və onların həmin mübahisəli mənzildən başqa yaşamağa yerləri yoxdur. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı X9 həmin mənzilin mülkiyyətçisi olmadığına görə kompensasiya təklif etməyə subyektiv hüququnun olmadığını nəzərə alaraq iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(060)-11310/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, iddiaçı X14 ilə cavabdeh X12 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış, 808 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 anası X6 yanında qalması, 2017-ci ilin sentyabr ayından başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 100 manat alimentin X4 tutularaq X7 verilməsi qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3790/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdehnın yetkinlik yaşına çatmayan uşağı X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3112/2019 saylı qətnaməsi ilə cavabdehlər C.H.Pənahəliyev və İddiaçının verdiyi apelyasiya şikayətləri qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)- 3790/2019 saylı qətnaməsi cavabdehlər C.H.Pənahəliyev və İddiaçıya münasibətdə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia ərizəsi təmin edilmiş, iddiaçı Cavabdehnın yetkinlik yaşına çatmayan uşağı X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1470/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3112/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli 11 saylı arayışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildə X16, X12, Pənahəliyev Rövşən Həsənağa oğlu, X13 və X11 daimi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1989-cu il tarixli Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin Qeydiyyat və Bölüşdürülməsi Şöbəsi tərəfindən verilmiş 90 saylı orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil X16 və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildə Cavabdeh, X10, X16 və X13 qeydiyyatdadırlar. ********** saylı VÖEN əsasında fəaliyyət göstərən X18 tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, 147 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil sahəsi 28 kv.metr olan 2 otaqdan ibarətdir. Mənzil təmirsiz bir vəziyyətdədir, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, künc hissədə yerləşir, panel, köhnə tikilidir. Bu tip mənzillərin daşınmaz əmlakların satışı bazarında real-dəyəri təxminən 38 min manat civarındadır və bu tip evlərin aylıq kirayə haqqı isə 150 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdırıb və toplanmış bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir. Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, kompensasiya verilməklə cavabdehin ünvan 1-da yerləşən 8 saylı mənzilə olan istifadə və yaşayış hüququna xitam verilməsi barədə hazırki iddianı qaldıran X2 mənzilin mülkiyyətçisi deyil. Order əsasında sözügedən mənzil İddiaçı və onun ailə üzvlərinə ayrılsa da, mənzil halhazırda dövlət fondundadır, yəni mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh mənzildən istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, X2nı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “X28rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də 5 mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1- ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Həmin məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X21 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X21 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına hər iki tərəfin gözlənilən hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: X1 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3267/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3267/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver