Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3286/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) X5, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33, mənzil 9-dan çıxarılmaları, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 3-cü mkr, ev 20/33, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı həmin mənzili xx.xx.2023-cü ildə alqı-satqı müqaviləsi ilə X2 almışdır. Cavabdehlər mübahisəli mənzildə mənzil X3 mülkiyyətində olduğu vaxtdan yaşayırlar. X1ra qarşı iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Lakin onlar bu günə kimi mənzildən çıxmamışlar. Hazırda mənzil iddiaçının mülkiyyətindədir və iddiaçı cavabdehlərin mənzildən çıxarılmalarını tələb edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirk etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, X6 cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Lakin mənzilin mülkiyyətiçisi dəyişdiyi üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmur. Hazırda iddiaçı alqı-satqı müqaviləsinə əsasən mənzili almışdır. Mənzil mülkiyyət hüququ ilə ididaçıya məxsusdur. Cavabdehlərin həmin əmlak üzərində heç bir hüquqları yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. 18 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 254 saylı ailə tərkibi haqqında arayışına əsasən cavabdehlər ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. Daşınmaz əmlakın alqı-satqısı haqqında xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X6 mübahisəli mənzili 30 000 manata İddiaçı satmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33 ünvanda yerləşən 9 saylı mənzilə dair 3197 saylı, xx.xx.1989-cu il tarixli order əsasında ilkin olaraq X4 adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Mənzil hal-hazırda İddiaçı mülkiyyətindədir. Mənzilə Sumqayıt şəhər notariat kontorunun təsdiq etdiyi 4Ə-133 reyestr nömrəli xx.xx.2023-cü il tarixli X7 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli ev xx.xx.2023cü il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (139.3.). Göründüyü kimi mübahisəli mənzil Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdehlərin həmin mənzildə qanunsuz məskunlaşdıqlarına istinad edərək cavabdehlərin mənzildən çıxarılmalarını tələb edir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Göründüyü kimi cavabdehlərin mübahisəli mənzil üzərində heç bir hüquqları mövcud deyildir. Cavabdehlərin həmin mənzildə yaşamaları bir mülkiyyətçi kimi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh3 Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33, mənzil 9-dan çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3286/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3286/2023
22.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver