Məhkəmə qərarları › İş №2(060)-3289/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3289/2023

30.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3289/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun iştirakları ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı (üçüncü şəxs-Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu) torpaq çəpərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Bələdiyyəsi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz çəkilən çəpərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş icraata qəbul edilmiş, məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bu məcəllənin 254,255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər (170.1.) Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, üçüncü şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etsə də, bu məhkəmə üçün məcburi xarakter daşımır. Belə ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdikdə, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etdikdə məhkəmə işə mahiyyəti üzrə baxmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı (üçüncü şəxs-Xəlilov Məhəmməd- Mehdi Soltan oğlu) torpaq çəpərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar