Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3294/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itrilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itrilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı ilə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon 10 saylı evin 13 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 18-ci mikrorayon 10 saylı evin 13 saylı mənzili ********** qeydiyyat nömrəli çıxarışla 25.02.2021-ci il tarixdə onun adına qeydiyyata alınmışdır və onun mülkiyyətindədir. Cavabdeh Əsgər qızı onun bacısıdır və övladı X1 ilə Sumqayıt şəhəri 18-ci mikrorayon 10 saylı evin 13 saylı mənzilində qeydiyyatdadır. Analarının vəfatı ilə əlaqədar digər bacılar kimi Cavabdeh Əsgər qızı da mirasdan onun xeyrinə imtina edərək, mənzilin tək mülkiyyətçisi olmasına razılıq vermişdir. Bundan başqa, bildirir ki, cavabdeh 14.02.2014-cü il tarixdən rəsmi nikaha daxil olaraq Bakı şəhəri Binəqədi rayonu Aşağı Sulutəpə qəsəbəsinə gəlin köçmüşdür və orada daimi yaşamağa başlamışdır. Bu halı təsdiq edən, cavabdehin nikah haqqında şəhadətnaməsi, daimi yaşadığı evin foto şəklini, həmçinin yaşadığı evin su, qaz, işıq pulu qəbzlərini təqdim edə bilər. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bu günə qədər ona məxsus olan Sumqayıt şəhəri 18-ci mikrorayon 10 saylı evin 13 saylı mənzilindən qeydiyyatdan çıxmamışdır. Başqa yaşayış yeri olduğu halda, Sumqayıt şəhəri 18-ci mikrorayon 10 saylı evin 13 saylı mənzilində qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur və cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Dəfələrlə mənzildən qeydiyyatdan çıxmasını xahiş etsə də, cavabdeh vaxtının olmadığını bildirərək, qeydiyyatdan çıxmaqdan yayınmışdır. Cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiyi kimi, cavabdeh onunla bir mənzildə yaşamır, uzun illər öncə rəsmi nikaha daxil olaraq qeydiyyatda olduğu mənzili daimi olaraq tərk etmişdir. 2014-cü ildən bu günədək daimi olaraq Aşağı Sulutəpə qəsəbəsində yaşayır. Bu səbəbdən, cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə etmək hüququ itirilmiş hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, cavabdehin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsaslı olduğundan və etraf edildiyindən, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri 18-ci mikrorayon 10 saylı evin 13 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş akt və arayışlardan görünür ki, Cavabdeh Əsgər qızı Sumqayıt şəhəri 18-ci mikrorayon 10 saylı evin 13 saylı mənzilində qeydiyyatda olsa da, 2014-cü ildən ailə qurmaqla köçdüyü, Xocasən bələdiyyəsinin inzibati ərazisində yerləşən Sulutəpə qəsəbəsində yaşayır. Cavabdeh qeyd olunan faktı etiraf edir və iddianı etiraf etməsinə dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmamış övladı X1 ilə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon 10 saylı evin 13 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh Əsgər qızından alınraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmamış övladı X1 ilə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon 10 saylı evin 13 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh Əsgər qızından alınraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3294/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3294/2021
12.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver