Məhkəmə qərarları › İş №2(060)-331/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-331/2025

31.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-331/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimanziyaya qarşı “normadan artıq verilmiş 7 iş saatına görə əmək haqqının hesablanması və ödənilməsi, əmək xəsarəti ilə əlaqədar ödənilən aylıq ödəncin yenidən müəyyən edilməsi, itirilmiş qazancın, əldən çıxmış faydanın müəyyən edilməsi, iddiaçıya ödənilməli aylıq ödəncə kütləvi artımların tətbiq olunaraq ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimanziyaya qarşı “normadan artıq verilmiş 7 iş saatına görə əmək haqqının hesablanması və ödənilməsi, əmək xəsarəti ilə əlaqədar ödənilən aylıq ödəncin yenidən müəyyən edilməsi, itirilmiş qazancın, əldən çıxmış faydanın müəyyən edilməsi, iddiaçıya ödənilməli aylıq ödəncə kütləvi artımların tətbiq olunaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş mülki işin baxış iclası xx.xx.2025-ci il tarixə, saat 15:30-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatına əlavəsi olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsində qeyd olunan tələb aydın olmadığına, qeyri-müəyyən olduğuna görə və iddiaçının nümayəndəsinin məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmək niyyəti nəzərə alınaraq məhkəmə iclasları 30 aprel 2025-ci il tarixdən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi məqsədilə dəfələrlə (xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il) təxirə salınmışdır. Lakin iddiaçı tərəfindən hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırılmamışdır. İddiaçının nümayəndəsi əvvəlki iclasda məhkəməyə ərizə təqdim edərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasının sentyabr, oktyabr aylarına təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasının qeyd olunan müddətə təxirə salınması qanunvericilikdə işə baxılması üçün müəyyən edilmiş prosessual müddətlərin ötürülməsinə səbəb olmaqla yanaşı, prosessual qənaət prinsipi baxımından da məqsədəmüvafiq deyildir. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimanziyaya qarşı “normadan artıq verilmiş 7 iş saatına görə əmək haqqının hesablanması və ödənilməsi, əmək xəsarəti ilə əlaqədar ödənilən aylıq ödəncin yenidən müəyyən edilməsi, itirilmiş qazancın, əldən çıxmış faydanın müəyyən edilməsi, iddiaçıya ödənilməli aylıq ödəncə kütləvi artımların tətbiq olunaraq ödənilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsinin baxılmamış saxlanılması qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət edilməsinə mane olmur. Həmin nöqsanları aradan qaldırmaqla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimanziyaya qarşı “normadan artıq verilmiş 7 iş saatına görə əmək haqqının hesablanması və ödənilməsi, əmək xəsarəti ilə əlaqədar ödənilən aylıq ödəncin yenidən müəyyən edilməsi, itirilmiş qazancın, əldən çıxmış faydanın müəyyən edilməsi, iddiaçıya ödənilməli aylıq ödəncə kütləvi artımların tətbiq olunaraq ödənilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar