Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-332/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh1 vəkili və nümayəndəsi Əhmədov İftixar Hüseyn oğlunun iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2019-cu il tarixli 003R********** saylı kredit razılaşmasının, 04.05.2020-ci il tarixli 003R**********S saylı sazişin və 21.07.2020-ci il tarixli 003R**********SA saylı sazişin ləğv olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 43.748,95 manat məbləğində kredit borcu, 11.259,54 manat məbləğində faiz borcu və 16.974,61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 71983 (yetmiş bir min doqquz yüz səksən üç) manat 31 (otuz bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 mänat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda 8A/27 nömrəli binada xüsusi mülkiyyətdə olan 62.7 kv.m ümumi sahədən ibarət 15 nömrəli mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə 71983,31 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X2 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda 8A/27 nömrəli binada xüsusi mülkiyyətdə olan 62.7 kv.m ümumi sahədən ibarət 15 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2, X6, X4, Cavabdeh4, X3 və Cavabdeh3 həmin mənzildən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.08.2018-ci il tarixli 003L**********58 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 28.08.2019-cu il tarixli 003R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 04.05.2020-ci il tarixli 003R**********S saylı, 21.07.2020-ci il tarixli 003R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.09.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6251,05 manat ödəmiş, onun 43748,95 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24.09.2021-ci il tarixə 388 gün üçün hesablanmış faiz borcu 11259,54 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 24.09.2021-ci il tarixə 388 gün üçün hesablanmış cərimə 16974,61 manat təşkil edir. Kredit müqaviləsi üzrə borclu krediti ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1ci bəndinə əsasən yuxanda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə X3 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və zamin Cavabdeh2 və Bank arasında bağlanılmış 14.08.2018ci il tarixli 3M-573 qeydiyyat nömrəli ipoteka müqaviləsi əsasında ona məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8a/27 nömrəli binada xüsusi mülkiyyətdə olan 62.7 kv.m ümumi sahədən ibarət 15 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyanın arvadı Cavabdeh3 və digər qeydiyyatda olanlar Sumqayıt şəhəri, 1-ci mikrorayonda 8A/27 nömrəli binada xüsusi mülkiyyətdə olan 62.7 kv.m ümumi sahədən ibarət 15 nömrəli mənzil İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 02.09.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 23.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2019-cu il tarixli 003R********** saylı kredit razılaşmasının, 04.05.2020-ci il tarixli 003R**********S saylı sazişin və 21.07.2020-ci il tarixli 003R**********SA saylı sazişin ləğv olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 43748,95 manat məbləğində kredit borcu, 11259,54 manat məbləğində faiz borcu və 16974,61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 71983 (yetmiş bir min doqquz yüz səksən üç) manat 31 (otuz bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 306 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda 8A/27 nömrəli binada xüsusi mülkiyyətdə olan 62.7 kv.m ümumi sahədən ibarət 15 nömrəli mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə 71983 (yetmiş bir min doqquz yüz səksən üç) manat 31 (otuz bir) qəpik məbləğində borcun, ödənilmiş 306 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X2, Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda 8A/27 nömrəli binada xüsusi mülkiyyətdə olan 62.7 kv.m ümumi sahədən ibarət 15 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2, X6, X4, Cavabdeh4, X3 və Cavabdeh3 həmin mənzildən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil öz izahatında bildirdi ki, iddia tələbini qismən, əsas borc hissədə qəbul edir. Faiz və cərimə borcu ilə razı deyildir, həmin borc məbləğinin silinməsin məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 14 avqust 2018-ci il tarixli, № 003L**********58 “Uzunmüddətli Kredit müqaviləsinə” əsasən kreditverən kreditalana 120 ay müddətinə, 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə kreditin bitmə tarixi 14.08.2028-ci il tarix müəyyən edilmişdir. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 28.08.2019-cu il tarixli 003R********** saylı Kredit Razılaşmasından görünür ki, Borcalan 36 ay müddətinə, aylıq 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. 04.05.2020-ci il tarixli 003R**********S saylı, 21.07.2020-ci il tarixli 003R**********SA saylı Sazişlərin məzmunundan görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 24.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan əsas borcu 43748,95 manat, faiz borcu 11259,54 manat, cərimə 16974,61 manat olmaqla, cəmi 71983,31 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. 9/44 nömrəli 28 mart 2022-ci il tarixli məhkəmə-mühasibat ekspertizasının rəyindən görünür ki, 28.08.2019-cu il tarixli, 003R********** saylı kredit razılaşmasının və sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 24.09.2021-ci tarixə banka olan əsas və faiz borcu 56.514,78 manat məbləğində müəyyən edilir, o cümlədən, 24.09.2021-cu il tarixə: əsas borc üzrə 43.639,54 manat, faiz borcu üzrə 12.875,23 manat təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 İddiaçı QSC tərəfindən 28.08.2019cu il tarixli, 003R********** saylı kredit razılaşması üzrə cərimə hesablanmamışdır. Tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə ekpert rəyini Azərbaycan Respublikası MPM-nin 76, 88-ci maddələrinə əsasən sübut növü olaraq qiymətləndirir. İş materiallarında olan Cavabdeh2 arasında bağlanmış 14.08.2018-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 14.08.2018-ci il tarixli Kredit Xətti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İşin hallarından göründüyü kimi İddiaçı QSC ilə zamin arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı zamin Bank qarşısında üzərinə tam məsuliyyət götürmüşldür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 14 avqust 2018-ci il tarixli Kredit xətti müqaviləsi çərçivəsində bağlanımış 28 avqust 2019-cu il tarixli kredit razılaşması üzrə ödəniş planı ilə zamin tanış olmuş və razılığı alınmışdır. Odur ki, məhkəmə zaminə qarşı yönəldilmiş tələbi əsaslı hesab edir. Məhkəmə Mülki Məcəllənin 470, 472-ci maddələrinə istinadən hesab edir ki, iddiaçının zaminə qarşı iddia tələbi əsaslıdır, zamin borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış 14 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, 14 avqust 2018-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8A/27, 15 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 42.000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8A/27 saylı evin, 15 nömrəli mənzilinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 294 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində 16.08.2018-ci il tarixində qeydə alınmışdır. 08.09.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunmuşdur. “ASAN-Sumqayıt” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, X10, X8, Cavabdeh4 Sumqayıt şəhəri, 1-ci mikrorayon ünvanında yerləşən, 8A/27 nömrəli evin 15 saylı mənzilində qeydiyyatdadırlar. X9, X7, Cavabdeh4 tərəfindən verilmiş ərizələrdən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon ünvanında yerləşən, 8A/27 nömrəli evin 15 saylı mənzilin kreditin təminatı olaraq ipotekaya qoyulmasına razı olduqlarını, mənzilə tutma yönəldikdə və o satıldıqda mənzildən çıxmağı öhdələrinə götürmüşlər. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8A/27 nömrəli evin 15 saylı mənzilinin satış (likvid) dəyəri 65.000 manat təşkil edir. Məhkəmə Mülki Məcəllənin 228, 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 306 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən ödənilmiş məhkəmə xərclərinin 266,42 manat iddiaçıya aid edilməli, 79,58 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, qanunvericliyin hakim verilmiş tələblər üzrə qətnamə çıxarır göstərişinə əsaslanaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2019-cu il tarixli 003R********** saylı kredit razılaşması, 04.05.2020-ci il tarixli 003R**********S saylı saziş və 21.07.2020-ci il tarixli 003R**********SA saylı saziş ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 43639,54 manat əsas borc, 11259,54 manat faiz borcu olmaqla, cəmi 54899,08 manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 266,42 manat tutulmalı, tələb Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8A/27, 15 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilməli, bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ X2 və Cavabdeh2 birgə qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin mənzildən cavabdehlər Cavabdeh2, X10, X8, Cavabdeh4, X7 və Cavabdeh3 çıxarılmalı, mənzil boşaldılmalı və alıcıya təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 46 manat iddiaçıdan və 154 manat cavabdehlərdən tutularaq X1 hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2019-cu il tarixli 003R********** saylı Kredit Razılaşması, 04.05.2020-ci il tarixli 003R**********S saylı Saziş və 21.07.2020ci il tarixli 003R**********SA saylı Saziş ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 43639,54 manat əsas borc, 11259,54 manat faiz borcu olmaqla, cəmi 54899,08 (əlli dörd min səkkiz yüz doxsan doqquz manat səkkiz qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 266,42 (iki yüz altmış altı manat qırx iki qəpik) manat tutulsun. Tələb Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8A/27, 15 nömrəli mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilsin, bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ X2 və Cavabdeh2 birgə qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin mənzildən cavabdehlər Cavabdeh2, X10, X8, Cavabdeh4, X7 və Cavabdeh3 çıxarılsınlar, mənzil boşaldılsın və alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 154 (bir yüz əlli dörd) manat alınaraq X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-332/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-332/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver