Məhkəmə qərarları › İş №2(060)-333/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-333/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-333/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı mənzilə yaşayış-istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzili onun şəxsi mülkiyyətindədir.Cavabdehlərdən Kənan iddiaçının qardaşı, Məhsəti isə bacısıdır. Kənan 1996-cı ildən, Məhsəti 2008-ci ildən onun evindən çıxmış, cavabdehlər faktiki olaraq başqa ünvanda yaşayırlar və onların hələ də mənzildə qeydiyyatda qalması mənzillə bağlı bir sıra hüquqların həyata keçirilməsində çətinliklər yaradır, onların formal qeydiyyatı ilə əlaqədar iddiaçı əlavə mənzil və kommunal xərcləri ödəməyə məcbur olur. Cavabdehlər doğulduqları gündən qeyd olunan mənzildə qeydiyyatdadırlar. Məhkəmə iclasında iddiaçı idia ərizəsi ilə eyni məzmunli izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə iş üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 15 saylı evin 19 saylı mənzilində olan istifadə hüququnun itirilməsinə olduğunu bildirdi. Məhkəmə iş üzrə iddiaçının, Cavabdeh2 izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X2 oğlu Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzilini Xəlilova Aynur Aydın qızına bağışlamışdır. -AR ƏMDK yanında DƏDRX-nin verdiyi RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzil İddiaçı mülkiyyətindədir. -AR DİN-nin verdiyi ******* saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 oğlu və Cavabdeh2 Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzilində qeydiyyatdadırlar. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Xəlilov X1 Respublikasına xx.xx.2015-ci ildə getmiş, xx.xx.2017-ci ildə qayıtmış, xx.xx.2017-ci ildə getmiş,xx.xx.2017-ci ildə qayıtmış, xx.xx.2017-ci ildə getmiş, xx.xx.2019-cu ildə qayıtmış, xx.xx.2019-cu ildə getmiş və hələ qayıtmamışdır. -AR DİN BPQMİ bilavasitə tabe olan Sumqayıt “ASAN xidmət” mərkəzinin verdiyi xx xxxxxxx 2020-ci il tarixli, 1156 saylı məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2007-ci il tarixdən Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 15 saylı evin 19 saylı mənzilinə qeydiyyatda alınmışdır. -Cavabdeh2 xx.xx.2020-ci il tarixli əizəsindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 15 saylı evin 19 saylı mənzilində olan istifadə hüququnun itirilməsinə razıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzili onun şəxsi mülkiyyətindədir.Cavabdehlərdən Kənan iddiaçının ardaşı, Məhsəti isə bacısıdır. Kənan 1996cı ildən, Məhsəti 2008-ci ildən onun evindən çıxmış, cavabdehlər faktiki olaraq başqa ünvanda yaşayırlar. Cavabdehlər doğulduqları gühndən qeyd olunan mənzildə qeydiyyatdadırlar. Cavabdeh2 mübahisəli mənzil - Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 15 saylı evin 19 saylı mənzilində olan istifadə hüququnun itirilməsinə razıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır..Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, Cavabdeh2 iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki,tərəflər arasında hüquq münasibətləri 2000-cu ilin sentyabr ayının 1-dən qabaq yaranmışdır. Cavabdehlərin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt və mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilir və bu səbəbdən qüvvədə olan Mülki Məcəllənin normalarını bu mübahisəyə tətbiq edilməsi mümkün deyil. Belə ki, tərəflər arasında yaranmış münasibətlər 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir və mənzilin hüquqi statusu dövlət mənzil fonduna aid olmuşdur. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki,tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx xxxx 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Cavabdeh1 qeyd olunan mənzili tərk etməsi və tərk etdikdən sonra başqa yaşayış sahəsi ilə təmin olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Ona görə də idida tələbi bu hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh Musayev Məhsəti Aydın qızının Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzilininə olan istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh Musayev Məhsəti Aydın qızının Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzilininə olan istifadə hüququ itirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar