Məhkəmə qərarları › İş №2(060)-3360/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3360/2022

02.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3360/2022 02.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Ərizəçi, Ərizəçi nümayəndəsi-vəkili X14 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2010-cu ildə Rusiya Federasiyasında, X5 xx.xx.2012-ci ildə Rusiya Federasiyasında və X10 xx.xx.2016-cı ildə İraq Respublikasında doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X15 2009-cü ildə X20 ilə nikahdan kənar ailə qurmuşdur. Aralarında rəsmi nikah olmamışdır. Bildirir ki, onların nikahdan dörd uşaqları var: xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X19. Qeyd edir ki, 2014-cü ilin sentyabr ayında oğlu, 2015-ci ilin sentyabr ayında isə gəlini İraq Respublikasına getmiş və geri qayıtmamışdır. Oğlunun övladları xx.xx.2010- cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X2 Respublikasının Bağdad şəhərində yerləşən kimsəsizlər evində aşkar olunmuşdur. Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin vasitəsilə nəvələri Azərbaycan Respublikasına gətirilmişdir. Bundan sonra ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək nəvələrinin üzərində qəyyum təyin olunmağını xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə ərizəçi nəvələri - xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X19 üzərində qəyyum təyin edilmişdir. Nəvələrindən birinin, yəni, xx.xx.2014-cü il təvəllüdlü X11 doğumu qeydə alınıb və ona doğum haqqında şəhadətnamə verilib. Digər nəvələri xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X10 doğumu bu günə kimi qeydə alınmamışdır. Ona görə də ərizəçi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət edərək nəvələri xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2014cü il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X10 doğumunun qeydə alınmasını xahiş etmişdir. Lakin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən mənə yazılı şəkildə bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın doğumun qeydə alınması bölməsinin 2.5.4-cü bəndində əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənərda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Göstərilən sənədi təqdim edə bilmədiyinə görə, bu Qaydaların 2.6-cı bəndinə müvafiq olaraq doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, doğum faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Doğum faktının müəyyən olunması ərizəçiyə nəvələrinə doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmədə Ərizəçi nümayəndəsi-vəkili X22 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin üç övladının- 2 oğlu 1 qızı olduğunu bildirdi. Oğlu Şamil və gəlini İnessa uzun müddət Rusiyada yaşamışdır. Onlar Rusiyadan qayıdanda 2 övladları var idi. 2010-cu il təvəllüdlü Samirə və 2012-ci il təvəllüdlü Nərminə. Burada olduqları vaxt 2014cü ildə Rəhilə adlı övladları anadan olmuşdur. Daha sonra Şamil və İnessa başqa xarici ölkəyə getmişdir. Orada olduqları vaxt 2016-cı ildə Daniyal adlı övladları anadan olmuşdur. Daha sonra ərizəçi oğlu və onun ailəsi barədə məlumat əldə edə bilməmişdir. Aidiyyatı qurumlara müraciət edərək oğlunun övladlarını Azərbaycana gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadə verərək bildirdi ki, ərizəçinin qonşudur. Əvvəllər ərizəçi Rusiyada yaşamışdır. Ərizəçinin oğlu və gəlini Rusiyadan gələndə onların 2010-cu il təvəllüdlü Samirə və 2012-ci il təvəllüdlü Nərminə adlı övladları var idi. Burada 2014-cü ildə Rəhilə adlı övladları oldu. 2016-cı ildə Şamil və İnessa İraqa getdikdən sonra 2016-cı ildə Daniyal adlı övladları olmuşdur. Sonradan ərizəçi oğlunun Suriyada öldüyünü bilmiş, nəvələrinin yanına gətirilməsi üçün müraciətlər etmiş, dörd nəvəsi də İraqdan Azərbaycana gətirilmişdir. Hazırda ərizəçinin nəvələri ilə birlikdə yaşadığını bildirdi. Məhkəmə iclasında dinlənilən azyaşlı-xx.xx.2012-ci il təvəllüdlü X16 məhkəmənin suallarına cavab verərək 10 yaşı olduğunu, məktəbə sənədləri olmadığı üçün gedə bilmədiyini, oxumaq istədiyini bildirdi. Samirə və Rəhilə adlı 2 bacısı, Daniyal adlı 1 qardaşı vardır. Hazırda bacıları və qardaşı ilə birlikdə nənəsi və babası ilə bir yerdə yaşadıqlarını bildirdi. Əvvəllər ailəsi ilə birlikdə İraqda qaldığını, daha sonra nənəsi vasitəsilə bura gəldiklərini qeyd etdi. Məhkəmə iclasında dinlənilən azyaşlı-xx.xx.2010-cu il təvəllüdlü X17 məhkəmənin suallarına cavab verərək 12 yaşı olduğunu, məktəbə getmədiyini qeyd etdi. 2 bacısı 1 qardaşı vardır. Hazırda onlarla birlikdə nənəsi ilə birlikdə yaşayırlar. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin 01 mart 2021-ci il tarixli, 05/Q-776/15 nömrəli məktublarından görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X13 doğum haqqında şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın Doğumun qeydə alınması Bölməsinin 2.5.4 bəndinə əsasən, doğumun qeydə alınması üçün, tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonar valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Göstərilən sənədi təqdim edə bilmədiyinə görə, bu qaydanın 2.6 bəndinə müvafiq olaraq, doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət edilməlidir. - Doğum haqqında şəhadətnamədən çıxarışın surətindən görünür ki, X18 25 iyul 2014-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7011/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X3 xx.xx.2016-cı il tarixində Suriya Respublikasında ölməsi və onun xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X13 ataları olması faktı müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli, 678 saylı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Qəyyum təyin etmə barədə sərəncamından görünür ki, Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X13 üzərində qəyyum təyin edilmişdir. - Azərbaycan Respublikasının İraq dövlətindəki səfirliyi tərəfindən verilmiş qayıdış şəhadətnamələrindən görünür ki, Samirə Pirakova xx.xx.2010-cu il təvəllüdlü, Nərminə Pirakova xx.xx.2012-ci il təvəllüdlü, daniyal Pirakov xx.xx.2016-cı il təvəllüdlüdür. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X15 2009-cü ildə X20 ilə nikahdan kənar ailə qurmuşdur. Aralarında rəsmi nikah olmamışdır. Onların xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X19 adlı dörd uşaqları olmuşdur. Ərizəçinin 2014-cü ilin sentyabr ayında oğlu, 2015-ci ilin sentyabr ayında isə gəlini İraq Respublikasına getmiş və geri qayıtmamışdır. Oğlunun övladları xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X2 Respublikasının Bağdad şəhərində yerləşən kimsəsizlər evində aşkar olunmuşdur. Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin vasitəsilə nəvələri Azərbaycan Respublikasına gətirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7011/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.1987-ci il təvəllüdlü X3 xx.xx.2016-cı il tarixində Suriya Respublikasında ölməsi və onun xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X13 ataları olması faktı müəyyən edilmişdir. Bundan sonra ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək nəvələrinin üzərində qəyyum təyin olunmağını xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin 04.11 2021-ci il tarixli sərəncamı ilə ərizəçi nəvələri - xx.xx.2010cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X19 üzərində qəyyum təyin edilmişdir. Nəvələrindən birinin, yəni, xx.xx.2014-cü il təvəllüdlü X11 doğumu qeydə alınıb və ona doğum haqqında şəhadətnamə verilmişdir. Digər nəvələri xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X10 doğumu bu günə kimi qeydə alınmamışdır. Ona görə də ərizəçi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət edərək nəvələri xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X10 doğumunun qeydə alınmasını xahiş etmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X9 xx.xx.2010-cu ildə Rusiya Federasiyasında, X5 xx.xx.2012-ci ildə Rusiya Federasiyasında və X10 xx.xx.2016-cı ildə İraq Respublikasında doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X9 xx.xx.2010-cu ildə Rusiya Federasiyasında, X5 xx.xx.2012-ci ildə Rusiya Federasiyasında və X10 xx.xx.2016-cı ildə İraq Respublikasında doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar