Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3381/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi və maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu-X2 23.11.2016-cı ildə Suriya Respublikasında doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Ərizəçi 01.12.2010-cu ildə X11 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından üç övladları var: 30.06.2007-ci il təvəllüdlü X10, 09.02.2009-cu il təvəllüdlü X8 və 23.11.2016cı il təvəllüdlü X6. Qeyd edir ki, o, 2014-cü ildə həyat yoldaşı X11 və övladları 30.06.2007ci il təvəllüdlü X10, 09.02.2009-cu il təvəllüdlü X8 ilə birlikdə Suriya Respublikasına getmişdir. 23.11.2016-cı il təvəllüdlü X1 Respublikasında olduqları vaxt dünyaya gəlmişdir. 2021-ci ildə o, uşaqları ilə birlikdə Səfirliyinin vasitəsilə Azərbaycan Respublikasına qayıtmışdır. 23.11.2016-cı il təvəllüdlü X3 doğumu bu günə kimi qeydə alınmamışdır. Ona görə də o, Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət edərək oğlu 23.11.2016-cı il təvəllüdlü X3 doğumunun qeydə alınmasını xahiş etmişdir. Lakin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ona yazılı şəkildə bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın doğumun qeydə alınması bölməsinin 2.5.4 cü bəndində əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənərda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Göstərilən sənədi təqdim edə bilmədiyinə görə, bu Qaydaların 2.6-cı bəndinə müvafiq olaraq doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyi xahiş olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, doğum faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Doğum faktının müəyyən olunması ona oğluma doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, oğlu-X2 23.11.2016-cı ildə Suriya Respublikasında doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmədə şahid X7 bildirdi ki, ərizəçi gəlinidir. Hazırda oğlunun harda olmasından xəbəri yoxdur. Gəlini oğlu ilə Türkiyə Respublikasına getmişdir. Sonradan eşitmişdir ki, Suriyaya gediblər. Oğlu ailəsi ilə Suriyada olanda onlarla əlaqə yarada bilməmişdir. Hazırda üç nəvəsi var. Uşağın biri Suriyada doğulub. Gəlini 1 ildən çoxdur üç uşağı ilə Azərbaycan Respublikasına gəlib. Hazırda da onun yanında yaşayır. Nəvəsinin adı Abdullahdır. Məhkəmə Ərizəçi, maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi Nümayəndə və şahid X5 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AZ-İ №611890 saylı, 01.12.2010-cu il tarixli “Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi arasında olan nikah 01.12.2010-cu il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış və nikah akt qeydlər kitabında 1269 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AA0218350 saylı, “Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi”nin surətindən görünür ki, Mammadov Abdullah 23.11.2016-cı il tarixdə Suriya Respublikasında doğulmuşdur. İş materiallarında olan 03.03.2022-ci il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın doğumun qeydə alınması bölməsinin 2.5.4 cü bəndində əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənərda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Göstərilən sənədi təqdim edə bilmədiyinə görə, bu Qaydaların 2.6-cı bəndinə müvafiq olaraq doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.6-cı bəndindən görünür ki, tibb müəssisəsindən kənarda doğulmuş uşağın doğulmasını təsdiq edən həkim sənədi olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 307.2.11ci maddəsinə əsasən hesab edir ki, ərizəçinin müraciəti təmin edilərək uşağın doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin oğlu X3 23 noyabr 2016-cı il tarixdə doğum faktının müəyyən edilməsi üçün işdə kifayət qədər əsaslar olduğundan, bu fakt müəyyən edilməlidir. Bundan əlavə, X3 23 noyabr 2016-cı il tarixdə Suriya Respublikasında doğulması faktını iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsinin surətindən sübuta yetirilir. Uşaq Suriya Respublikasında doğulduğuna görə və bununla bağlı heç bir sənəd təqdim edilmədiyi üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsi doğumun qeydiyyatını düzgün olaraq aparmayıb. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-maddəsinə görə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğumun qeydə alınması üçün əsas doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəddir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin, qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Mülki Prosessual Məcəllənin 297.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın. Məhkəmə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnamə verməsindən imtina etməsini iddiaçının hüquq və azadlıqlarının həyata keçirilməsinə maneə hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi oğlu –X3 23 noyabr 2016-cı il tarixdə Suriya Respublikasında doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi oğlu –X3 23 noyabr 2016-cı il tarixdə Suriya Respublikasında doğulması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3381/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3381/2022
01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver