Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3397/2020 08.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakıilə, İddiaçı qızının cavabdehlər X1 və X2 qarşı “evdən çıxarılma və evə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər X1 və X2 qarşı “evdən çıxarılma və evə köçürülmə tələbinə” dair iddiaərizəsiiləSumqayıt şəhər Məhkəməsinəmüraciətedərək, onun mülkiyyətində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 57A saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsivə vəkili X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandır dı ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 57A saylı fərdi yaşayış evi xx xxx 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlaonun mülkiyyətindədir. Cavabdehlər X1 və X7 onun qaynanası və qaynatasıdırlar. Belə ki, o, cavabdehlərin oğlu X3 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onun qaynanası və qaynatası ilə münasibətləri pisləşmiş, onlar onuona məxsus evdən çıxarmışlar. O, mülkiyyətində olan evə daxil ola bilmir. Onu mənzil və mülkiyyət hüquququndan məhrum ediblər. Dəfələrlə evinə daxil olmaq istəsə də, qaynanası və qaynatası buna imkan verməmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Beləki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Yusubzadə İsmayıl ilə X6 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş və nikah bağlandıqdan sonra arvada “Yusubzadə” soyadı verilmişdir. İş materiallarında olan AZərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-ni 2 saylı X13 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********91 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 57A saylı ünvanında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı qızının adına qeydiyyat alınmışdır. Göründüyü kimi, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 57A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin iddiaçının həmin fərdi yaşayış evinə köçürülməsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Yusubzadə X4 şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 57A saylı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3397/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3397/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver