Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3455/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi əmlakın miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf 1 saylı Regional Asan Xidmət Mərkəzində Notariat Ofisini göstərməklə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Ərizəçi tərəfindən xx.xx.1999-cu idə vəfat etmiş atası X2 qalmış mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Tələb onunla əsaslandırılmışdır ki, onun atası X9 xx.xx.1999-cu ildə Sumqayıt şəhəri, Corat qəsəbəsində vəfat emiş, vəfatından sonra ünvan 1 ünvanında 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Atasının vəfatından sonra onun birinci növbə vərəsələri kimi anası X19, qardaşları X15, X22, bacıları X10, X18 və Ərizəçi qalmışdır. 2016-cı ildə isə anası X19 vəfat etmişdir. O, 1964-cü ildə anadan olan tarixdən, yəni atası 1999-cu ildə vəfat etdikdən sonra da 2001-ci ilin dekabrın 28-ə qədər atasından miras qalmış, ünvan 1 ünvanında daimi yaşamışdır. 2001-ci ilin dekabrında o, ailə qurmuş, Sumqayıt şəhəri, 9-cu mkr, ev 82, mənzil13 üvnvanına köçmüşdür. Atasının vəfatından sonra anası, qardaşı və bacıları birlikdə atadan qalmış miras əmlakı idarə etmiş, yaşayış evini təmir etmiş, təsərrüfatı idarə etmişlər. O, əmlakın və təsərrüfatın idarə edilməsində iştirak etmiş, miras əmlakı faktiki olaraq qəbul edərək idarə etmişdir. Bu günə qədər həmin əmlakın idarə edilməsində iştirak edir. Usta olduğu üçün evin təmir işlərini, təsərrüfatın idarə edilməsini həyata keçirmişdir və hazırda da bu işlərlə məşğul olur. Lakin anaları sağ olduğu üçün, torpaq sahəsi və mənzilə hüquqmüəyyənedici sənəd olan çıxarış alınmadığından notariat ofisinə rəsmi ərizə ilə heç bir vərəsə, o cümlədən də özü müraciət etməmişdir. Torpağın və yaşayış evinin çıxarışı yox idi. Ailədə belə razılığa gəlmişdilər ki, hamı bir yerdə əmlakı birinci növbə vərəsə kimi ara ilə birlikdə bərabər qaydada böləcəklər. Nəhayət 2023-cü ildə Asan-Xidmət mərkəzində olan notariat ofisinə müraciət edərkən onlara izah etdilər ki, DƏKÜR Xidməti 2 saylı Ərazi İdarəsindən arayış almaq lazımdır. Göstərilən əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış isə 2024-cü ilin aprel-may aylarında alınmışdır. Həmçinin bildirdilər ki, o, həmin ünvanda daimi qeydiyyatda olmadığı üçün məhəkəməyə nüraciət etməlidir. Bununla əlaqədar ona notariat ofisindən xx.xx.2025 ci il tarixli 873 saylı məktubla məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Atasından qalan miras əmlaka dair ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi qanunsuzdur və vərəsə kimi konstitusion hüquqlarını pozur. O, 1999-cu idə vəfat etmiş atası X5 dəfnində iştirak etmiş, qəbirüstü abidəsini öz vəsaiti ilə götürmüş, atadan qalan miras əmlakı faktiki olaraq onun vəfatından sonra qəbul etmiş, miras əmlakı idarə etmişdir. Bunu digər vərəsələr və qonşular da təsdiq edə bilərlər. Qonşular tərəfindən imzalanmış və icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş akt bunu təsdiq edir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 məhkəmə iclasında təsdiq etdi ki, qardaşı Əmirah atası öləndən 2001-ci ilə kimi qeyd edilən ünvanda birlikdə yaşamışdır. O, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Digər üçüncü şəxs X16 məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı tərəf 1 saylı Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin şəxslərin və ya nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Atası 1999-cu ildə öımüş, həmin tarixdən qardaşı Əmirah evlənənə kimi, yəni 2001-ci ilə kimi onlarla birlikdə ata evində yaşamış, təsərrüfat işləri ilə məşğul olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, habelə şahidi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - 709473 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X12 nikahından xx.xx.1964-cü il tarixdə Ərizəçi doğulmuşdur. - AZ-İ 761082 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1999-cu il tarixdə ölmüşdür. - AZ-İ 790008 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2016-cı il tarixdə ölmüşdür. - 1 saylı Regional Asan Xidmət X29 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X7 aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: arvadı X19, oğulları X16, X22, Ərizəçi, qızları X11 və X18. - Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışdan görünür ki, Sumqayıt, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 115 və 0,08 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdən X3 adına qeydə alınmışdır. - Sumqayıt şəhər İHB-nin Corat qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 233 saylı arayışından görünür ki, Ərizəçi həqiqətən 21 avqust 1964-cü il tarixində anadan olmuş, anadan olduğu tarixdən dekabr 2001-ci il tarixinə kimi Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74, ev 115 ünvanında yaşamışdır (Əsas : üç qonşunun iştirakı ilə tərtib edilmiş akt). Ərizəçi 30 oktyabr 1980-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74, ev 115 ünvanına qeydiyyata alınmış, xx.xx.1985-ci il tarixdən qeydiyyatdan çıxmışdır. Qeydiyyatdan çıxsa da dekabr 2001-ci il tarixinə kimi qeydiyyatsız bu ünvanda yaşamışdır. Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74, ev 115 ünvanı mərhum X6 adına qeydiyyata alınmışdır. Bu ünvanda X8 -xx.xx.1932-ci il təvəllüdlü -qeydiyyatda olub, yaşayıb, xx.xx.1999-cu il tarixdə vəfat edib. X21- xx.xx.1942-ci il təvəllüdlü - qeydiyyatda olub,yaşayıb, xx.xx.2016- cı il tarixdə vəfat edib. X16- xx.xx.1962-ci il təvəllüdlü, qeydiyyatdadır, yaşayır. X23 -xx.xx.1966-cı il təvəllüdlü, qeydiyyatdadır, yaşayır. X17 xx.xx.2002-ci il təvəllüdlü, qeydiyyatdadır, yaşayır. X24 -xx.xx.1996-cı il təvəllüdlü, qeydiyyatdadır, yaşayır. X13 - xx.xx.1967-ci il təvəllüdlü, qeydiyyatdadır, yaşamır. X18 xx.xx.1972-ci il təvəllüdlü, qeydiyyatdadır, yaşayır. X22-xx.xx.1976-cı il təvəllüdlü, qeydiyyatdadır, yaşayır. X14 -1936-cı il təvəllüdlü, qeydiyyatda olub, yaşayıb, xx.xx.2021ci il tarixdə vəfat edib. - 1 saylı Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mərhum X6 vəfat etdiyi xx.xx.1999-cu il tarixə qüvvədə olan 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığım bildiyi və ya bilməli olduğu gündən 3 (üç) ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 (altı) ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vll missəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsasland ırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin həmin Qərarla, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Göründüyü kimi miras sözügedən Qərarın qəbul edildiyi xx.xx.2023-cü ildən qabaq, yəni xx.xx.1999-cu il tarixdə açıldığı üçün, həmin dövrün qanunvericiliyinə əsasən, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hazırda Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Mirasın qəbulu faktının müəyyən olunmasına və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli əmlak Ağakərim Qurbanova məxsus olmuşdur. O, öldükdən sonra vərəsələrindən arvadı və uşaqları qalmışdır. Onun arvadı S.Qurbanova isə 2016-cı ildə ölmüşdür. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdən görünür ki, Ağakərim Qurbanov xx.xx.1999-u il tarixdə ölmüş və onun mülkiyyətində ünvan 1 ünvanında 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Onun hazırda ərizəçidən başqa, qardaşları X16, X22, bacıları X10 və X18 adlı 5 vərəsəsi qalmışdır (İ növbə). İşdən görünür ki, miras qoyan öləndən sonra bütün bu vərəsələr atalarından qalmış miras əmlakı faktiki qəbul etmiş, əmlakı idarə etməklə bunu bariz şəkildə nümayiş etdirmişlər. Bu barədə vərəslər arasında mübahisə yoxdur. Bununla belə, işdəki mötəbər sənədlərdən görünür ki, ərizəçi mübahisəi evdə xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək qeydiyyatda olmuşdur. Onun mübahisəli evdə qeydiyyatda olub-olmamasından asılı olmayaraq atasından qalmış miras əmlakda payı mövcuddur. Doğrudur, A.Qurbanov ölən vaxt qüvvədə olan Mlüki Məcəllənin (2000-ci ilədək qüvvədə olan) 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Bu fakta istinad edən müvafiq notariat ofisi ərizəçiyə atasından qalan miras əmlaka dair vərəsəliklə bağlı şəhadətnamə verməkdən imtina etmişdir. Lakin həmin Məcəllənin 553-cü maddəsində qeyd edilmişdir ki, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Yuxarıda da qeyd olunduğu kimi, ərizəçi və digər vərəsələr atadan miras qalmış əmlakı (torpaq sahəsi və ev) onun ölümündən sonra orada yaşamaqla dərhal qəbul etmişlər və bu barədə onlar arasında mübahisə yoxdur. Buna görə də məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, A.H.Qurbanovun vərəsəsi Ərizəçi onun miras əmlakı olan ünvan 1 ünvanındakı 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair qanunla nəzərdə tutulmuş müddət daxilində vərəsəlik işi açılmasa da, mirası faktiki idarə etməklə həmin əmlaka münasibətdə mirası qəbul etmək niyyətini açıq-aşkar sərgiləməklə faktiki olaraq qəbul etmişdir. İş məhkəmədə araşdırılarkən digər vərəsələr tərəfindən hüquq haqqında mübahisə edilməsi qeydə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən atası X4 miras qalmış ünvan 1 ünvanındakı 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi faktı müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 qalmış ünvan 1 və onun yerləşdiyi 0,8 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-3455/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3455/2025
06.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver