Məhkəmə qərarları › İş №2(060)-3462/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3462/2024

24.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3462/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçiın əmək haqqı tələbinə dair mülki işə 24 iyun 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçiın əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin onunla AR ƏM-nin 75.2-ci maddəsinin “a” bəndinə istinadən ‘‘əmək müqaviləsinə xitam verilməsinə dair” xx.xx.2023-ci il tarixli 58 N°-li əmrin etibarsız hesab edilərək ləğv edilməsi, onun əvvəlki iş yeri olan cavabdeh ”Sumqayıt Poladkonstruksiya Quraşdırma" ASC-də kran sürücüsü vəzifəsinə bərpa edilməsi, onu qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının, eləcədə mediasiya xərcləri üzrə 50 manat məbləğinin cavabdeh “Sumqayıt Poladkonstruksiya Quraşdırma'’ ASC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il tarixdən cavabdeh “Poladkonstruksiya Quraşdırma” müəssisəsində avtokran idarə edən sürücü (maşinist) peşəsində işə düzəlib. Həmin dövrdə sifarişlərin çoxluğuna baxmayaraq işlədiyi müəssisənin qarajında ağır qaldırma gücünə malik avtokran yox dərəcəsində olubdur və o, bir mütəxəssis kimi Rusiya Federasiyasına ezam olunmuş, oradan lazım olan avtokranı müəssisəyə gətirmiş və bu zaman avtokranın mühərrik sisteminin yenilənməsi üçün öz vəsaiti hesabına 1100 ABŞ dolları vəsait xərcləmişdir. Belə ki, bu ötən illər ərzində avtokran müəssisənin daim istismarında olmuşdur. 2015-ci ildə tərəflərin razılığı ilə əmək münasibətlərinə xitam verilmiş və xx.xx.2019-ci il tarixdən yenidən müddətsiz əmək müqaviləsi bağlanmaqla müəsissədə kran sürücüsü peşəsinə qəbul olunub. 2023-cü ilin ikinci yarısında müəssisədə iş həcminin azalması səbəbindən işəgötürən onu ödənişsız məzuniyyətə göndərmək istədiyini bildirmiş, o isə bunun qarşılığında ötən dövrdən yığılmış əmək məzunuyyətinə çıxmaq istədiyini bildirmiş və rəsmən xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdən artıq əmək məzuniyyətində olduğunu hesab edib. Bundan sonra məzuniyyətdə olduğu dövrün əmək haqqı tələbi ilə cavabdeh müəssisəyə müraciət etmiş, onlar isə işçi kimi onunla əmək müqaviləsinə xitam verildiyini bəyan etmişlər. O, bu xəbəri eşidən kimi dərhal aidiyyatı dövlət qurumlarına, o cümlədən X8 Xidmətinə müraciətlər etmişdir. Müfəttişlik müraciətləri əsasında xeyli bir müddət araşdırma aparmış və cavabdeh müəssisənin əməlində işçi olaraq ona münasibətdə kobud qanuna pozuntularını aşkar etmişdir. Cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 58 Nömrəli Əmrin ləğv olunmasına, eləcə də yol verilmiş digər pozuntuların aradan qaldırılması üçün Məcburi göstəriş vermişdir. X6 tərəfindən cavabdeh müəssisə barədə AR İXM 192.4 və 192.6-cı maddələrinə nəzərdə tutlmuş inzibati xəta törədildiyinə görə inzibati protokol, daha sonra isə xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Lakin cavabdeh, X5 nə məcburi göstərişinə, nə də inzibatı cəriməyə məhəl qoymamış və onu işə bərpa etməkdən imtina etmişdir. Nəticə olaraq o, pozulmuş əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək yolunu seçmişdir. Bunula bağlı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediator tərəfindən işin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Cavabdeh müəssisənin barəsində çıxarılmış işdən çıxma əmri ilə razı deyil, onu əsassız və qanunsuz hesab edir. Pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı o, ilkin olaraq mediasiya mərkəzinə müraciət etmiş, lakin cavabdeh müəssisə mediasiya sessiyasında iştirak etmədiyi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, cavabdeh müəssisə barəsində çıxarmış olduğu işdən çıxarma haqqında əmr tam qanunsuz və əsassızdır, belə ki, həmin əmr əmək qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla çıxarılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər məhkəməsində, onun cavabdeh ”Sumqayıt Poladkonstruksiya Quraşdırma” ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburu iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair” tələbi üzrə işə baxılır. Məhkəmənin keçən hazırlıq iclasında, işə sədrlik edən hakim tərəfındən tərəflərin barışığa gəlməsi üçün təklif edilsə də, cavabdeh tərəf bu barışığın mümkünsüzlüyünü bildirməklə, barışmaz mövqedə olmalarını nümayiş etdirmişdir. Odur ki, o da, iddiaçı olaraq vəkil xidmətindən yararlanmaq fıkrinə gələrək Sumqayıt şəhəri 1 saylı vəkil bürosunda vəkil kimi çalışan Vəkil ilə müqavilə bağlamış və müvafıq olaraq həmin vəkil bürosuna 320 manat vəsait ödəmişdir. Hazırda çəkdiyi vəkil vəsaitinin - məhkəmə xərcləri kimi cavabdeh tərəfindən onun xeyrinə tutulmasında israrlıdır və bu məqsəd ilə tərəfindən verilmiş iddia ərizəsinin tələb hissəsinin 3-cü bəndində mediasiya xərcləri tələbindən sonra, ödənilmiş vəkil xərclərini də əlavə edilməsinə dair ərizə təqdim edir. Qeyd edilənlərə əsasən onun cavabdeh ”Sumqayıt Poladkonstruksiya Quraşdırma” ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburu iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair” tələbi üzrə iddia ərizəsinə, tərəfindən ödənilmiş 320 manat məbləğində vəkil xərclərinin də əlavə edilərək cavabdeh ”Sumqayıt Poladkonstruksiya Quraşdırma” ASC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən kran sürücüsü vəzifəsinə işə qəbul olunmuşdur. Cəmiyyətin iş həcminin az olması ilə əlaqədar xx.xx.2023cü il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin A bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işə xitam verilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında X8 tərəfindən araşdırılma aparılmış, xx.xx.2023-ci il tarixli qərara əsasən son haqq-hesab ödənilmişdir. Həmçinin iddiaçı Əmək müqaviləsinin bərpa olunması məqsədilə 05 fevral 2024-cü il tarixdə cəmiyyətə dəvət olunmuş, lakin iddiaçı Əmək müqaviləsinin bağlanmasına etirazını bildirərək, şifahi qaydada qeyd etmişdir ki, artıq onlarla işləmək istəmir və başqa bir təşkilatda işləyir. Bu səbəbdən aralarında Əmək müqaviləsinin bağlanması mümkün olmamışdır. Həmçinin Əmək müqaviləsinin bağlanmasına etiraz etdiyi üçün iddiaçıdan yazılı izahat tələb olunsa da, iddiaçı bunu verməkdən imtina etmişdir. Bu səbəbdən cəmiyyətin kollektivi tərəfindən iclas təşkil olunmuş, iclasda səlahiyyətli şəxslər çıxış edərək iddiaçının Əmək müqaviləsi bağlanmasına etiraz etməsi barədə AKT və Protokol tərtib edilmişdir. Həmin AKT və Protokolla iddiaçını tanış etsə də, iddiaçı həmin sənədlərə imza atmaqdan imtina etmiş, bu səbəbdən də sənədlərin bir nüsxəsi və digər sənədlər iddiaçının ünvanına göndərilmişdir. Həmçinin iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini buraxmışdır. Belə ki, İnzibati İcraat Haqqında Qanunun maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafıq şikayət instansiyasına verilir. İddiaçı iddia ərizəsinə verilən etiraza münasibət ünvanlayaraq bildirmişdir ki, Sumqayıt şəhər məhkəməsində İddiaçı cavabdeh ”Sumqayıt Poladkonstruksiya Quraşdırma” ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburu iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair” tələbi üzrə işə baxılır. Məhkəmənin ötən hazırlıq iclasında cavabdeh müəssisə iddia ərizəsinə etiraz təqdim etmişdir. Həmin etiraza münasibətdə aşağıdakıları bildirirlər: İş materiallarından göründüyü kimi, o, idddiaçı, cavabdeh müəssisə ilə xx.xx.1986-cı il tarixdən başlayaraq 2016-2019-ci illəri çıxmaq şərti ilə əmək münasibətlərində olub. Əvvələr də qeyd etdiyi kimi, avtokran sürücüsü olaraq istifadəsində olan avtokranı daima işlək vəziyyətdə saxlamış və onun istismarı üçün öz vəsaitini belə xərcləyib. Belə ki, 2016-ci ildə işlədiyi müəssisənin müdiriyyəti iş həcminin azalması və bu səbəbdən əmək haqqı verə bilməyəcəyini bildirməklə onu ixtisar etmiş, sonradan o, Sumqayıt Məşğulluq Mərkəzi tərəfindən işsiz kimi qeydiyyata götürülmüş və qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən dövr ərzində müavinət almışdır. Daha sonra, cavabdeh müəssisənin müdiriyyəti ilə iş barədə razılığa gəlmiş və beləliklə o, xx.xx.2019-cü il tarixdən yenidən müddətsiz əmək müqaviləsi bağlanmaqla müəsissədə kran sürücüsü peşəsinə qəbul olunub. 2024-ci ilin ikinci yarısında da, 2016-cı ildə yaranmış vəziyyətə bərabər vəziyyət yaranmış, cavabdeh müəssisənin iş həcminin azalması baş vermişdir. Lakin bu dəfəki vəziyyətdə, cavabdeh müəssisə işçi olaraq onu əmək qanunvericliyin tələblərini kobud surətdə pozmaqla işdən azad ermişdir. Belə ki, o, işdən azad edilməyi ilə bağlı cavabdeh müəssisəyə müraciət etməmiş, eləcədə heç bir işdən çıxarılma ərizəsini imzalamayıb. İşin bu halları AR X8 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfındən ətraflı araşdırılmış və bununla bağlı müvafıq qərarlar qəbul etmişdir. Belə ki, Əmək Müfəttişliyi tərəfindən cavabdeh müəssisə barədə AR İXM-nin 192.4 və 192.6-cı maddələrinə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə inzibati protokol daha sonra isə xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Xatırladır ki, AR İXM-nin 192.6-cı maddəsinin dispozisiyası - işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə, İXM-nin 192.2-cı maddəsinin dispozisiyası isə-işçinin əmək və məzuniyyət haqlarının, hesablanmasında və ödənilməsində qanun pozuntulanna yol verilməsinə görə işəgötürən barəsində müvafiq cərimə sanksiyası nəzərdə tutur. Beləliklə, cavabdeh müəssisə tərəfındən işçi olaraq iddiaçının əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozmaqla xitam verilməsinə dair qanuni qüvvəsini almış inzibatı xəta haqqında Qərar mövcuddur. Belə olan halda hazırkı iddia üzrə iddiaçının qanunsuz işdan azad edilməsi faktı, işin mübahisələndirilməyən hallarıdır və cavabdeh müəssisə iddia ərizəsinə etirazda da işin bu halını doğru olaraq mübahisələndirmir. Cavabdeh müəssisə Etirazda onun müəssisə ilə yeni əmək müqaviləsi bağlamaqdan imtina etməyi və məhkəməyə müraciət etmək üçün tələb olunan iddia müddətinin ötürülməsini əsas göstərir. Bildirir ki, cavabdeh müəssisə onu qanunsuz işdən çıxartdıqdan sonra, onu saymır və getgələ salırdılar, o, işçi olaraq əmək hüquqlarının müdafıəsinə qalxdıqda və bununla bağlı Əmək Müfəttişliyinə müraciətindən sonra onların işçi olaraq ona münasibəti loyal olaraq dəyişmişdir. Belə ki, cavabdeh müəssisə tərəfındən şifahi olaraq 2024-cü ilin fevral ayının ikinci yarısı, mart ayının əvvəlində ona yeni əmək müqviləsi bağlanması ilə bağlı təklif göndərilmişdir, lakin o, işçi olaraq qanunsuz işdən çıxarılmış dövr, yəni xx.xx.2023-cü il tarixdən sonrakı dövrü ödənildikdən sonra bu məsələni müzakirə etmək niyyətində olmasını qarşı tərəfə bildirmişdir. Cavabdeh müəssisə isə, geriyə heç bir ödəniş olmayacağını, artıq son haqq-hesabın hesablanaraq ödənildiyini, yalnız yeni əmək müqaviləsi bağlamağın mümükünlüyüni bildirməklə işini bitmiş hesab etmişdir. Həmin ərəfədə 2024-ci ilin fevral ayının ikinci yarısı, mart ayının əvvəlində cavabdeh müəssisə ilə aparılan danışıqların heç bir əhəmiyyəti olmadığı qənaətinə gələrək, tərəflər arasında yaranmış əmək mübahisəsini məhkəmə predmetinə çevirmək qərarına gəlmiş, bunun üçün ilkin olaraq mediasiya mərkəzinə müraciət etmiş, lakin cavabdeh müəssisə mediasiya sessiyasında iştirak etmədiyi səbəbindən məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh müəssisənin məhkəməyə müraciət etmək üçün tələb olunan iddia müddətinin ötürülməsi arqumentinin heç bir əsası yoxdur. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə sübut etməkdən azad olunmuş əsaslar mövcuddur. X4 müvafıq qərarları. Belə ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İkincisi - X2 sonra cavabdeh müəssisə özü də etiraf edir ki, iddiaçı ilə razılaşmaq üçün müəyyən dövr ərzində danışıqlar aparılmışdır və bu aparılan danışıqların sonunda bir razılığa gəlməməsi qənaətinə gəldikdən sonra iddiaçı 14 mart 2024-ci il tarixdə mediasiya mərkəzinə müraciət etmişdir. Daha sonra cavabdeh "xxxx" ASC məhkəməyə iddia müddətinin buraxılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçının ozünün və qeyd etdiyi kimi müqаviləуə xitam verildikdən sonra Dövlət Мəşğulluq Agentliyinə mürасiət etmiş işsiz kimi orada qeydiyyatdadır. İddiaçıya ödənməmiş əmək məzuniууət pulunun və həmçinin son haqq hesab ödənilməsi üçün X7 14.11.202З- cü il tаriхdə mürасiət etmişdir. X8 tərəfindən 21.12.202З-сii il tarixli məktubunа əsаsən iddiaçıya ödənilməmiş məzuniууət pulu və həmçinin son haqq-hesab müəssisə tərəfindən ödənilmişdir. Bundan sonra iddiaçıyla yenidən əmək müqaviləsi bağlanması üçün müəssisəyə dəvət edilmiş, lakin iddiaçı müəssisədə işləmək istəmədiуini bildirərək imtina etmiş və müəssisə tərəfindən bu kimi faktlar iclas zamanı protokollaşdırılmışdır. Мüəssisə tərəfindən 01.07.202З-сü il tarixli əmək müqаviləsinə xitam vеrilməsinə dair əmrdən iddiaçı məlumаtlı оlmuş və iddiaçı məhkəməуə müraciət еtmək üçün iddia müddətini buraxmışdır. AR Əmək Мəсəlləsinin 296cı mаddəsinə əsаsən: Bu mаddənin birinci hissəsində göstərilən haldan başqa hallarda fərdi əmаk mübahisəsinin hall edilməsi üçün işçi hüququnun pozulduğunu аşkаr etdiyi gündən еtibаrən 1 təqvim ayı ərzində müraciət еdə bilər. Qeyd edilənlərə əsasən iddiaşı İddiaçı iddia müddətinin buraxılmasına dair icraata xitam verilməsi bаrаdə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz (əlavə) ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi, hər iki tərəfin iştirakı ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı məhkəmə prosesi zamanı çıxışında qeyd etmişdir ki, cavabdehdən əmək məzuniyyətini və həmçinin son haqqhesabını tələb etmiş, cavabdeh isə müəssisənin hesabında pul olmadığını, qısa zaman ərzində ödəcəyini bildirmişdir. Bundan sonra iddiaçı işsiz olduğu üçün Dövlət Məşgulluq İdarəsinə müraciət etmiş və işsiz kimi qeydiyyatdadır. Dövlət Məşgulluq İdarəsi iddiaçıya X7 müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə X7 müraciət etmiş, müraciətində qeyd etmişdir ki, cavabdeh onu işdən çıxarmış və onun əmək məzuniyyətini eləcə də son haqq-hesabını ödəməmişdir. X8 xx.xx.2023-cü il tarixlı məktubunda cavabdehə əmək məzuniyyətini eləcə də son haqq-hesabin ödənci tələbi qoyulmuşdur. Cavabdeh tərəfindən həmin ödənc ödənilmiş və iddiaçını elə həmin aydan yenidən işə dəvət etmişdir. İddiaçı bu faktı məhkəmə prosesı zamanı da etiraf etmişdir ki, cavabdeh ona zəng vuraraq əmək müqaviləsi bağlanması üçün müəssisəyə dəvət etmişdir. İddiaçı xx.xx.2024-cü ildə müəssisədə olduğunu lakin əmək müqaviləsi bağlamaqdan imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, o, cür insanlarla işləmək istəmədiyi etiraf etmişdir. X9 Müfəttlişliyinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, iddiaçıya pozulmuş hüquqları ilə bağlı məhkəməyə müracət etməsı tövsiyyə edilmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının məlumatlı olduğu aşkar görsənməkdədir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməlı olduğu gündən başlanır. Yuxarıda qeyd etdiklərinə əsasən, məhkəmədən iddia müddətini başlanmasının xx.xx.2023cü il tarixdən hesab edərək, müddətin buraxılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər məhkəməsində, İddiaçı cavabdeh ”Sumqayıt Poladkonstruksiya Quraşdırma” ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair” tələbi üzrə işə baxılır. Məhkəmənin hazırlıq iclasında cavabdeh müəssisə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Bununla bağlı aşağıdakıları məhkəmənin diqqətinə çatdırır: AR Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə biiər. Həmin Məcəllənin 296.1-ci maddəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafıq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutuimuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia ərizəsində də göstərilən kimi, 2023-cü ilin ikinci yarısında müəssisədə iş həcminin azalması səbəbindən işəgötürən işçi olaraq iddiaçını ödənişsiz məzuniyyətə göndərmək istədiyini bildirmiş, iddiaçı isə bunun qarşılığında ötən dövrlərdən yığılmış əmək məzuniyyətinə çıxmaq istədiyini bildirmiş və xx.xx.2023-cü il tarixdə rəsmən ərizə ilə müraciət etmişdir. Beləliklə, iddiaçı xx.xx.2023-cü il tarixdən artıq əmək məzuniyyətində olduğunu hesab etmişdir. Bundan sonra məzuniyyətdə olduğu dövrün əmək haqqı tələbi ilə cavabdeh müəssisəyə müraciət etmiş, orada isə işçi olaraq iddiaçı ilə hesablaşmayaraq get-gələ salmışlar. Nəticə olaraq bütün bunlardan bezən iddiaçı Əmək Müfəttişliyinə müraciət etmək məcburiyyətində qalmış və yalnız sonda 30 yanvar 2024-ci il tarixdə Müfəttişliyin cavabını alıb, onunla tanış olduqda, işçi olaraq hüququnun pozulduğunu aşkar etmişdir. Bu səbəbdən də həmin günü, yəni xx.xx.2024-cü il tarixi iddiaçını (işçinin) hüququnun pozulduğunu aşkar etdiyi gün hesab etmək olar. Həmçinin, Müfəttişliyin araşdırmanın sonu olaraq rəsmi cavabı alındıqdan sonra cavabdeh müəssisənin iddiaçıya münasibəti loyal olaraq dəyişmiş, cavabdeh müəssisənin təşəbbüsü ilə iddiaçı ilə razılaşmaq üçün müəyyən dövr ərzində danışıqlar aparılmışdır və bu aparılan danışıqların heç bir nəticə vermədiyi qənaitinə gəldikdən sonra, sonda iddiaçı xx.xx.2024-ci il tarixdə mediasiya mərkəzinə müraciət etmişdir. Mediasiya təşkilatında “mediasiya sessiyasında işin davam etdirilə bilməməsi barədə Arayış” alındıqdan sonra isə məhkəməyə müraciət edilmişdir. Həmçinin, AR Əmək Məcəlləsinin 296.7-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Göründüyü kimi, məhkəməyə müraciət etmək üçün ötürülmüş müddət dövri, yalnız xx.xx.2024-dən xx.xx.2024-ci il aralığı dövrünə aid etmək olar. Bu müddətin 1 təqvim ayını isə, işçinin ƏM-nin 296.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan müddət təşkil edir. Yekunda 14 gün - 01 martdan - 14 martadək olan müddət ötürülmüş hesab edilməlidir. Lakin yuxarıda qeyd olunduğu kimi həmin bu dövrdə cavabdeh müəssisənin təşəbbüsü ilə iddiaçı ilə danışıqların aparılmasına həsr edilmişdir. Belə olan halda, həmin bu aralıq dövrü də, yəni xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə kimi olan zaman çərçivəsini üzürlü səbəblərdən ötürülmüş hesab edilməlidir. İddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir. Buraya ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq halları konkret göstərilsə də, digər halların olması da, istisna edilmir. Məhkəmələr, iddia müddətinin bərpası ilə əlaqədar məsələyə baxarkən bu müddətin ötürülməsi səbəblərinin baş verdiyi müddəti nəzərə almalıdırlar. Yəni, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzürlü sayıla bilər. Mülki Məcəllənin 382-ci maddəsində deyilir ki, iddia müddətinin ötürülməsinin səbəbini məhkəmənin üzürlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Bu o deməkdir ki, vaxtı ötürməklə məhkəməyə müraciət etmiş şəxsə, sadəcə olaraq, həmin tələb üzrə hüquqlarının müdafiəsinə imkan verilir. MPM-nin tələblərinə əsasən nəzərdə tutulmuş müddət üzürlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfındən bərpa edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən hazırkı əmək mübahisəsi işi üzrə aralıq dövrü, yəni xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə kimi olan - zaman çərçivəsi dövrünü üzürlü səbəblərdən ötürülmüş hesab edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, 1986-cı ildən cavabdeh İdarədə işləyir. Onu dəfələrlə qanunsuz olaraq işdən çıxarıblar. Ona 13 iyun 2023-cü il tarixdə işdə olarkən evə getməyi, dincəlməyi və onu çağıracaqlarını bildirmişlər. 01 avqust tarixində isə məzuniyyət pulunu vermələri üçün cavabdeh tərəfə müraciət etmişdir. Müdiri isə ona bir neçə aya məzuniyyət pulunu verəcəyini bildirmişdir. O, pulu olmadığından və məzuniyyəti pulunu ala bilmədiyindən Məşğulluq İdarəsinə getmiş və xahiş etmişdir ki, onu bir işlə təmin etsinlər. Bu vaxt ona məzuniyyət pulunu almaq üçün Əmək Müfəttişliyinə və Məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Əmək Müfəttişliyinə ərizə verdikdə ona bildirilmişdir ki, o, işdən çıxarılıb. Hətta buna görə Əmək Müfəttişliyi daha sonra cavabdeh tərəfi cərimə etmişdir. Qeyd edir ki, o ödənilməmiş məzuniyyət pulu ilə bağlı müdiriyyətə ərizə ilə müraciət etmişdir. Müdiri onun xəbəri olmadan işdən çıxardıqdan sonra ona maşın təmiri ilə bağlı bir iş təklif etmişdi. Lakin, ona işdən çıxarıldığını deməmişdi. Əgər o, bu barədə məlumatlı idisə, ona müdir belə bir təklif etməzdi. Əmək Müfəttişliyi cavabdeh tərəfi cərimə etdikdən sonra iş yerindən ona zəng gəlmiş və növbəti ayın 1-dən işə başlamağı bildirilmişdir. O isə bu təklifdən imtina etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, qarşı tərəfə heç bir ərizə yazmayıb. Ona məxsus əmək kitabçaından da görünür ki, dəfələrlə qeyri qanuni olaraq işdən çıxarılıb və bərpa edilib. O məşğulluq idarəsinə getdikdən sonra işdən çıxarıldığından xəbər tutub. İşdən çıxması barədə əmr hal-hazıradək ona təqdim olunmayıb. Eyni zamanda əmək kitabçası da hal-hazıradək cavabdeh müəssisədədir. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi şəxs məzuniyyət pulunun ödənilməsi üçün müəssisəyə ərizə ilə müraciət edib. Həmçinin, dəfələrlə müəssisəyə gedib. Müəssisə isə süründürməçiliyə yol verərək tərəfinin müraciətinə baxmayıb. Tərəfi belə olduğu halda Məşğulluq İdarəsinə gedib. Məşğulluq İdarəsində iddiaçıya Əmək Müfəttişliyinə müraciət etməsi tövsiyyə olunub. İddiaçı müfəttişliyə müraciət etdikdə işdən çıxarıldığını öyrənib. Müfəttişlik məzuniyyət pulunun verilməməsi və qanunsuz işdən çıxarılma hallarını aşkar edib və nəticədə cavabdeh inzibati cərimə edilib. Bundan sonra fevral ayında iddiaçıya yeni əmək müqaviləsi bağlanılması və iddiaçının fevral ayına qədər olan bütün edilməmiş ödənişlər və s.-dən imtina edilməsi təklif edilib. İddiaçı da belə olan halda bu təklifdən imtina edib. Ramiz yalnız köhnə dövrə aid olan ödənişlərin ödənilməsi halında müqavilə bağlamağa razı olacağını bildirib. Müddət ilə bağlı məhkəmənin nəzərinə çatdırır ki, iclas 2 fevral tarixində, mediasiya müraciəti isə 27 fevral tarixində olub ki, bu hal 1 aylıq müddətin ötürülmədiyini göstərir. Bu səbəbdən hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülübsə belə bərpa edilməlidir. Həmçinin, iddiaçının xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə qərardan xəbərdar olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa ən önəmlisi odur ki, Əmək Müfəttişliyi iddiaçının işdən çıxarılmasının qanunsuz olmasına artıq hüquqi qiymət vermişdir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfindən mediasiyaya müraciət olunmuş və bununla bağlı ona bildiriş gəlmişdir. O, iddiaçıdan tələbinin nə olmasını soruşmuşdur. İddiaçı isə ona tələbinin işə bərpa ilə deyil, maşının xarab olmasıyla bağlı çəkdiyi xərclə bağlı olduğunu bildirmişdir. Daha sonra İdarəyə iddiaçının məzuniyyət pulunun ödənilməsi ilə bağlı Əmək müfəttişliyindən məktub gəlmişdir. Qeyd edir ki, məzuniyyət pulunun ödənilməsi öhdəliyi müəssisə tərəfindən yerinə yetirilmişdir. İşə bərpa olunması ilə bağlı qarşı tərəfə müraciət də olunmuşdur, lakin qarşı tərəf bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının imtinasıyla bağlı akt və protokol tərtib edilmiş və beləcə də əmək mübahisəsinə xitam verilmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, son haqq-hesab olunub və qarşı tərəfə məzuniyyət pulu ödənilib. Həmçinin hesab edir ki, iddia müddəti də ötürülmüşdür. Məhkəmə prosesində iddiaçı özü bildirdi ki, məşğulluqda qeydiyyata düşüb, Əmək Müfəttişliyinə müraciət edib və həmin vaxt da işdən çıxarıldığını bilib. Hesab edir ki, tərəf məhkəməyə müraciət üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 ayılq müddəti ötürmüşdür. İddiaçı özü də etiraf etdi ki, müəssisənin işə bərpayla bağlı təklifini qəbul etməyib. Mediasiya müraciəti şəxsin işdən çıxarılmasından 4 ay sonra xx.xx.2024-cü il tarixində olmuşdur. Halbuki qarşı tərəfin işdən çıxarılmasıyla bağlı məlumatı olmuşdur. Müəssisə tərəfindən Əmək müfəttişliyinin 21 dekabr tarixli məktubuna əsasən məzuniyyət pulu ödənilib. İddiaçı isə dekabr ayından 4 ay sonra aprel ayında qeyd edilən halla bağlı müraciət etmişdir. İddiaçı 2023-cü ilin iyun ayından öz hesabına məzuniyyətə buraxılmışdır. Bu barədə əmri elektron məhkəmə sisteminə yerləşdirmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Poladkonstruksiya Quraşdırma” ASC-nin rəhbərliyinin xx.xx.2023-cü il tarixli, 39 nömrəli məktubla təqdim etdiyi müvafiq sənədlərə əsasən müəyyən olundu ki, o, xx.xx.2019-cu il tarixində müddətsiz əmək müqaviləsi bağlanılaraq cəmiyyətdə kran sürücüsü vəzifəsinə işə qəbul olunub. Cəmiyyət rəhbərliyi tərəfindən təqdim olunmuş məktub və təsdiqedici sənədlərə əsasən iş həcminin az olması ilə əlaqədar kran sürürcüsü peşəsinə ehtiyac olmaması səsəbəbindən onun əmək müqaviləsinə işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 58 nömrəli əmrlə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xitam verilmişdir. Qeyd edilir ki, təqdim olunmuş sənədlərə baxılarkən Azərbaycan Respublikası Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinə (tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər) əsasən əmək müqaviləsində müvafiq qeydlərin aparılmadığı, işəgötürən tərəfindən bu Məcəllənin 75.3-cü və 76-cı maddənin 2-ci hissəsi (əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz) maddələrinin tələblərinin pozulduğu müəyyən olmuşdur. Həmçinin işəgötürən tərəfindən bu Məcəllənin 83.2-ci (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinini əmək kitabçası və işgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) və 172.4-cü (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddələrinin tələbləri pozulmuş, son haqq-hesabınız (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) 997 manat 93 qəpik məbləğində hesablanmış, lakin işdən çıxdığı gün tam ödənilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla "xxxx" ASC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xx.xx.2023-cü il tarixdə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin mövcud olduğu müəyyən edilmişdir. Aşkar olunmuş qanun pozuntularına əsasən tərəflərindən işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişləri hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Bu səbəbdən X8 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-51115/2023 nömrəli məktubda "xxxx" ASC-nin rəhbərliyinə törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Qeyd olunan müddət ərzində törədilmiş hüquqpozma aradan qaldırılarsa inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Eyni zamanda tərəflərindən Onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 58 nömrəli xitam əmrinin 20 gün müddətində ləğv olunması və son haqq-hesabının qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanıb, tam ödənilməsinin təmin edilməsi məqsədi ilə cəmiyyət rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-17- 5/2-51123/2023 nömrəli göstəriş məktubu ünvanlanmışdır. Bildirilir ki, müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron -Xızı regional şöbəsinə ünvaladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2023-cü il tarixlərdə cəmiyyətdə kran sürücüsü vəzifəsində çalışmışdır. 2023-cü ilin may ayından başlayaraq iş həcminin olmaması ilə əlaqədar olaraq kran sürücüsü vəzifəsinə ehtiyac olmamışdır. Ona görə də o işdən azad edilmiş, istifadə olunmamış məzuniyyət günləri üçün 997 man 93 qəp pul hesablanmışdır. Yaxın vaxtlarda hesablanmış pul vətəndaşa ödəniləcəkdir. İşdə olan 58 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Cəmiyyətdə iş həcminin olmaması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən işdən azad edilmişdir. İşdə olan X3 Abşeron-Xızı regional Məşğulluq Filialının "xxxx" ASC-yə ünvanladığı məktubdan görünür ki, vətəndaş İddiaçı X1 Sistemində xx.xx.2023-cü il tarixindən işsiz kimi qeydiyyatdadır. İşdə olan xx.xx.2024-cü il tarixli, 01 nömrəli protokoldan görünür ki, İddiaçı başqa işəgötürənlə Əmək müqaviləsi bağlayıb başqa yerdə işləməsini bildirdiyindən onunla Əmək müqaviləsi bağlamaq mümkün olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, "xxxx" ASC-nin əməkdaşları İddiaçı işə bərpa edilməsinə etiraz etməsi, o cümlədən bu barədə ərizə yazmaqdan imtina etməsi barədə aktlar tərtib etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində əmrin tarixini səhv (xx.xx.2023-cü il) göstərsə də, əmrin surəti ona təqdim olunmadığından, eyni zamanda iddia ərizəsinin məzmunundan iddiaçının niyyətinin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə yönəldiyi aydın olduğundan iddia tələbi həmin hissədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativhüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Cəmiyyətdə iş həcminin azalması ilə əlaqədar 58 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-cı maddəsinə əsasən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər (1-ci bənd). Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar (2-ci bənd). Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış «Əmək müqaviləsinə xitam verilməsi barədə» 58 nömrəli, xx.xx.2023-cü il tarixli saylı əmr əmək qanunvericiliyinin tələblərinə zidd olmaqla qanunsuzdur. Belə ki, sözügedən əmrdə Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsinə əsas olan hər hansı maddəsinə istinad edilməmişdir. İşçinin işdən çıxarılmasının əsası kimi cəmiyyətdə iş həcminin azalması göstərilmişdir. Halbuki əmək qanunvericiliyində əmək müqaviləsinə xitam verilməsinin əsası kimi belə bir müstəqil əsas nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçı ilə bağlanmış əmək müqaviləsində həmin əsasın əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi nəzərdə tutulması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, həmin məktubda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə "xxxx" ASC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xx.xx.2023-cü il tarixdə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh müəssisə mübahisələndirilən əmrdə əmək müqaviləsinə xitam verilməsinə əsas kimi “müəssisədə iş həcminin azalması” halına istinad etsə də, X1 Sisteminə tamamilə başqa əsas – “tərəflərin qarşılıqlı razılığı”, yəni Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad etmişdir. Halbuki, iddiaçı nəinki işdən çıxarılması barədə cavabdehə hər hansı ərizə ilə müraciət etməmiş, onun əmək müqaviləsinə xitam verilməsindən xəbəri olmamış, bu barədə Məşğulluq Xidmətindən və X8 Xidmətindən öyrənmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin tələbləri pozulmaqla tərtib edilmiş «Əmək müqaviləsinə xitam verilməsi barədə» 58 nömrəli, xx.xx.2023-cü il tarixli saylı əmr ləğv edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bildiyindən onun iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış «Əmək müqaviləsinə xitam verilməsi barədə» 58 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ləğv edilməli və İddiaçı kran sürücüsü işinə bərpa edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaya etirazını yalnız iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmış, mübahisələndirilən əmrin qanuni və əsaslı olması barədə hər hansı sübuta istinad etməmiş, o cümlədən məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə cavabdehin iddiaçının 2023-cü ilin iyun ayından öz hesabına məzuniyyətdə olması barədə dəlilləri ilə əlaqədar isə qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi məzuniyyətdə olan şəxslərin əmək müqaviləsinə xitam verilməsini qadağan edir. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə gəldikdə isə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 6-cı bəndinə əsasən isə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı işdən çıxarılması barədə xx.xx.2023-cü il tarixli əmr hal-hazıradək ona təqdim edilməmişdir. Bunun əksinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddia ərizəsinin xahiş hissəsində əmrin tarixinin yanlış göstərilməsi də sözügedən əmrin iddiaçıya təqdim edilməməsini təsdiq edən hallardan biridir. Lakin iş materiallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən işdən çıxarılmasından məlumatlı olmuşdur. Belə ki, onun X8 Xidmətinə yazdığı həmin tarixli ərizənin məzmunundan görünür ki, ərizədə İddiaçı razılığı olmadan işdən çıxarılması barədə Xidmətə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin başlanğıcı həmin tarixdən hesablandığı halda iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Lakin məhkəmə iddiaçı tərəfin iddia müddətinin bərpa edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia müddəti bərpa edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə iddia müddətinin bərpa edilməsinə nəticəsinə gələrkən ilk növbədə iddiaçının əmək qanunvericiliyinin tələbləri pozulmaqla işdən çıxarılmasını nəzərə alır. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçı X8 Xidmətinin cavab məktubunu aldıqdan sonra işdən çıxarılmasının qanunsuz olduğunun dövlət orqanı tərəfindən təsdiq edildiyini bilmiş, nəticədə işə bərpa edilməklə əmək hüquqlarının bərpa ediləcəyini güman etmişdir. Belə ki, hər iki tərəf sözügedən məktubu 2024-cü ilin yanvar ayının sonunda almış, cavabdeh X8 Xidmətinin müvafiq məktubu ilə əlaqədar xx.xx.2024-cü il tarixdə iddiaçını müəssisəyə dəvət etmişdir. Lakin həmin vaxt əvvəlki ayların əmək haqlarının ödənilməsi ilə bağlı tərəflər arasında narazılıq olmuş, nəticədə İddiaçı işə bərpa edilməmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə (SS884907955AZ saylı göndəriş) cavabdeh müəssisəyə mediasiya təklifi ünvanlamış, xx.xx.2024-cü il tarixdə (SS884922198AZ saylı göndəriş) isə mediasiya prosesinin həyata keçirilməsi üçün 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək qanunvericiliyinin qeyd edilən prinsiplərini nəzərə alan məhkəmə hesab edir ki, hazırki iş üzrə buraxılmış iddia müddəti bərpa edilərək mübahisəyə mahiyyəti üzrə baxılmalı və yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh əmək qanunvericiliyinin tələblərini pozmaqla işçi ilə əmək münasibətlərinə xitam verdiyindən iddia tələbi İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 320 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 iyun 2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 320 manat pul köçürülmüşdür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış «Əmək müqaviləsinə xitam verilməsi barədə» 58 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ləğv edilsin və İddiaçı kran sürücüsü vəzifəsinə işə bərpa edilsin. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixə qədər məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 50 (əlli) manat ödənilmiş mediasiya xərci və vəkilə hüquqi yardıma görə ödənilən 320 (üç yüz iyirmi) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar