Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-35/2022 28.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 azyaşlı övladı xx.xx.2003-cü il təvəllüdlü X3 ilə birlikdə və Cavabdeh2 ona məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzili onun mülkiyyətindədir. Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Nikahları xx.xx.2013-cü il tarixdə pozulmuşdur. Belə ki, mübahisəli mənzil birgə nikah dövründə əldə olunduğuna görə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 279/2013 saylı qətnaməsi ilə cavabdeh X5 və onun arasında ½ nisbətində bölünmüşdür. “X6” MMC Hərrac Təşkilatının hərracın yekunları barədə 41 №-li, xx.xx.2020-ci il tarixli protokolu ilə Samqayıt Apellyasiya Məhkəməsinin 2(105)-279/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi və Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 341168/17641-15/1 saylı sifariş məktubu əsasında hərrac keçirilmişdir. Həmin MMC-nin xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi ilə Sumqayıt şəhəri, İnşaattçılar qəsəbəsi, 18/5 saylı evin 9 saylı mənzilini cavabdehə 19.600 manat ödəyərək almışdır. Həmin müqavilə əsasında AR ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli verilmiş çıxarışa əsasən onun mülkiyyətinə keçmişdir. Belə ki, keçmiş həyat yoldaşı artıq 2012-ci il tarixdən bu ünvanda yaşamır. Bundan əlavə digər Cavabdeh2 köhnə ev sahibinin oğludur. O da 2006-ci il tarixdən mübahisəli mənzildə yaşamır. Cavabdehlərin onun məznili ilə heç bir əlaqələri yoxdur, cavabdehlərə aid heç bir əşya da yoxdur. Cavabdehlərin qeydiyyatda qalması onun mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Səhəsinin 3976 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 2006-cı ildən, X3 2006-cı ildən, Cavabdeh2 1990-cı ildən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Səhəsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, Cavabdeh1 2012-ci ildən, Cavabdeh2 isə 2006-cı ildən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzilində yaşamır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DİN-nin ******* saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, X3 və Cavabdeh2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzilində qeydiyyatdadır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2013-cü ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 418 nömrəsi ilə qeyd edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-107/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X2 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh1 himayəsinə verilməsi, xx.xx.2019-cu ildən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı xx.xx.2003-cü il təvəllüdlü X1 görə aliment ödəməkdən azad olunması və xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1\4 hissəsi və 70 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. - “X6” MMC tərəfindən tərtib edilmiş Hərrac təşkilatının Hərracın yekunları barədə 41 saylı protokolundan görünür ki, 08 iyun 2020-ci il tarixdə saat 11:00-da ½ hissəsi X4, ½ hissəsi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair hərrac keçirilmiş, hərraca çıxarılan obyektin satış qiyməti 30% endirimlə 19600 manat müəyyən olunmuşdur. Hərracda İddiaçı qalib gəlmişdir. - Hərracın yekunları üzrə əmlakın xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ½ hissəsi X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili 19600 manat ödəməklə hərracdan almışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5216/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, “X6” MMC tərəfindən 08 iyun 2020-ci il tarixdə ½ hissəsi iddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə 41 saylı protokolun və onun əsasında bağlanmış 08 iyun 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-989/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5216/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı və “X6” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5216/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, “X6” MMC tərəfindən 08 iyun 2020-ci il tarixdə ½ hissəsi Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 5/18 saylı evin 9 saylı mənzilinə dair keçirilən hərracın yekunları barədə 41 saylı protokol və onun əsasında bağlanmış 08 iyun 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7054/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 989/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh “X6” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-989/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli əmlak iddiaçı ilə Cavabdeh1 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 azyaşlı övladı xx.xx.2003-cü il təvəllüdlü X3 ilə birlikdə və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia qaldırmağa hazırki iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, cavabdehlərin istifadə hüququ mübahisələndirilən əmlak paylı müıliyyətdədir və iddiaçı həmin mənzilin yarısının mülkiyyətçisidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququ olmadığından cavabdehlər Cavabdeh1 azyaşlı övladı xx.xx.2003-cü il təvəllüdlü X3 ilə birlikdə və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 azyaşlı övladı xx.xx.2003-cü il təvəllüdlü X3 ilə birlikdə və Cavabdeh2 ona məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş edilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-35/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-35/2022
28.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver