Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3507/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçılar İddiaçı1 və İddiaçı2, vəkilləri Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı1 iddianı müdafiə edərək göstərdi ki, ünvan 2 ünvanındakı 3 otaqlı mənzil 24.01.2013-cü il tarixdən onların və yetkinlik yaşına çatmayan X3 və X1 mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh2 onun baldızı, digər iddiaçının isə bibisidir. Digər cavabdehlər isə mülki iş üzrə Cavabdeh2 ailə üzvləridir. Mənzilin ilk mülkiyətçisi onun qaynatası, digər iddiaçının isə babası olmuşdur. Cavabdehlərdən Cavabdeh2 1972ci ildə anadan olmuş və birinci dəfə 15.02.1989-cu ildə həmin mənzilə qeydiyyata düşmüşdür. Sonradan iş üzrə digər Cavabdeh1 ilə qurduqdan sonra ər evinə köçmüş və mənzilin qeydiyyatından 29.11.1991-ci il tarixdə çıxmışdır. Sonradan müəyyən səbəblər üzündən 16.07.1993- cü il tarixdə əvvəlcə Cavabdeh2, daha sonra isə 26.04.1994-cü il tarixdə əri Cavabdeh1 qeydiyyata düşmüşdür. Cavabdehlərdən yalnız Cavabdeh2 həmin mənzildə o evdə yaşamışdır. Digər cavabdehlər həmin mənzildə heç vaxt yaşamamışlar. 2007-ci ildə Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 44 nömrəli mənzili 01.10.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış tam mülkkiyyət üzrə almışdır və həmin vaxtdan göstərilən mənzildə yaşamışlar. Bundan başqa iş üzrə Cavabdeh2 atası Məşədiyev Firuddin Əhməd oğlu Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən B-3941 nömrəli 0.12 ha bağ torpaq sahəsini vermiş, o da, öz növbəsində bağ torpaq sahəsini öz mülkiyyətinə 24.05.2012-ci il tarixdə almışdır. Bundan başqa iş üzrə Cavabdeh2 adına ünvan 4 ünvanında yerləşən 64 nömrəli mənzil tam mülkiyyət hüququ ilə 15.04.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmışdır. 1-ci mikrorayondakı mənzil 04.08.2009-cu il tarixli 4Ə/446 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bağ torpaq sahəsi isə 28.04.2014-cü il tarixli AN-İ № ******* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı2 digər İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 6 saylı Mənzil Kommunal Sahəsinin 02.12.2020-ci il tarixli aktından görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69-un sakinləri A.Məmmədova, R.Vəliyeva və sahə ustası M.Əsgərova Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69, mənzil 30-da ailəvi qeydiyyatda olan Cavabdeh2 Firudin qızı, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 2001-ci ildən bu ünvanda yaşamadığını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19.01.2021-ci il tarixli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Cavabdeh2 arxiv sənədlərində şəxsin təvəllüdü xx xxxxxx 1972-ci ildir) ünvan 5 ünvanında yerləşən 44 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ 01 oktyabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 34 avqust 2009-cu il tarixli 4Ə/446 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh2 (arxiv sənədlərində şəxsin təvəllüdü xx xxxxxx 1972-ci ildir) ünvan 6 ünvanında yerləşən 64 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ 15 aprel 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 (arxiv sənədlərində şəxsin təvəllüdü xx xxxxxx 1972-ci ildir) Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən B-3941 nömrəli 0.12 ha bağ torpaq sahəsi üzərində tam mülkiyyət hüququ 24 may 2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Sumqayıt “Asan Xidmət” notariat kontorunun 28 aprel 2014-cü il taixli, AN-İ № ******* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 6 saylı Mənzil Kommunal Sahəsinin 02.12.2020-ci il tarixli ətraflı arayışından görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69, mənzil 30-a 15.02.1989-cu ildə qeydiyyatda düşüb, 29.11.1991-ci il tarixdə qeydiyyatdan çıxıb, 16.07.1993-cü il tarixdə qeydiyyata düşüb, 23.10.2007-ci il tarixdə qeydiyyatdan çıxıb, 20.10.2010-cu il tarixdə yenidən qeydiyyata düşüb. Cavabdeh1 26.04.1994-cü ildə qeydiyyatda düşüb. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 6 saylı Mənzil Kommunal Sahəsinin 02.12.2020-ci il tarixli, “2 №-li forma” arayışından görünür ki, ünvan 1-un sahibi İddiaçı2, İddiaçı1, X6 və X4r. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə daimi qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mükiyyət hüququ əsasında paylı mülkiyyət olaraq 3/6 hissədə İddiaçı2, 1/6 hissədə İddiaçı1, 1/6 hissədə X6 və 1/6 hissədə X1 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12.03.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69B ünvanda yerləşən 30 saylı mənzil Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 06.01,2003-cü il tarixli, 02 nömrəli arxiv çıxarışı və Sumqayıt şəhər icra Hakimiyyəti MTİİB 6 saylı MİS tərəfindən verilmiş 24.06.2003-ci il tarixli, 170 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında Məşədiyev Firuddin Əhməd oğlunun adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 4 saylı dövlət notariat kontounun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 17.05.2011 -ci il tarixli, 4Ə-03/351 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında mənzil Məşədiyev Azər Firuddin oğlunun adına qeydiyyata alınmış və 09.06.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 09.01.2013-cü il tarixli, 2V-01 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, 09.01.2013-cü il .tarixli 3M-01/05 reyestr nömrəli miras payından hissənin bağışlanma müqaviləsinə əsasən 3/6 hissədə İddiaçı2, 1/6 hissədə İddiaçı1, 1/6 hissədə X6, 1/6 hissədə X1 olmaqla paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 24.01.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan AZ-İ № 479110 saylı, 05.05.2004-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 09.04.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında X7 oğlu, ana qrafasında İddiaçı1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ № 233402 saylı, 17.02.2009-cu il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 28.01.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında X7 oğlu, ana qrafasında İddiaçı1 qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 6 saylı Mənzil Kommunal Sahəsinin 07.12.2020-ci il tarixli arayışlarından görünür ki, İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69, mənzil 30-da yaşayırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27.05.2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, ünvan 1-un 3/6 hissəsi iddiaçılar İddiaçı2 1/6 hissəsi İddiaçı1 mükiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 2001-ci ildən iddiaçıların xüsusi mülkiyyətində olan ünvan 1-da pasport qeydiyyatında olsalar da, onların qeydiyyatı formal xarakter daşımışdır. Cavabdehlər hazırda iddiaçılara məxsus mənzildə yaşamır və iddiaçların ailə üzviləri deyillər. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19.01.2021-ci il tarixli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Cavabdeh2 ünvan 5 ünvanında yerləşən 44 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ 01 oktyabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 34 avqust 2009-cu il tarixli 4Ə/446 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh2 (arxiv sənədlərində şəxsin təvəllüdü xx xxxxxx 1972-ci ildir) ünvan 6 ünvanında yerləşən 64 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ 15 aprel 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi Cavabdeh2 və cavabdehlər kimi göstərilənlər onun ailə üzvlərinin başqa yaşayış yerləri vardır və sözügedən mənzildə qeydiyyatlarının formal xarakter daşıması öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığı üçün, hazırkı mübahisə Mülki Məcəllənin 228.1- ci və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Həmin normaların tələblərinə əsasən mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni cavabdehlər mənzilin mülkiyyətçiləri ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onların bu istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Məhkəmə baxışında yuxarıda sadalanan üç şərtin yerinə yetirilməsi ilə bağlı heç bir hal aşkar edilməmişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “A.M.Cavidanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2008-ci il tarixli Qərarında bir daha qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası isə həmin Məcəllənin 228-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. “S.Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 01 oktyabr 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2010-cu il il tarixli Qərarında bir daha vurğulanmışdır ki, Plenum Mülki Məcəllənin 228.5-ci maddəsində “mülkiyyətçinin razılığı” müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərək qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu müddəa Mülki Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq 4 olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. ünvan 1-la bağlı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə həmin mənzilin mülkiyyətçiləri İddiaçı1 və İddiaçı2 arasında mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə mənzilin mülkiyyətçiləri arasında həmin evdən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdehlərin iddiaçıların mülkiyyətində olan evdən sərbəst şəkildə istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1-a olan istifadə hüquqlarına xitam verilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1-a olan istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3507/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3507/2021
10.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver