Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3509/2023 05.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin nümayəndəsi A.S.Qasımlı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda anadan olması faktı müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Eyvazov”, adı “Kərim", ata adı "Şahin", doğum tarixi “xx xxxx 1951-ci il", milliyyəti “azərbaycanlı", doğum yeri “Ermənistan SSR, Gorus rayonu”, ata qrafasında “X2, milliyyəti azərbaycanlı", ana qrafasında “anası X4, milliyyəti azərbaycanlı" kimi qeydiyyat aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1951-ci ildə Ermənistan Respublikası Gorus rayonunda anadan olmuşdur. X2, anası isə X3r. Ailədə 8 qardaş-bacı olmuşlar. Hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt ŞPİ QŞVB tərəfindən ona xx.xx.2005-cil il tarixdə ona şəxsiyyət vəsiqəsi verilmişdir. Vəsiqədə atasının adı Şaum kimi yazılmışdır. Halbuki, atasının adı Şahin olmuşdur. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün, yəni özünə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsndən ona imtina cavabı verilmişdir. Göstərilən fakt yalnız şahid ifadələri əsasında məhkəmə qaydasında müəyyən oluna bilər, belə ki, məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir siyasi-hüquqi əlaqələr yoxdur. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-3480/15 saylı məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, müvafiq normativ aktlara istinad olunmaqla bildirilmişdir ki, sənədin itmiş qeydinin bərpası sənədinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Odur ki. məhkəməyə müraciət olunmalıdır. Ərizəçinin nümayəndəsi ərizənin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan NT № ******* saylı hərbi biletin surətindən görünür ki, ərizəçinin adı, soyadı, ata adı, “Ərizəçi” kimi qeyd edilmişdir. İşə əlavə olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı, soyadı, ata adı, “Ərizəçi” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, müvafiq normativ aktlara istinad olunmaqla bildirilmişdir ki, sənədin itmiş qeydinin bərpası sənədinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Odur ki. məhkəməyə müraciət olunmalıdır. İşdə olan AZ-İİ № 290160 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin bacısının adı, soyadı, ata adı “X5” kimi qeyd edilmişdir. İşdə olan K № 806905 saylı, xx.xx.1971-ci il tarixli diplomun surətindən görünür ki, ərizəçinin adı, soyadı, ata adı, “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Yuxarıdakılara əsasənё Azərbayçan Respublikası MPM-nin 307-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda anadan olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Eyvazov”, adı “Kərim", ata adı "Şahin", doğum tarixi “xx xxxx 1951-ci il", milliyyəti “azərbaycanlı", doğum yeri “Ermənistan SSR, Gorus rayonu”, ata qrafasında “X2, milliyyəti azərbaycanlı", ana qrafasında “anası X4, milliyyəti azərbaycanlı" kimi qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-3509/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3509/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver