Məhkəmə qərarları › İş №2(060)-3516/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3516/2021

01.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3516/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı «əmək stajı faktının müəyyən edilməsi tələbi» barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1981-ci ilin iyun ayından 1985-ci ilin sentyabr ayına qədər Cəbrayıl rayonunun Soltanlı kəndinin Səməd Vurğun adına kolxozda kolxozçu vəzifəsində və 1990-cı ilin aprel ayından 1993-cü ilin avqust ayınadək Cəbrayıl rayonunun Kavdar kəndində Qurbani adına kolxozda aqronom vəzifələrində işləməyi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı «əmək stajı faktının müəyyən edilməsi tələbi» barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar