Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3516/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, X4, Cavabdeh3 qızına, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin yetkinlik yaşına çatmayan X5, X7 və X6 ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsi, ev 3/10-da yerləşən 7 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsi, ev 3/10, mənzil 7-də yerləşməklə 29,5 kv.m. olan 2 otaqdan ibarətdir. Mənzilin sahibi iddiaçıdır. Belə ki, Sumqayıt Asan Xidmət Mərkəzində rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bu mənzil üzərində mülkiyyət hüquqlarım DƏDRX-in Sumqayıt 2 saylı ərazi idarəsində qeydə alınmış və adına çıxarış verilmişdir. Cavabdehlər mənzilin keçmiş yaşayışçılarıdırlar. İddiaçı bu mənzili alqı-satqı müqaviləsinə əsasən almış və cavabdehlər həmin vaxtdan daimi olaraq bu ünvandan köçmüş, lakin bu mənzildən qeydiyyatdan çıxmamışlar. Bu isə bir mülkiyyətçi kimi iddiaçının mənzil üzərində hüquqlarını həyata keçirməyə maneə yaradır. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən cavabdehlər 15.11,2021-ci il tarixədək bu mənzildən qeydiyyatdan çıxmalarını öhdələrinə götürsələr də, bu öhdəliyə əməl etməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1994-cü ildə, Qazaxıstan Respublikası, Yezkazqan V.Balxaş şəhərində anadan olmuşdur. Cavabdeh1 xx.xx.1984-cü ildə, cavabdeh X8 xx.xx.2001-ci ildə, Cavabdeh3 qızı xx.xx.1984-cü ildə, cavabdhe Cavabdeh4 xx.xx.1987-ci ildə, Cavabdeh5 isə xx.xx.2003-cü ildə anadan olmuşdur. İddiaçı və cavabdehlər hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsi, ev 3/10-da yerləşən 7 saylı mənzildə qeydiyyatdadırlar. Mənzildə həmçinin 2005-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2004-cü il təvəllüdlü X6 da qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli, 0990863nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsi, ev 3/10-da yerləşən 7 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) iddiaçıya satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. 1 saylı Mənzil-Kommunal Sahəsinin 228 saylı arayışına əsasən mübahisəli mənzildə hal-hazırda iddiaçı yaşayır, cavabdehlər və 2005-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2004-cü il təvəllüdlü X6 həmin mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Göründüyü kimi mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər isə həmin mənzildə yaşamırlar və formal olaraq qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan 2005-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X2 da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və yetkinlik yaşına çatmayan X1, X3 və X2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsi, ev 3/10-da yerləşən 7 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3516/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3516/2022
16.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver