Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3547/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 azyaşlı övladı 11.12.2006- cı il təvəllüdlü X3 ilə birlikdə, Cavabdeh5 iki azyaşlı övladları 31.05.2008-ci il təvəllüdlü X5 və 15.05.2011 -ci il təvəllüdlü Həmidli Məlahət Anar qızı ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, 30-cu məhəllə, 27/7 saylı evin 41 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, 27/7 saylı evin 41 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzili o, Cavabdeh1 43000 (qırx üç min manat) AZN manat ödəməklə, AN- İ ******* № li, 26.11.2020-ci il tarixli alqı- satqı müqaviləsi bağlayaraq almışdır. Həmin alqı- satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli 30.11.2020-ci il tarixli çıxarışı ilə onun mülkiyyətinə verilmişdir. Cavabdehlər isə köhnə ev sahibi və köhnə ev sakinləridir. Ev satıldığı gündən cavabehlər mübahisəli mənzildə yaşamır. Hal-hazırda cavabdehlərin onun mənzili ilə heç bir əlaqələri yoxdur, onlara aid heç bir əşya da yoxdur. Həmin alqı-satqı müqaviləsinin 13-cü bəndində cavadeh qeydiyyatdan çıxmağı üzərinə öhdəlik kimi götürmüşdür. Cavabdehin nə özü, nə də ailə üzvləri onun mənzilindən qeydiyyatdan çıxmamışlar. Azərbaycan Respublikası Asan-Sumqayıt mərkəzinin 02.03.2021-ci il tarixli, ******* № li arayışındanda görünür ki, cavabdehlər hələ də qeydiyyatdadırlar. Cavabdehlərin qeydiyyatda qalması onun mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mənzil onun adına, onun müliyyətindədir. Azərbaycan Respublikası Konstitutsiyasının və Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq konvensiyalara görə mənzilindən maneəsiz istifadə etmək hüququna malikdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 azyaşlı övladı 11.12.2006- cı il təvəllüdlü X3 ilə birlikdə, Cavabdeh5 iki azyaşlı övladları 31.05.2008-ci il təvəllüdlü X5 və 15.05.2011 -ci il təvəllüdlü Həmidli Məlahət Anar qızı ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, 30-cu məhəllə, 27/7 saylı evin 41 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə qabaqcadan xəbər verməmişdir. Mülki-Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə olan halda, məhkəmə Mülki- Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə görə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 26.11.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1-i 43000 (qırx üç min) manata İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh1 10.01.2021-ci il tarixə kimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən müəyyən edilir ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 30.11.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan notariat işinə əlavə edilmiş “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, X5, Həmidli Məlahət Anar qızı, X3, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7/27, mənzil 41-də qeydiyyatdadırlar. İş materiallarında olan notariat işinə əlavə edilmiş Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ərizələrinin surətlərindən görünür ki, onlar qeydiyyatda olduqları Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmirlər. Nəzərdə tutulmuş müddətdə mənzili tərk edərək, pasport qeydiyyatından çıxacaqlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 02.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, 11.12.2006- cı il təvəllüdlü X3, Cavabdeh5, 31.05.2008-ci il təvəllüdlü X5 və 15.05.2011 -ci il təvəllüdlü Həmidli Məlahət Anar qızı ünvan 1-də qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal sahəsinin 22.04.2021-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7/27, mənzil 41-in sahibi İddiaçıdur. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, 11.12.2006- cı il təvəllüdlü X3, Cavabdeh5, 31.05.2008-ci il təvəllüdlü X5 və 15.05.2011 -ci il təvəllüdlü Həmidli Məlahət Anar qızı həmin mənzildə daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən halları sübuta yetirib. Belə ki, iddiaçı ünvan 1-i alqı-satqı yolu ilə əldə edib. Sonradan həmin müqaviləni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldırıb və ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməklə, o, mənzilə mülkiyyət hüququ qazanıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 27/7-də yerləşən 41 saylı mənzildə yaşamadıqlarını və özlərinə məxsus əmlaklarını götürüb daimi yaşamaq üçün başqa yerə getməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 azyaşlı övladı 11.12.2006-cı il təvəllüdlü X3 ilə birlikdə, Cavabdeh5 iki azyaşlı övladları 31.05.2008-ci il təvəllüdlü X5 və 15.05.2011 -ci il təvəllüdlü Həmidli Məlahət Anar qızı ilə birlikdə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1-ə olan istifadə hüquqları itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 azyaşlı övladı 11.12.2006-cı il təvəllüdlü X3 ilə birlikdə, Cavabdeh5 iki azyaşlı övladları 31.05.2008-ci il təvəllüdlü X5 və 15.05.2011 -ci il təvəllüdlü Həmidli Məlahət Anar qızı ilə birlikdə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1-ə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3547/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3547/2021
03.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver