Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3555/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun vəkili X3 iştiraki ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və onun azyaşlı övladları 26.02.2016-cı il təvəllüdlü X10, 09.01.2012-ci il təvəllüdlü X9 və 05.02.2014-cü il təvəllüdlü Arı Kevser Burhan qızının Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, 33A/18 saylı evin, 31-ci mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 3-cü mkr ünvanında yerləşən, ev 33A/18, mənzil 31 mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə görə 25.11.2019-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Mənzil vərəsəlik qaydasında mülkiyyətinə keçmişdir. Cavabdeh bacısı qızıdır. Cavabdehdən başqa mülkiyyətində olan mənzildə cavabdehin azyaşlı övladları 26.02.2016cı il təvəllüdlü X13, 09.01.2012-ci il təvəllüdlü X12 və 05.02.2014-cü il təvəllüdlü Arı Kevser Burhan qızı da qeydiyyatdadırlar. Onların qeydiyyatları formal xarakter daşıyır. Belə ki, cavabdeh əvvəllər ona məxsus mənzildə yaşasa da, 10 il bundan qabaq Türkiyə vətəndaşı ilə ailə həyatı quraraq , mənzildən köçmüşdür. Onun uşaqları isə mənzildə heç vaxt yaşamamış, analarına görə mənzilə qeydiyyata alınmışlar. Cavabdehlərin mənzildə qeydiyyatda olması mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili X5 iddia tələbini əsaslı hesab edərək, göstərdi ki, cavabdeh ailə həyatı qurması ilə əlaqədar olaraq mənzildən köçərək, daimi yaşayış yerini dəyişmişdir. Ona görə də onun və uşaqlarının mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, iddiaçı ilə qonşudur. Onun ailəsini yaxından tanıyır. Cavabdeh 10 il öncə Türkiyə vətəndaşı ilə ailə quraraq mənzildən köçmüşdür. Həmin vaxtdan cavabdehi görmür və mənzillə bağlı hər hansı bir mübahisə eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş qonşu X4 digər şahid X1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışın notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon 18/33A saylı evin, 31-saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Cavabdeh və uşaqları X13, X12 və Arı Kevser Burhan qızı Sumqayıt şəhəri, 3-cü mikrorayon 18/33A saylı evin, 31-saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 23.03.2019-cu ildə ölmüş X6 vərəsəsi İddiaçı miras qalmış Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, ev 18/33A saylı evin, 31-ci mənzilində 1/1 hissədə pay almışdır. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh hələ 10 il öncə ailə həyatı quraraq, mənzildən köçmüş, digər yaşayış məntəqəsinə gedərək daimi yaşayış yerini dəyişmişdir. Məhkəmə, ona görə də, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh və onun azyaşlı övladları 26.02.2016-cı il təvəllüdlü X10, 09.01.2012-ci il təvəllüdlü X9 və 05.02.2014-cü il təvəllüdlü Arı Kevser Burhan qızının Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, 33A/18 saylı evin, 31-ci mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh və onun azyaşlı övladları 26.02.2016-cı il təvəllüdlü X10, 09.01.2012-ci il təvəllüdlü X9 və 05.02.2014-cü il təvəllüdlü Arı Kevser Burhan qızının Sumqayıt şəhəri, 3-cü mikrorayon, 33A/18 saylı evin, 31-saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh və onun azyaşlı övladları X10, X9 və Arı Kevser Burhan qızının Sumqayıt şəhəri, 3-cü mikrorayon, 33A/18 saylı evin, 31-saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-3555/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3555/2021
21.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver