Məhkəmə qərarları › İş №2(060)-3569/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3569/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3569/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə (Maraqlı şəxs) dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İmişli rayonu Bəhrəmtəpə İcra nümayəndəliyi tərəfindən tərtib olunmuş 26 saylı xx.xx.1953-cü il tarixli doğum haqqında akt qeydində uşaq bəndində ata adının Əhməd, ata bəndində ata haqqında məlumatlarda "X8", milliyyəti “azərbaycanlı” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1953-cü ildə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməni itirdiyi üçün yeni doğum haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx/xx/2024 saylı məktubla ərizəçiyə bildirilmişdir ki, İmişli rayonu Bəhrəmtəpə İcra nümayəndəliyi tərəfindən tərtib olunmuş 26 saylı xx.xx.1953- cü il tarixli doğum haqqında akt qeydində uşaq bəndində ata adı, ata bəndində atanın adı, soyadı, atasının adı və milliyyəti qeyd edilməmişdir. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmə qətnaməsi əsasında aparılır. Hal-hazırda ərizəçinin atasının adı, soyadı, atasının adı və milliyyətinin müəyyən edilməsi zərurəti yaranmışdır. X1r. Əlavə olaraq bildirir ki, anadan olanda doğum haqqında şəhadətnamədə ana adı qrafasında X4, milliyyəti azərbaycanlı göstərilmişdir, ata adı qrafasında isə atasının adı, soyadı, atasının adı və milliyyəti göstərilməmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, ərizəçi onun qardaşı qızıdır. O, Ərizəçi atasının X8 olduğunu təsdiq etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 15 fevral 2025-ci il tarixli, № 3-16-5/8-62/29/ nömrəli məktubundan görünür ki, müraciətə əsasən İmişli rayon Bəhrəmtəpə icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 26 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində uşaq bəndində ata adı, ata bəndində ata haqqında məlumatlar qeyd edilməməsi kimi qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bildiririk ki, təqdim etdiyiniz sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydində uşaq bəndində ata adına Əhməd, ata bəndində ata haqqında məlumatlara "X8" milliyyətinə azərbaycanlı olunması imkanımız xaricindədir. Doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayər qədər əsas olmadığına görə məhkəməyə müraciət etmək hüququ vardır. - İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X7 12 iyun 1953-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. Bu akt qeydi 04 iyul 1953-cü il tarixdə İmişli rayon Bəhrəmtəpə qəsəbə İN-də 26№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Anası: X4, milliyyəti azərbaycanlı, atası qrafasında isə heç bir məlumat qeyd olunmamışdır. - 274585№-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 noyabr 1978-ci il tarixində X2 ilə nikaha daxil olduğundan ona Abdinova soyadı verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Abdinova (Xələfova) Adilə Əhməd qızının ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, ərizəçinin doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə X3 doğum tarixi xx.xx.1953-cü il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində doğulması faktı müəyyən edilməli, ata adı qrafasında X8, milliyyətiazərbaycanlı qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Abdinova (Xələfova) Adilə Əhməd qızının xx.xx.1953-cü il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində doğulması faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə ata qrafasında “X8”, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar