Məhkəmə qərarları › İş №2(060)-3571/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3571/2025

01.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3571/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Atestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarının, həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli 48 saylı əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1998-2**2-ci illərdə Sumqayıt Musiqi Texnikumunda fortopiano ixtisası üzrə təhsil almaqla *1.12.2**5-ci ildə Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinə fortopiano ixtisası üzrə müəllimə-konsertmeyster vəzifəsinə qəbul edilmiş və *7.*4.2*25-ci il tarixə kimi bu məktəbdə işləmişdir. İşlədiyi müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş və əmək vəzifələrini vicdanla yerinə yetirmiş, gənc musiqiçilərin yetişdirilməsində öz bacarığını əsirgəməmişdir. Öz sahəsində uzun illər təcrübəsi olan ixtisaslaşmış müəllim kimi uşaqlara bu sahəni öyrətmiş və bir sıra tədbirlərdə iştirak etmişdir. Lakin Bakı Xoreoqrafoya Məktəbində 14.*3.2*25-ci ildə atestasiya komissiyası tərəfindən atestasiya imtahanı keçirilmiş və o, həmin imtahanda iştirak etməklə ixtisası üzrə ünvanlanan sualları cavablandırmışdır. Ona imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiq olmuş, hətta doğru cavablandırdığı suallara da komissiya üzvləri tərəfindən sərt reaksiya verilmiş, ixtisasına uyğun olmayan sahələrdən suallar verilmiş, nəticə barədə ona həmin vaxt bildirilməmiş, yalnız imtahandan bir müddət sonra məktəb direktoru onun atestasiyanın qərarı ilə «uyğunsuz» hesab olunduğu barədə məlumat vermişdir. Həmin atestasiya qanunauyğun təşkil olunmamış, veriləcək suallarla bağlı qabaqcadan məlumatlandırılmamış və ondan cavablar şifahi alınmışdır, halbuki test sualları yazılı alınmalı və daha sonra ixtisasa uyğun olaraq şifahi suallar verilməli idi. Lakin komissiya üzvləri sanki qabaqcadan planlı surətdə hərəkət edərək və icra etdiyi sahədən məlumatsız və xəbərsiz kimi davranaraq onun sahəsinə aidiyyəti olmayan sahələrdən də suallar vermiş, hətta doğru cavabları da düzgün qiymətləndirməyərək tutduğu vəzifəyə «uyğunsuz» hesab etmişlər. Komissiya üzvləri onun əmək hüquqlarını pozmuş, yalnız şifahi suallar verilmiş, imtahan prosesi stres və psixoloji təzyiq altında aparılmış, qeyri-obyektiv yanaşma əsasında doğru cavablar da yanlış cavablar kimi qiymətləndirilmiş, komissiya üzvləri tərəfindən verilən sualların çox hissəsi onun istisası üzrə olmamışdır. Bütün bunlar da atestasiya komissiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. Onun işdən çıarılması barədə əmr də yalnız atestasiyanın nəticələrinə əsasən aparılmış və rəhbərlik uzun illər həmin müəssisədə qüsursuz əməyini, nizam-intizam qaydalarına əməl etməsini və işinin öhdəsindən bacarıqla gəlməsini nəzərə almamış, onu işdən azad etməklə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək iddia tələbinin həcmini azaltmış, məhkəmədən Cavabdeh onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli 48 saylı əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, əlavə etdi ki, Atestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarı ilə iddiaçı öz ixtisasına uyğun olmayan şəxs hesab edildiyindən onun işdən çıxarılması barədə əmr qanuni əsaslarla verilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - AB-İİ *82*69 saylı diplomun surətindən görünür ki, İddiaçı 1998-2**2-ci illərdə Sumqayıt Musiqi Texnikumunda fortopiano ixtisası üzrə təhsil almaqla *1.12.2**5-ci ildə Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinə fortopiano ixtisası üzrə təhsil almış, ona müəllim-konsertmeyster ixtisası verilmişdir. - *396268 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı *1.12.2**5-ci ildə Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinə fortopiano ixtisası üzrə müəlliməkonsertmeyster vəzifəsinə qəbul edilmiş və *7.*4.2*25-ci il tarixə kimi bu məktəbdə həmin vəzifədə işləmişdir. - MŞS/MT*3*/2*25-**661 saylı, 28.*4.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 6* manat məbləğind ə mediasiyaya dair xərci ödəmişdir. - Cavabdeh 48 saylı, *7.*4.2*25-ci il tarixli əmrindən görünür ki, həmin məktəbin fortepiano müəllimi İddiaçı *7 aprel 2*25-ci ıl tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buna əsas kimi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarı və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı göstərilmişdir. - Cavabdeh pedaqoji şurasının 2*.12.2*24-cü il tarixli iclasının protokolundan görünür ki, 2*24-2*25-ci tədris ilinin İİ yarımilliyində attestasiyanın keçirilməsi qərara alınmışdır. - Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının (sədrlik edən Kazımova Ülviyyə ilham qızı, üzvlər X1 X22 Leyla Vaqif qızı. X26) iclasına dair 14.*3.2*25-ci il tarixli 1 saylı protokolundan görünür ki, Komissiya Sumqayıt şəhər Fikrət Əmirov adına 5 Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri X14, X7, X11, X16, X2, X12, X4, X17, X18, X5 tutduqları vəzifələrə uyğun, X15, İddiaçı, X6, X8, X31 və X19 tutduqları vəzifəyə uyğun olmayan hesab etmişdir. - İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: Haydnın "Do major" Sonatasını ifa etdi. İki ayrı-ayrı notlar bir birinə liqa ilə bağlı olanda necə ifa edilməlidir sualına cavab verə bilmədi. Daha sonra öz istəyinə uyğun olaraq "Si major” qammasını ifa etdi. Üzdən oxu üzrə V.A.Motsart - Sonatina 1 C dur notu təqdim edildi. Üzdən oxu bacarıqları qənaətbəxşdir. İfa edilən əsərdə hansı ştrixləri tanıyırsız sualına cavab verdi. Liga nə deməkdir və neçə növü olur sualına qismən cavab verdi. Azərbaycan bəstəkarlarından kimlər yaradıcılığında sonataya müraciət edib sualına cavab verə bilmədi. Hansı Azərbaycan bəstəkarlarında kimlərdə fuga var sualına cavab verə bilmədi. İlk fuganı kim yazıb sualına cavab verə bilmədi. Əksildilmiş septakkord neçənci pillədən qurulur sualına düzgün cavab verdi. Quruluşu necədir sualına cavab verə bilmədi. İnstrumental balladanı kim yaradıb sualına cavab verə bilmədi. Hansı bəstəkar ancaq fortepiano əsərləri yazıb sualına cavab verə bilmədi. Qara Qarayevin fortepiano yaradıcılığına aid hansı nümunələri bilirsiz sualına cavab verə bilmədi. Q.Qarayevin prelüdiyası varmı yoxsa yox sualına cavab verə bilmədi. Konsertmeyster fəaliyyətində önəmli xüsusiyyətlər hansılardır sualına cavab verə bilmədi. Unison nədir sualına qismən cavab verdi. İfa etdiyi əsəri təhlil edə bilməyəcəyini bildirdi. Komissiyadakı səsvermənin nəticələrinə görə İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə görə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin maddəsinin 5-ci bəndinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin maddənin 6-cı bəndində göstərilmişdir ki, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə görə attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin maddənin 5-ci bəndinə görə işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin maddənin 6-cl bəndinə görə attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli «İşçilərin atestasiyasının keçirilməsi» Qaydalarının 2.4-cü bəndində göstərilmişdir ki, atestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. İşdən görünür ki, İddiaçı musiqi təhsil müəssisəində 18 il 9 ay fortepiano müəlliməsi stajı vardır. Müəssisənin pedaqoji şurasının 2*.12.2*24-cü il tarixli iclasında qeyd olunmuşdur ki, 2*24-2*25-ci tədris ilinin İİ yarımilliyində məktəbdə attestasiya keçirilicəkdir. Bu məqsədlə komissiya yaradılmış və 14.*3.2*25-ci il tarixdə Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası keçirilmişdir. Nəticələrə dair komissiya üzvləriu iclas keçirmiş və bəzi müəllimələr, o cümlədən İddiaçı vəzifəyə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 48 saylı, *7.*4.2*25-ci il tarixli əmr imzalamışdır. Hazırda İddiaçı Cavabdeh onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli 48 saylı əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia edir ki, atestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, hətta onun cavablarına verdikləri reaksiyaları və münasibətləri onu həmin an stres yaşamağına səbəb olmuş, sanki onların əsas məqsədi doğru cavabı almaq yox, doğru bildiyi cavabları da unutmaq və çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir. Onun verdiyi cavablara göstərilən aqressiv reaksiya və ixtisasına aidiyyəti olmayan sualların verilməsi komissiyanın ona qarşı qərəzli olmasına dəlalət edir. İş materialarında olan İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: Haydnın "Do major" Sonatasını ifa etdi. İki ayrıayrı notlar bir birinə liqa ilə bağlı olanda necə ifa edilməlidir sualına cavab verə bilmədi. Daha sonra öz istəyinə uyğun olaraq "Si major” qammasını ifa etdi. Üzdən oxu üzrə V.A.Motsart - Sonatina 1 C dur notu təqdim edildi. Üzdən oxu bacarıqları qənaətbəxşdir. İfa edilən əsərdə hansı ştrixləri tanıyırsız sualına cavab verdi. Liga nə deməkdir və neçə növü olur sualına qismən cavab verdi. Azərbaycan bəstəkarlarından kimlər yaradıcılığında sonataya müraciət edib sualına cavab verə bilmədi. Hansı Azərbaycan bəstəkarlarında kimlərdə fuga var sualına cavab verə bilmədi. İlk fuganı kim yazıb sualına cavab verə bilmədi. Əksildilmiş septakkord neçənci pillədən qurulur sualına düzgün cavab verdi. Quruluşu necədir sualına cavab verə bilmədi. İnstrumental balladanı kim yaradıb sualına cavab verə bilmədi. Hansı bəstəkar ancaq fortepiano əsərləri yazıb sualına cavab verə bilmədi. Qara Qarayevin fortepiano yaradıcılığına aid hansı nümunələri bilirsiz sualına cavab verə bilmədi. Q.Qarayevin prelüdiyası varmı yoxsa yox sualına cavab verə bilmədi. Konsertmeyster fəaliyyətində önəmli xüsusiyyətlər hansılardır sualına cavab verə bilmədi. Unison nədir sualına qismən cavab verdi. İfa etdiyi əsəri təhlil edə bilməyəcəyini bildirdi. Komissiyadakı səsvermənin nəticələrinə görə İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. İddiaçının attestasiyanın keçirilməsində qanunsuzluq edilməsi barədə dəlilini araşdırmaq məqsədilə imtahanın videoyazısı (disk formasında) müvafiq qurumdan tələb edilmiş və məhkəmə iclasında araşdırılmışdır. Məhkəmə iclasında iddiaçının imtahanla bağlı qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Əksinə, videoçəkilişdən iddiaçının attestasiya vərəqəsində göstərilən halların mövcudluğu müəyyən olunur. Attestasiya prosesində iddiaçıya qarşı qərəzli davranılması barədə iddiaçının dəlilləri iş materialları ilə təkzib olunur. Məhkəmə iclasında iddiaçı bildirdi ki, attestasiya zamanı komissiya üzvlərinin ona verdiyi sualara olduca həyəcan keçirdiyindən cavab verə bilməmişdir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə görə attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilib-verilməməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırki halda, Cavabdeh rəhbərliyinin Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə zidd deyildir. İş materiallarında iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş kateqoriyadan olan şəxslər dairəsinə aid olması görünmür. Belə olan halda isə məhkəmə hesab edir ki, onun ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İşdən azad olunma barədə əmr ləğv olunmadığından, işə bərpa edilmə və məcburi işburaxmağa görə əmək haqqının tələb edilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar