Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3592/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi-qızı Nümayəndə2, Cavabdeh Sumqayıt şəhər Təhsil şöbəsi 22 saylı körpələr evi-uşaq bağçasının müdiri Cavabdeh Mayıl qızının nümayəndəsi-vəkili Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Təhsil şöbəsi 22 saylı körpələr evi-uşaq bağçasının müdiri Cavabdeh Mayıl qızına qarşı əmək hüquqlarının bərpası tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər Təhsil şöbəsi 22 saylı körpələr evi-uşaq bağçasının müdiri Cavabdeh Mayıl qızına qarşı əmək hüquqlarının bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə bərpa olunmasını, xx.xx.2021-ci il tarixindən işə bərpa olunacağı günə qədər iş günlərinin yazılmasını, əmək haqqının ödənilməsini, DSMF məcburi dövlət sığorta haqqının ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1982- ci ildən 2021-ci ilin dekabr ayının 27-dək fasiləsiz olaraq 22 saylı körpələr evində çalışmışdır. xx.xx.2019-cu il tarixində 65 yaşının olması ilə əlaqədar müqavilə ilə işləməsinə icazə verilmişdir. Lakin müqavilə ilə işlədiyi müddətdə bağçanın müdiri tərəfindən müqavilənin bir nüsxəsi işçidə qaldığı halda iddiaçıya verilməmişdir. 2021-ci ilin 27 dekabr tarixində əsassız olaraq sabahdan etibarən işləməyəcəyi iddiaçıya bildirilmişdir. Müqavilənin vaxtı bitməmiş, doğum günü 25 yanvar tarixində olmasına baxmayaraq işdən çıxarılma barədə ərizə yazmadan əsassız yerə işdən azad edilmişdir. Bundan əlavə işdən çıxdığı gündən 3 gün müddətində əmək kitabçası, əmrin surəti, müqavilənin surətləri işçiyə verildiyi halda yalnız əmək kitabçası xx.xx.2022-ci il tarixində iddiaçıya verilmişdir. İddiaçı bu səbəbdən də hüquqlarının bərpası üçün müvafiq qurumlara, mediasiya təşkilatına qanunda tutulan müddəti pozmadan müraciət etmişdir. Belə ki, yekunda işdən azad olma əmrini əldə edə bilməyəcəyini başa düşərək məhkəməyə və ona qədər müvafiq təşkilatlara müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi-qızı Nümayəndə2 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin hərəkətləri qeyri-qanunidir. Əmək müqavilələrinin sonuncusu iddiaçı tərəfindən imzalanmamışdır. İmzalanmadığı halda iddiaçı orada çalışmış, əmək haqqı almışdır. Ondan olan məlumata əsasən anası həmin iş yerində müddətsiz olaraq işə götürülmüşdür. Müqaviləyə əsassız xitam verilmişdir. Tələbləri əsaslıdır və iddiaçı işə bərpa edilməlidir. Bildirdi ki, onların bağça müdiri və digər aidiyyatı qurumlarla heç bir qərəzi yoxdur. Sadəcə cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçının haqqını tələb edir. İddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt şəhər Təhsil şöbəsi 22 saylı körpələr evi-uşaq bağçasının müdiri Cavabdeh Mayıl qızının nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbini qəbul etmədi. Bildirdi ki, dövlət büdcəsindən maliyyələşən idarələrdə işçinin son yaş həddinə çatdıqda işdə saxlamaq hüququ işəgötünə məxsusdur. Cavabdehin əmək müqaviləsinə xitam verilməsində işəgötürən haqlı olmuşdur. Qanunverciliyin tələblərinin pozulmadığını, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X5 iddia tələbinin tam əsaslı olduğunu bildirdi. Qeyd etdi ki, işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmişdir. Ona görə ki, əmək müqaviləsinə xitam verilməsi çalışmanın yaş həddi 65 yaşla əlaqədar verilmişdir. İşçinin əmək müqaviləsi müddətli əmək müqaviləsinə keçirilmişdir. Müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə müvafiq olaraq xitam verilmişdir. Bu halda işçinin əmək müqaviləsinə Məcəlləsinin 68.2-ci maddəsinin 2 bəndinə müvafiq olaraq xitam verilməli idi. Bununla yanaşı müddətli müqaviləyə xitam verilməsi üçün müddətin bitməsini gözləmək lazım idi. Yazılı əmək müqaviləsi müddətli olaraq tərtib olunmuş, lakin sistemə müddətsiz olaraq yerləşdirilmişdir. Bunun özü də qanunvericiliyin müvafiq normalarına ziddir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin E bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Sumqayıt şəhər İcra hakimiyyəti 22 saylı körpələr evi-uşaq bağçası üzrə xx.xx.2021-ci il tarixli, 22 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, X2 (xadimə dayə) xx.xx.2021-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin E bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sumqayıt şəhər İcra hakimiyyəti 22 saylı körpələr evi-uşaq bağçası üzrə xx.xx.2019-cu il tarixli, 25 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən 22 saylı körpələr evi uşaq bağçasına xadimə dayə təyin edilmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə müddətli, yaş məhdudiyyəti səbbinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci ilədək 1 il müddətinə bağlanmışdır. xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə müddətli, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək müddətə bağlanmışdır. xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə müddətli, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci ilədək müddətə bağlanmışdır. xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə müddətli, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək müddətə bağlanmışdır. xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə müddətli, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək müddətə bağlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 4/899 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 66-71-ci vərəqələrində olan 13(12).02.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli əmək müqavilələrində “11.2.İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı: imzası” qrafalarındakı imzalar- İSMAYİLOVA SONA ZEYNAL qızı tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7-ci maddəsinin 2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7-ci maddəsinin 2-1-ci maddəsinə əsasən Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən :
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işəgötürənlə (Cavabdeh) işçi (İddiaçı) arasında bağlanmış əmək müqavilələrindən yalnız 1-ci bağlanmış müqavilə elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmışdır. Həmin müqavilə elektron sistemə müddətsiz əmək müqaviləsi kimi inteqrasiya edilsə də, yazılı əmək müqaviləsi müddətli olaraq bağlanmışdır. Tərəflər arasında olan müqavilə müddətli və ya müddətsiz olmağından asılı olmayaraq hazırki halda əmək münasibətlərinə cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmişdir. Məhkəmə, ekspertiza tədqiqatının dəyərinin tutulması ilə bağlı qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri ilə əlaqədar ödənilməli olan 110 manat pul İddiaçı tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ekspertiza iddiaçının təşəbbüsü ilə həyata keçirilmiş, iddiaçı əmək müqaviləsindəki imzaların ona məxsus olmadığını qeyd etmiş, lakin ekspert rəyindən göründüyü kimi imzalar iddiaçıya məxsus olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi təmin edilsin. İddiaçı işə bərpa edilsin, xx.xx.2021-ci il tarixindən işə bərpa olunacağı günə qədər iş günləri yazılsın, əmək haqqı ödənilsin, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqqı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri ilə əlaqədar ödənilməli olan 110 manat pul İddiaçı tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir Hüseynov