Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3618/2025 06.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında» ərizənin təmin edilməsi, qardaşı, xx.xx.1962-ci ildə Ermənistan SSR, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuş X1 barəsində doğumun qeyd edilmə faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında şəhadətnamənin soyadı, adı və ata adı qrafasında X3, doğulduğu kənd qrafasında Çaykənd kəndi, doğulduğu rayon qrafasında Krasnoselo rayonu, doğulduğu Respublika qrafasında Ermənistan, ata adı qrafasında X2, ana adı qrafasında X4, milliyyəti qrafasında azərbaycanlı yazılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Hazırki işdə Ərizəçi qardaşı X1 fəaliyyət qabiliyyət olmadığını əsas gətirərək onun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iş materialları əsasında X1 fəaliyyət qabiliyyətinin olmadığı (bunu təsdiq edən məhkəmə aktı iş materiallarına əlavə edilməmişdir) və hazırki ərizə üzrə ərizəçinin qardaşının qəyyumu olduğu müəyyən edilməmişdir. Həmçinin ərizəyə X3 tərəfindən ərizəçiyə hazırki ərizə ilə məhkəməyə müraciət edilməsi üçün hər hansı bir səlahiyyətin verilməsini təsdiqləyən sənəd (etibarnamə) əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Prosessual normaların tələbindən göründüyü kimi ki, iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması iddia ərizəsinin geri qaytarılması əsaslarından biri hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddasinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-3618/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3618/2025
06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver