Məhkəmə qərarları › İş №2(060)-3619/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3619/2024

26.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3619/2024 26.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X27 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X3 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, Nümayəndə1, maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdehlər-iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və “Azərikimya” İstehsalat Birliyinə qarşı “orderin etibarsız hesab edilməsi tələbinə dair” və cavabdehlər-iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıcavabdeh İddiaçı qarşı “otaqdan çıxarılma və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı iddia ərizəsi ilə müraciət edərək, X4 adına Azərkimya Üzvü-Sintez zavodu tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 35 saylı Protokol, 23 saylı orderin etibarsız hesab olunması və cavabdehlər Cavabdeh3, Cavabdeh2, onun azyaşlı övladı X15, Cavabdeh4, onun övladları X13, X14 və X5 Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11 ünvanında yerləşən 15/16 saylı otaqlardan ilə çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Suliddin oğlunun Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 11 saylı yataqxanın 15/16 saylı otağından istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. lkin iddia tələbini onunla əsaslandırmışdır ki, üzvü-Sintez zavodu tərəfindən verilmiş 30 yanvar 1991-ci il tarixli 881 saylı orderə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11 ünvanında yerləşən sahəsi 18.0 kv.m olan 15/16 saylı otaq 6 nəfər ailə üzvü üçün “sürücü” vəzifəsində işləyən X1na verilmişdir. X1 23 mart 2012-ci il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli 151 saylı məktubu ilə müəyyən edilmişdir ki, onun ərizəsi əsasında Sumqayıt şəhəri 5 saylı notariat kontorunda vərəsəlik işi açılmış və 06 dekabr 2012-ci il tarixdə 2V-1230 reyestrlə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlər tanımadığı şəxslərdir. Hazırda həmin ünvanda yaşayırlar. Dəfələrlə müraciətlər etsə də mənzili boşaltmaqdan imtina edirlər. Belə ki, 08 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli 326 saylı ətraflı arayışdan müəyyən olunur ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 11 saylı yataqxananın 15 saylı otağı 2 nəfər ailə üzvü olmaqla (özü və qızı Cavabdeh2) Mustafayev Telman Bəşir oğluna verilmişdir. 2003-cü il tarixdə isə yenidən Azərkimya Üzvü-Sintez zavodu tərəfindən xx.xx.2003-cü il tarixli, 35 saylı Protokol, 23 saylı order əsasında sahəsi 34 kv.m olan 2 otaqlı 15/16 saylı otaqları 4 nəfər ailə üzvü (özü, həyat yoldaşı-X11, qızı -Cavabdeh2, oğlu-Cavabdeh3 ) X12 verilmişdir. X17 2008-ci il tarixdə, X11 isə 2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3 2009-cu il tarixdə Qubadlı rayonundan məcburi köçkün Cavabdeh4 ilə ailə quraraq sözü gedən ünvanda yaşamışlar. 2017-ci il tarixdə aralarındakı nikah pozulmuşdur. Cavabdeh4 və birgə nikahdan olan övladları-X13, X14 və X18 ilə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 11 saylı yataqxananın 15 saylı otağında yaşayırlar. Cavabdeh2 da boşandığı üçün öz azyaşlı övladı X15 ilə birlikdə qardaşı Cavabdeh3 ilə Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 11 saylı yataqxananın 16 saylı otağında yaşayırlar. Həmçinin Üzvi-Sintez zavodu tərəfindən xx.xx.1991-ci il tarixli, order 881, sahəsi 18 kv.m olan 15/16 saylı otaqlar 6 nəfər ailə üzvü ilə birlikdə (özü, həyat yoldaşı-X6, oğlu-X7, İddiaçı, X8, qızı Orduxanova (Rəhimova) Alidə Sulidin qızı ) X10 verilmişdir. X16 yataqxananı özəlləşdirməsə də, o, mənzilin potensial mülkiyyətçisi olmuş, 23 mart 2012-ci il tarixdə vəfat etmişdir. İddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda sözü gedən ünvanda qeydiyyatdadırlar, lakin yaşamırlar. Belə ki, otaqlar məcburi köçkün ailəsi tərəfindən zəbt edildiyi üçün onlar həmin mənzilə köçə bilməmişlər. Buna baxmyaraq müvafiq sorğular əsasında məlum olmuşdur ki, vətəndaş Telman Mustafayevə Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 11 saylı yataqxananın 15/16 saylı otaqlarına “Üzvi-Sintez” zavodunun xx.xx.2002-ci il tarixli, 35 saylı protokolunun verilməsi barədə “Azərikimya” X2 İttifaqı Komitəsində heç bir məlumat yoxdur. Göründüyü kimi mübahisələndirilən otaqlar Mustafayev Telman Bəşir oğlunun adına saxta yolla keçirilmişdir. Belə ki, arxivdə belə bir məlumat aşkar olunmamışdır. Hesab edir ki, Mustafayev Telman Bəşir oğlunun adına verilmiş 23 saylı order özüözlüyündə saxta sənəddir və heç bir hüquqi nəticə yaratmır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, saxta yolla Mustafayev Telman Bəşir oğlunun adına verilmiş order etibarsız hesab edilməli və cavabdehlər həmin otaqlardan çıxarılmalıdırlar. İddiaçı və nümayəndəsi Vəkil1 məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 11 saylı yataqxanın 15 saylı otağı 2 nəfər ailə üzvü (atası və bacısı Cavabdeh2) atası Mustafayev Telman Bəşir oğluna verilmişdir. 2003-cü il tarixdə isə yenidən Azərkimya Üzvü- Sintez zavodu tərəfindən xx.xx.2003-cü il tarixli, 35 saylı Protokol, 23 saylı order əsasında sahəsi 34 kv.m olan 2 otaqlı 15/16 saylı otaqları 4 nəfər ailə üzvü (atası Mustafayev Telman Bəşir oğlu, anası Səlimova Xəzangül qızı, bacısı Cavabdeh2 və o, yəni Cavabdeh3) atasına verilmişdir. O, Cavabdeh3 2009-cu il tarixdə Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh4 Zeynalabdun qızı ilə ailə həyatı quraraq sözügedən ünvanda yaşayırlar. Cavabdehin onlara qarşı iddiası tam qanunsuz və əsassızdır, hətta cavabdehin belə bir subyektiv hüququ mövcud deyil. Məhkəmənin nəzərinə çatdırır ki, 30 ildən çoxdur ki, cavabdeh və onun ailə üzvləri yataqxanada yaşamırlar, ən əsası da ondan ibarətdir ki, onlar yataqxananı könüllü şəkildə tərk etmiş və başqa yaşayış sahəsi əldə etmişlər. Bir sözlə cavabdeh köçüb getdiyi vaxtdan yataqxanaya olan istifadə hüququnu itirmişdir. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmədə cavabdehlər-iddiaçıların nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının iddia qaldırmaqda subyektiv hüququ yoxdur. Həmin şəxsin sözügedən mənzilə istifadə hüququ da yoxdur. Bildirmək istəyir ki, yataqxana özəl mülk deyil, İcra Hakimiyyətinin balansındadır. Artıq iddiaçı orada uzun müddətdir yaşamır. Cavabdehlər uzun illərdir orada yaşayır. Bu səbəbdən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia tələbi üzrə cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə barədə onlarda heç bir sənəd mövcud deyildir. Hazırda yataqxanalar İcra Hakimiyyətinin balansındadır. Bu səbəbdən onlara qarşı verilmiş iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmədə maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, yataqxananın mülkiyyətçisi Sumqayıt şəhər İcra Hakimiyyətidir. Həmin yataqxanaların özəlləşdirilməsi mümkün deyil. Həmin yataqxanada kim yaşayışrsa mənzildə onun istifadəsində olur. Yaşayış olmayan otaqlar onlar tərəfindən ehtiyacı olan şəxslərə verilir. Hazırda cavabdehlər orada yaşayır, onların istifadə hüququ tanınmışdır. İddiaçının orderidə olsa həmin mənzildə yaşamamışdır. Həmin şəxsin mülkiyyət hüququ yoxdur. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" İB-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Mustafayev Telman Bəşir oğlunun Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 11 saylı yataqxanın 15/16 saylı otaqlaına “Üzvi-Sintez” zavodunun xx.xx.2002-ci il tarixli 35 saylı protokolun verilməsi barədə “Azərikimya” X2 İttifaqı Komitəsində heç bir məlumat yoxdur. İşdə olan “Üzvi-Sintez” İB müdriyyət, HİK və MMK-nın xx.xx.1991-ci il tarixli 14 saylı protokolundan “Çıxarış”dan görünür ki, 11 saylı yataqxanada 15 saylı otağın orderi 51 saylı sexin sürücüsü X9 adına verilməsi qərara alınmışdır. İşə əlavə olan 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notarita ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 23 mart 2012-ci il tarixdə ünvan 1 ünvanında yaşamış X16 ölmüşdür. İddiaçı 06 dekabr 2012-ci il tarixli ərizəsi əsasında Sumqayıt şəhəri 5 saylı notariat kontorunda vərəsəlik işi açılmış və 06 dekabr 2012-ci il tarixində ona 2V-1230 reyestrlə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı, X9 hüquqi varisidir. İş materiallarında olan "xxxx" Dövlət Şirkəti Sumqayıt “Üzvi-Sintez” zavodunun Mənzil-Kommunal İdarəsinin 23 nömrəli “Order”in surətindən görünür ki, Mustafayev Telman Bəşir oğluna 42-ci məhəllə, yataqxana 11, otaq 15/16 saylı yaşayış sahəsi ayrılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyət Mənzil-Kommunal Təsərrüfatı İstehsalı Birliyi 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2024-cü il tarixli ətraflı arayışından görünür ki, "xxxx" Üzvi-Sintez zavodu tərəfindən yenidən Mustafayev Telman Bəşir oğluna və onun ailə üzvlərinə xx.xx.2003-cü ildə Protokol №35, Order №23 əsasında 42-ci məhəllə, yataqxana 11-də 2 otağı, sahəsi 34 kv.m, otaq №15/16 otaqlar verilmişdir. Həmçinin Üzvi-Sintez zavodu tərəfindən xx.xx.1991-ci ildə order №881, sahəsi 18 kv.m olan otaqların №-si 15/16 olmaqla X10 və ailə üzvlərinin istifadəsinə verilib. Ailə qeydiyyatda olmasına baxmayaraq yataqxanada yaşamırlar. İşə əlavə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli əmr ilə “Azərikimya” İB-nin balansında olan yataqxanalar və cədvəlli binalar Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 153 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyinin zavodlarının balansında olan bina və tikililər Sumqayıt şəhər İcra Hakimiyyəti balansına verilmişdir. İş materiallarında olan “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçmiş “Üzvi-sintez” zavodunun işçisi mərhum X9 adına verilmiş order əsasında Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 nömrəli yataqxananın 15/16 saylı otaqlarına 1993-2001-ci illər dövrü ərzində onun əmək haqqından tutularaq kommunal xərclər ödənilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin dövlət mənzil fondunda olması nəzərə alınaraq və mübahisəli hüquq münasibətinin yarandığı zamana uyğun olaraq hazırkı mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər (maddə 49). Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir (107-ci maddənin ikinci bəndi). İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Həmin qərar əsasında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özü-özlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Qüvvədən düşmüş mənzil qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutsa da, onun verilməsinə əsas olan hüquq müəyyənedici sənədin və ya müvafiq qərarın qanuniliyi yoxlanılmadan ayrıca olaraq orderin etibarsızlığı barədə iddia tələbi təmin oluna bilməz. Baxılan iş üzrə iddiaçı orderin verilməsinə əsas olmuş qərarın qanuniliyini mübahisələndirməmişdir. Məhkəmə iclası zamanı müəyyən oldu ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli mənzildə 1994-cü ildən yaşamır, həmin ünvanda onun qeydittatı mövcud deyil. Beləliklə, məhkəmə İddiaçı hazırda mübahisəli otaqda yaşamamasını; ilkin iddiaçı tərəfindən order mübahisələndirilsə də, orderin verilməsinə əsas olmuş qərarın qanuniliyinin mübahisələndirilməməsini; orderin verilməsindən iyirmi ildən artıq müddətin keçməsini; X10 orderin Mustafayev Telman Bəşir oğlundan on iki il əvvəl verilməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə hər iki iddia ərizəsi rədd edilməlidir. Eyni zamanda məhkəmə hər iki iddia tələbi üzrə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı-cavabdeh İddiaçı cavabdehlər-iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və “Azərikimya” İstehsalat Birliyinə qarşı “orderin etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. Cavabdehlər-iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı-cavabdeh İddiaçı qarşı “otaqdan çıxarılma və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar