Məhkəmə qərarları › İş №2(060)-3635/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3635/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3635/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli və 33 №-li, 21 yanvar 2022-ci il tarixli sərəncamlarının 1-ci bəndində düzəliş edilməsi və müharibə əlili imtiyazı əsasında mənzillə təmin edilmə və kirayə xərclərinin tam şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli və 33 №-li, 21 yanvar 2022-ci il tarixli sərəncamlarının 1-ci bəndində düzəliş edilməsi və müharibə əlili imtiyazı əsasında mənzillə təmin edilmə və kirayə xərclərinin tam şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(060)-3245/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli və 33 №-li, 21 yanvar 2022-ci il tarixli sərəncamlarının 1-ci bəndində düzəliş edilməsi və müharibə əlili imtiyazı əsasında mənzillə təmin edilmə və kirayə xərclərinin tam şəkildə ödənilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsin əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, İddiaçı eyni cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(060)-3245/2022 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Mülki prosessual qanunvericiliyin tələbləri baxımından ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Buna görə də İddiaçı Əliman oğlunun ərizəsi qəbul edilməkdən imtina edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli və 33 №-li, 21 yanvar 2022-ci il tarixli sərəncamlarının 1-ci bəndində düzəliş edilməsi və müharibə əlili imtiyazı əsasında mənzillə təmin edilmə və kirayə xərclərinin tam şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar