Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3645/2022 27.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı cavabdeh “AZ Mənzil Sənaye Tikinti Təmir” Birliyinə qarşı “arayışın təqdim olunması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “AZ Mənzil Sənaye Tikinti Təmir” Birliyinə qarşı “arayışın təqdim olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AZ Mənzil Sənaye Tikinti Təmir” Birliyinin üzərinə onun işlədiyi xx.xx.2022-xx.xx.2006-cı il ərzində aylıq əmək haqqı dəyişməklə təxmini 500 manat civarında olan hissəsinin iki ilini hesablayaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə arayışın təqdim olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, iddia ərizəsində qeyd olunan qərardad qəbul edəsiniz sözlərini qətnamə qəbul edəsiniz sözləri ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması xahiş etmişdir. Cavabdeh “AZ Mənzil Sənaye Tikinti Təmir” Birliyinin yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin məhkəmə bildirişini cavabdehə təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh “AZ Mənzil Sənaye Tikinti Təmir” Birliyinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, İddiaçı cavabdeh “AZ Mənzil Sənaye Tikinti Təmir” Birliyinə qarşı “arayışın təqdim olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “AZ Mənzil Sənaye Tikinti Təmir” Birliyinə qarşı “arayışın təqdim olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3645/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3645/2022
27.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver