Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3645/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və üzrəində inşa edilmiş evdən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 74 A saylı evin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən Cavabdeh tərəfindən qanunsuz olaraq yerləşdirilmiş və ona məxsus əmlakların çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci tarixli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllədə yerləşən, (Yeni qaydalarla: AZ 5021,ünvan 1, 74) 147 saylı ev iddiaçının ölən atası X2 məxsus olmuşdur. Atasının vərəsələri iddiaçı özü və qardaşları X4 və Cavabdehdur. Miras qalmış ev 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş evdən ibarət olmuşdur. Hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. Sonra qardaşlar arasında evin bölgüsü ilə bağlı tam razılıq olmuş və Sumqayıt 3 saylı Notariat Kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə "Əmlakın naturada bölgüsünə dair" saziş bağlanmışdır. Həmin sazişə əsasən Sumqayıt Ərazi İdarəsi "Bölgü sxemi"ni təsdiq etmişdir. Əmlakın yerləşdiyi torpaq sahəsinə görə 2 saylı Sumqayıt ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə dövlət reyesytrindən çıxarış verilmişdir. Bölgü sxemindən və çıxarışdan da göründüyü kimi iddiaçı torpaq sahəsindən cəmi 0.0146 ha hissəsini mülkiyyətinə almışdır. Belə ki, qardaşları həmin evdə yaşadıqları üçün onların inşa etdikləri evə mane olmamış və payın iddiaçıya az düşməsinə baxmayaraq, bununla qane olmuşdur. Ata evinin satılmasına etiraz etməklərinə baxmayaraq cavabdeh özünə məxsus olan hissəni satmış və oradan köçüb getmişdir. Köçüb gedərkən apara bilmədiyi müəyyən əşyaları müvəqqəti olaraq iddiaçıya düşən torpaq sahəsi üzərində inşa edilmiş və qeydiyyata alınmamış otaqlara yığmış, lakin otaqları boşaltmaqdan imtina etmiş və bu günə qədər iddiaçının mülkiyyətindən istifadə etməyinə imkan verməmişdir. xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 74 A saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyesytrdən çıxarış və texniki pasportun verilməsi barədə 2 saylı Sumqayıt ərazi İdarəsinə müraciət etmişdir. 2 saylı Sumqayıt ərazi İdarəsi müraciətinə xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı vermiş və imtinaya əsas olaraq iddiaçıya aşağıdakı məzmunda cavab vermişdir: Bildiririk ki, inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar ərazi idarəsinin mütəxəssisi tərəfindən əraziyə baxış keçirilməsinə şərait yaradılmamışdır. Yəni cavabdeh zəbt etdiyi otaqları açıb təqdim etmədiyi üçün iddiaçı elementar hüquqlarını belə həyata keçirə bilmir. Dəfələrlə digər qardaşı, ən yaxın qohumları tərəfindən xəbərdarlıq etmələrinə baxmayaraq qardaşı özünün qanunsuz əməlllərini davam etdirməkdən əl çəkmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, digər vərəsə Rasim adlı şəxslə birgə iddiaçıya 2014-cü ildə 10000 ABŞ dolları pul vermişlər ki, iddiaçı bütün iddialarından əl çəksin. Lakin buna baxmayaraq iddiaçı hazırki iddianı qaldırmışdır. İddiaçının iddiası əsassızdır. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və nümayəndəsi və vəkilinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 147 (Yeni qaydalarla: AZ 5021, ünvan 1, 74) X1 tam mülkiyyətində olmuşdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki, Sumqayıt, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 147 (Yeni qaydalarla: AZ 5021, ünvan 1, 74) **********60-10301 reyestr nömrəli daşınmaz əmlak hüquq sahibləri, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə Cavabdeh, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə X4, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə İddiaçıdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt, Corat qəsəbəsi, AZ 5021, ünvan 1, 74 A İddiaçı tam mülkiyyətindədir. - Əmlakın Naturada Bölgüsünə dair xx.xx.2021-ci il tarixli sazişdən görünür ki, Sumqayıt Ərazi İdarəsi "Bölgü sxemi"ni təsdiq etmişdir. Əmlakın yerləşdiyi torpaq sahəsinə görə 2 saylı Sumqayıt ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə dövlət reyesytrindən çıxarış verilmişdir. Bölgü sxemindən və çıxarışdan da göründüyü kimi İddiaçı torpaq sahəsindən cəmi 0.0146 ha hissəsini mülkiyyətinə almışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 147 (Yeni qaydalarla: AZ 5021, ünvan 1, 74) iddiaçının atası X1 tam mülkiyyətində olmuşdur. X3 öldükdən sonra onun vərəsələrioğulları Rasim, Həsənağa və Məmmədağa olmuşdur. Sumqayıt, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 147 (Yeni qaydalarla: AZ 5021, ünvan 1, 74) **********60-10301 reyestr nömrəli daşınmaz əmlak hüquq sahibləri, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə Cavabdeh, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə X4, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə İddiaçıdur. Sonra qardaşlar arasında evin bölgüsü ilə bağlı tam razılıq olmuş və Sumqayıt 3 saylı Notariat Kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə "Əmlakın naturada bölgüsünə dair" saziş bağlanmışdır. Həmin sazişə əsasən Sumqayıt Ərazi İdarəsi "Bölgü sxemi"ni təsdiq etmişdir. Əmlakın yerləşdiyi torpaq sahəsinə görə 2 saylı Sumqayıt ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə dövlət reyesytrindən çıxarış verilmişdir. Bölgü sxemindən və çıxarışdan da göründüyü kimi iddiaçı torpaq sahəsindən cəmi 0.0146 ha hissəsini mülkiyyətinə almışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünüyü kimi, Sumqayıt, Corat qəsəbəsi, AZ 5021, ünvan 1, 74 A İddiaçı tam mülkiyyətindədir. İddiaçı xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 74 A saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyesytrdən çıxarış və texniki pasportun verilməsi barədə 2 saylı Sumqayıt ərazi İdarəsinə müraciət etmişdir. 2 saylı Sumqayıt ərazi İdarəsi müraciətinə xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı vermiş və imtinaya əsas olaraq bildirilmişdir ki, inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar ərazi idarəsinin mütəxəssisi tərəfindən əraziyə baxış keçirilməsinə şərait yaradılmamışdır. Yəni, cavabdeh zəbt etdiyi otaqları açıb təqdim etmədiyi üçün iddiaçı elementar hüquqlarını belə həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında ”Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.” “1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasına Konvensiyada “qanun” və “qanuni” anlayışı anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir.” Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Konstitusion hüquq təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir.Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. İş materiallarından görünür ki, cavabdehin mübahisəli evdə qalan əmlakları iddiaçının mülkiyyətindən istifadəsinə mane olur. Bu da iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə cavabdehin mübahisəli ev üzərində heç bir hüququ olmadığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 74 A saylı evin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən Cavabdeh tərəfindən qanunsuz olaraq yerləşdirilmiş və ona məxsus əmlaklar çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-3645/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3645/2025
17.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver