Məhkəmə qərarları › İş №2(060)-3660/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3660/2020

25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3660/2020 25.08.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Ərizəçiiştirakı ilə, Ərizəçi uşaqların valideynin himayəsində yaşaması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxxx 2018-ci il təvəllüdlü X4 anası Ərizəçi himayəsində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, X2 ilə 2008-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx xxxxx 2010-cu il təvəllüdlü X5 və xx xxxxxx 2018ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. X2 övladları ilə maraqlanmır, qayğısına qalmır və övladlarını tək böyüdür. X1 olduğu yer məlum deyildir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, təmin edilməsini xahiş etdi. Maraqlı tərəf nümayəndəsinə məhkəmə iclası barədə məlumat verilmiş, lakin o, bildirişi almasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, mülki iş aidiyyəti üzrə başqa məhkəməyə göndərilməlidir. İş materiallarından görünür ki, Ərizəçi rəsmi qeydiyyat ünvanı Füzuli rayonu, Qarakollu rayonudur. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasənhakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ünvanı ünvan 2 mülki iş aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 32, 35, 44 və 162-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi uşaqların valideynin himayəsində yaşaması faktının müəyyən edilməsinə dair mülki iş aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar