Məhkəmə qərarları › İş №2(060)-3672/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3672/2020

05.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3672/2020 05.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlışəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Cəfərova X2 şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X7, ana qrafasında Cəfərova Alagöz Əsgərxan qızı yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri X8 ilə xx xxxxx 1991-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Mərhum əri X8 xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuş, xx.xx.2020-ci il tarixdə ölmüşdür. Hazırda miras əmlakın qəbul edilməsi ilə əlaqədar ona mərhum həyat yoldaşının doğum haqqında şəhadətnaməsi lazımdır. Lakin məlum səbəblərə görə həmin sənədi təkrarən ala bilmir, arxiv hazırda Ermənistan Respublikasındadır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadə verərək göstərdi ki, mərhum X8 onun xalası oğludur. N.Cəfərov 1964-cü ildə Ermənistan Respublikasının Sisiyan rayonunun Şəki kəndində anadan olub, atası X7, anası isə Cəfərova Alagöz Əsgərxan qızıdır. Niyazigil ailədə üç bacı, bir qardaş olublar. Niyazi Cəfərov xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadə verərək göstərdi ki, mərhum X8 xalası oğludur. Niyazi Cəfərov 1964-cü ildə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuşdur. Niyazinin atası X7, anası isə Cəfərova Alagöz Əsgərxan qızıdır. Məhkəmə ərizəçini, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. AZ-İİ seriyalı 075104 saylı ödüm haşqqında şəhadətnamənini təsdiq edilmiş surətindən görünür ki, X8 05.02.202-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin xx xxx 2020-ci il tarixli, № 05/Q-859/69 saylı arayışının təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X1 arasında xx xxxxx 1991-ci il tarixdə 515 saylı akt qeydi ilə Sumqayıt nikah evində nikah bağlanmış, qadına Cəfərova soyadı verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3672/2020 saylı sorğusuna cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilən şəxsiyyət vəsiqələrinin fərdi uçot kartoçkasının kserosurətlərindən görünür ki, X8 xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları» 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, X4 xx xxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulması və doğumunun qeydə alınması tədqiq olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, X4 xx xxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilməli, doğum akt qeydi aparılarkən ata qrafasında X7, ana qrafasında Cəfərova Alagöz Əsgərxan qızı göstərilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 xx xxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən ata qrafasında X7, ana qrafasında Cəfərova Alagöz Əsgərxan qızı göstərilsin. Qətnamə doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar