Məhkəmə qərarları › İş №2(060)-3688/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3688/2020

25.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3688/2020 25.08.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı , Cavabdeh“xxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-ə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa və qanunsuz işə cəlb edildiyi müddətə görə dəymiş ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “xxxxxxxxxxxxxxx” MMC-də məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinəçörək istehsalat kompleksinin xammal hazırlama sahəsinə xammal hazırlayan vəzifəsinə bərpa edilməsi və 25200 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci ildə “xxxxxxxxxxxxxxx” MMC-ə çörək istehsalat kompleksinin xammal hazırlama sahəsinə xammal hazırlayan vəzifəsinətəyin edilmiş və həmin cəmiyyətin direktorunun xx xxxxxx 2020-ci il tarixli əmri ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissənin V bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddətdə heç bir nöqsana yol verməmiş, onu müddətsiz iş götürmüşlər. Heç bir əmək müqaviləsinə imza etməmişdir. Hər zaman iş müddətindən artıq işləmişdir, həftəlik 40 saat deyil, 72 saat işləmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı mülki işin adiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 mülki işin adiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, mülki iş aidiyyəti üzrə başqa məhkəməyə göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin veridyi çıxarışın surətindən və X2 kommersiya qurumlarının dövlət reyestrindən əldə olunmuş məlumatdan görünür ki, cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin hüquqi ünvanı ünvan 1 Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasənhakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, sadalanan hüquq normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonunda olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 32, 35, 44 və 162-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-ə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa və qanunsuz işə cəlb edildiyi müddətə görə dəymiş ziyan tələbinə dair mülki iş aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar