Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3690/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin, 33 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin, 33 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Ona məxsus evi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kirayə vermişdir. Cavabdehlərə dəfələrlə şifahi qaydada bağlanan kirayə müqaviləsini pozduğunu bildirsə də, onlar həmin mənzildə yaşamağa davam etmiş və oranı tərk edib ona təhvil verməmişlər. Eyni zamanda cavabdehlər mənzildə yaşadıqları üçün, ona heç bir haqq ödəmirlər. Ona görə də mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ünvanlayaraq üzürlü səbəblə əlaqədar məhkəmə prosesində iştirak edə bilmədiyindən, iddia tələbini müdafiə etdiyini və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, o, İddiaçı tanımır. Mübahisə predmeti olan mənzilə onu Sumqayıt Şəhər İcra Hakimiyyəti yerləşdirmişdir. Həmin vaxtdan o həmin mənzildə yaşayır. O bir dəfə də olsun iddiaçıya kirayə haqqı ödəməmişdir. Kirayə haqları İcra Hakimiyyəti tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Qeyd etdiklərinə əsasən, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabında xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7 xx xxxxxx 2020-ci il tarixli, **********31 saylı məkubuna əsasən, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzil Sumqayıt şəhər 1-ci dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2000-ci il tarixli, 3M-386 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 53 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 25/23, mənzil 33-ə yerləşdirilməsi barədə hər hansı qərar qəbul edilməmişdir. İş materiallarında olan 12 saylı MKS-ın xx.xx.2020-ci il tarixli aktından görünür ki, 12 saylı MKS-ın sahə ustası X6 və mühasibi X1 şəhəri, 6-cı məhəllə, Nizami küçəsi 19C ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 həqiqətən 2017-ci ildən Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin, 33 saylı mənzilində qeydiyyatsız olaraq kirayəşin kimi yaşadıqlarını öz imzaları ilə təsdiqləmişlər. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayışından görünür ki, Əhmədova X2 şəhəri, 4-cü mikrorayon, ev 15/23, mənzil 33 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh2 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərın və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Nəzərə alması xahiş olunur. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatından Cavabdeh1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda isə qeyd edilmişdir ki, o ümumi xəstəliyə görə 2-ci qrup əlil kimi xx.xx.2018-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsindədir. Qaldırdığı məsələ ilə əlaqədar AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq imtiyazı nəzərə alınmaqla yaşayış sahəsi ilə növbəlilik qaydasında təmin olunacaqdır. Nəzərə alması xahiş olunur. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzil mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq cavabdehlər Cavabdeh2 və Məmmədov X3 şəhəri, 4-cü mikrorayon, ev 15/23 ünvanda yerləşən 33 saylı iddiaçıya məxsus mənzildə heç bir hüquqi əsas olmadan yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mənzilindən heç bir əsas olmadan istifadə edir, o cümlədən iddiaçının tələbi əsasında mənzildən çıxmırlar. Məhkəmə isə bu halları iddiaçının mülkiyyət hüquqlarının və qanuni maraqlarının pozulması kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz əmlakları ilə birlikdə ünvan 1 ünvanda yerləşən 33 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Məmmədov X3 şəhəri, 4-cü mikrorayon, ev 15/23 ünvanında yerləşən 33 saylı mənzildən öz əmlakları ilə birlikdə çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3690/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3690/2020
13.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver