Məhkəmə qərarları › İş №2(060)-3691/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3691/2025

03.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3691/2025 03.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2nə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs2nə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixdə Lənkəran rayonu, Kənarmeşə kəndində anadan olmuşdur. Həyat yoldaşı X13 xx.xx.1952-ci il tarixdə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində anadan olmuş və xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Viyən kəndində vəfat etmişdir. Ərizəçi Mircamal Kamalovla 1977-ci il tarixdə faktiki nikaha daxil olaraq evlənmişdir. Onların birgə nikahından dörd övladı anadan olmuşdur. Nikahları isə xx.xx.1977-ci il tarixdə Lənkəran rayon Aşağı-Nüvədi qəsəbə icra nümayəndiliyində 39 sayla rəsmiləşdirmişdir. Mərhumu Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində olan kənd qəbiristanlığında dəfn etmişdirlər. Mircamal Kamalov xx.xx.1952-ci il tarixdə ev şəraitində doğulduğu üçün ona doğum haqqında şəhadətnamə verilməmişdir. X22 ev şəraitində doğulduğu üçün onun doğumu haqqında tibbi arayış verilməmişdir. Ərizəçi Kamalova X9 Kamalov üçün doğum faktının müəyyən edilməsi ilə əlaqədar müvafiq rayon qeydiyyat şöbəsinə müraciət etmiş və müvafiq həkim arayışı olmadığı üçün məhkəməyə müraciət etməyi ona məsləhət görmüşlər. X14 üçün doğum haqqında şəhadətnaməni başqa yolla əldə etmək mümkün deyildir. Buna görə də, xx.xx.1952-ci il tarixdə Mircamal Kamalovun doğulması faktının müəyyən edilməsi barədə hazırkı ərizə ilə məhkəməyə müraciət emtişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixli Lənkəran şəhər İHB-nin Viyən kənd icra nümayəndəliyinin verdiyi 12-12/102 nömrəli arayışdan görünür ki, həqiqətən ərizəçi Viyən kəndində yaşamışdır. Bu xüsusatları məhkəməyə gələcək şahidləri də təsdiq edə bilər.Ərizəçi, X6 xx.xx.1952-ci il tarixdə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 17 iyun 2025-ci il tarixli hazırlıq iclasında Maraqlı şəxs1 maraqlı şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs2nə və Lənkəran rayon Qeydiyyat qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X1 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudurlar, Mircamal Kamalovun atası və anasını tanıyır, ağır seyid olmuşlar. Atasının adı İsa, anasının adı isə Kürsüm idi. Mircamal Kamalov bir ildir ki, rəhmətə getmişdir. X5 ifadəsində bildirmişdir ki, o, Mircamal Kamalovun bacısıdır, Mircamal onun böyük qardaşıdır, xx.xx.1952-ci ildə anadan olmuş, xx.xx.2024-cü ildə vəfat etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X29 Lənkəran Şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 50 nömrəli, 22 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Lənkəran şəhəri Viyən kəndində yaşayan xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi həyat yoldaşı xx.xx.1952-ci il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Arxivdə anadan olması barədə heç bir qeydiyyat olmadığından doğumu haqqında heç bir sənəd verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Viyən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12-12/102 nömrəli 22 aprel 2025ci il tarixli arayışdan görünür ki, Ərizəçi hal-hazırda Lənkəran rayonu Viyən kəndində yaşayır. Maraqlı şəxs1 tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli 3-16-5/8-10-381/2024 saylı məktubdan görünür ki, xx.xx.1952-ci il tarixdə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində doğulmuş X6 doğum haqqında akt qeydi Maraqlı şəxs1 arxivində aşkar olunmamışdır. Azərbayca Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5-ci maddəsinə əsasən doğum faktını, vaxtını və ya yerini təsdiq edən müəssisəsindən sənəd olmadıqda doğum faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respubikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlər məhkəmə qaydasında baxılır. Doğum haqqında akt qeydi Maraqlı şəxs1 arxivində aşkar olunmadığından, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bakı Yüngül Sənaye Texnikumu tərəfindən verilmiş Щ seriyalı, 018856 nömrəli,diplomunun surətindən görünür ki, 07 mart 1975-ci il tarixli Dövlət Kvalifikasiya Komissiyasının qərarı ilə X8 texnik-texnoloq ixtisas dərəcəsi verilmişdir. İ-ЖГ seriyalı, 364337 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X11 arasında 16 noyabr 1977-ci il tarixdə nikah bağlanmış və 39 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. AZE seriyalı, 04913026 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1952-ci il tarixdə Lənkəran rayonu, Nüvədi kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs1 tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli 662 nömrəli arayışın surətindən görünür ki, X13 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs1 arxivində saxlanılan 1949-1955-ci illər üzrə Gərmətük qəsəbə icra nümayəndəliyində tərtib edilmiş doğum haqqında akt qeydləri yoxlanılmışdır. Doğum haqqında akt qeydi aşkar olunmamışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək yoxlanılmış və aşkar olunmamışdır. Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İİ seriyalı, 418028 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Viyən kəndində vəfat etmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli arayışın surətindən görünür ki, X26 xx.xx.1983-cü ildə vəfat etmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli arayışın surətindən görünür ki, X7 xx.xx.2024-cü ildə vəfat etmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X18 xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində anadan olmuşdur, atası X26, anası isə X4r. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.1967-ci il tarixdə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində anadan olmuşdur, atası X21, anası isə X3r. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-48-DA/2-628/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1952-ci ilə dair Lənkəran rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X6 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. AR MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.2-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Məhkəmə Ərizəçi məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələrini, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, X6 xx.xx.1952-ci ildə Lənkəran rayonu, Nüvədi kəndində doğulması məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X6 xx.xx.1952-ci ildə Lənkəran rayonu, Nüvədi kəndində doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Kamalov”, adının “Mircamal”, ata adının “İsa” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X26, ana qrafasında isə Camalova (Kamalova) Kürsüm Mirbaba qızı qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar