Məhkəmə qərarları › İş №2(060)-37/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-37/2023

23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-37/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Quliyeva X6 Elşad Valeh oğlu ilə faktiki olaraq 2000-ci ildə ailə həyatı qurmuş, ilk öncə həyat yoldaşı ilə İsmayıllı rayonunda yaşamışdır. Bir müddətdən sonra Sumqayıt şəhərində yaşamışlar. Bu faktiki nikahdan, 2001-ci ildə Qəhrəmanova Günay anası evində ünvan 1 ünvanında anadan olmuşdur.Həmin vaxt şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum evinə gedə bilməmiş, bu səbəbdən qızı evdə dünyaya gəlmişdir. Son illərə kimi də şəxsiyyət vəsiqəsi olmadığı üçün qızı Quliyeva Günaya doğum şəhadətnaməsi almaq üçün müraciət edə bilməmişdir. Hal-hazırda qızı ailə qurmuş, lakin hələ də onun doğum şəhadətnaməsi yoxdur. X16 hamiləliyi ilə əlaqədar övladının dünyaya gəlməsi üçün xəstəxanaya müraciət etmişdir. Hazırda qızının doğum şəhadətnaməsi olmadığı üçün xəstəxana qızını qəbul etməkdən imtina etmiş və çətinliklərlə üzləşmişdir. Maraqlı tərəf qeydiyyat şöbəsi qızı Quliyeva Günay tibb müəssisəsindən kənarda dünyaya gəldiyi üçün doğum şəhadətnaməsi verməkdən imtina etmişdir. Bununla əlaqədar doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qızının doğum şəhadətnaməsi olmalıdır ki, hüquq və azadlıqlarından istifadə edə bilsin. Bu səbəbdən də qızının Quliyeva Günayın 2001-ci ildə anası evində doğulması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Quliyeva Günayın həmin ildə anası evində yuxarıda qeyd olunan ünvanda anadan olması faktını həmin yataqxanada yaşamış və yaşayan qonşular da təsdiq edə bilərlər. Qeyd edilənlərə əsasən Ərizəçi qızı olan Quliyeva Günay 2001-ci ildə anası evində olan ünvan 2 ünvanında doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsinə dəqiqləşmə ilə müraciət edərək, ərizəsinin birinci abzas 4-cü sətirdə qızının soyadı yanlış olaraq Qəhrəmanova və faktiki doğulduğu ünvan səhv olaraq ünvan 3qxana-3 kimi qeyd olunduğunu qeyd etmişdir. Ərizənin qalan hissələrində isə qızının soyadı və adı düzgün olmayaraq Quliyeva Günay kimi qeyd olunmuşdur. X1 ilə 2000-ci ildə faktiki olaraq ailə münasibətlərində olduğunu göstərmişdir. Bu səbəbdən də qızının soyadı Hüseynova kimi qeyd olunmalıdır. X21 anadan olduqdan sonra da Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər 5 saylı X3 Günay soyadı ilə qeydiyyatda olmuşdur. Qızı faktiki ünvan 4 ünvanında anadan olmuşdur. Ona görə də qızının soyadının faktiki olaraq Hüseynova olmasını və faktiki doğulduğu ünvanının isə ünvan 5ını nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsinə dəqiqləşmə ilə müraciət edərək, ərizəsinin “xahiş edirəm” hissəsində Hüseynova Günayın 2001-ci ildə anası evində, ünvan 6 ünvanında doğulması faktının müəyyən edilməsi qeyd edilsə də qızının hansı ayda və gündə doğulmasının göstərilmədiyini qeyd etmişdir. X21 2001-ci il dekabr ayının 11-də anadan olmuşdur.Ona görə də ərizənin xahiş edirəm hissəsində qeyd olunan dəqiqləşmə nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmunu ilə bağlı məhkəməyə dəqiqləşdirmə ərizələri verdiyini nəzərə alınaraq təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. İş materiallarında olan: 24 avqust 2022-ci il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi qızıdır. Ərizəçinin qızı 2021-ci ildə X2 yaşadığı yataqxanada doğulmuşdur. Ərizəçinin sənədi olmadığına görə həmin vaxt uşağa da doğum şəhadətnaməsi ala bilməmişlər. 24 avqust 2022-ci il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçini tanıyır. Ərizəçi anası Sarıtel ilə 2001-ci ildən yataqxanada qonşuluqda yaşamışdır. Quliyeva Günay 2001-ci doğulmuşdur. Güneyin kirayəyə köçməsi səbəbindən 10 il olar ki, onunla əlaqələri yoxdur. Ərizəçi 2-ci nikahından da bir oğlu vardır. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-938/15 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X18 Şəxsinin Sumqayıt Tibb X19 Şəxsinin Sumqayıt 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Vəkil sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli 613 nömrəli məktubuna əsasən vətəndaş Ərizəçi 2001-ci il təvəllüdlü ev şəraitində doğulmuş X21 qeyd olunan ünvanda yaşamağı və 5 nömrəli uşaq poliknikasında peyvənd olunması haqqında heç bir məlumatın aşkar olunmadığı qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X22 xx.xx.2022-ci il tarixli, 585/2022-MTBŞ saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyinə görə tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə və təqdim olunmuş sənəddə olan göstəricilərə əsasən Ərizəçi və X12 olan cütlükdən Quliyeva Günay adlı uşağın törənməsi mümkündür. Beləliklə, Ərizəçi ekspertizaya təqdim olunmuş Quliyeva Günayın anası ola bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-32837-1222 nömrəli məktuba cavabdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X13 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin, müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatı, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi onun qızının haqlı mənafelərinə xidmət etdiyi üçün, yəni X4 xx.xx.2001-ci ildə doğulması faktının məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, atalıq faktının müəyyən edilmədən, faktiki nikah münasibətlərindən doğulmuş uşağa münasibətdə ərizə qızının soyadı Hüseynova kimi qeyd olunmasına dair hissədə təmin edilə bilməz. Ona görə də məhkəmə ərizənin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. X4 xx.xx.2001-ci ildə ünvan 4 ünvanında doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Quliyeva”, adının “Günay”, ata adının “Elşad” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X11, ana qrafasında isə Ərizəçi qeyd edilməsi faktı müəyyən olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar