Məhkəmə qərarları › İş №2(060)-3702/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3702/2025

24.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3702/2025 24.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı Sumqayıt şəhər X1 nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yunusov Zeynal Yunus oğlunun iştirakları ilə, İddiaçı Sumqayıt şəhər X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Yunusov Zeynal Yunus oğlunu və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini cəlb etməklə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X8 5 saylı Sumqayıt Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X5rşı «torpağın mülkiyyətçisi olaraq sərəncam hüququnun cavabdehlər tərəfindən pozulmasının aradan qaldırılması, torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Sumqayıt şəhər X2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X8 5 saylı Sumqayıt Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X5rşı «torpağın mülkiyyətçisi olaraq sərəncam hüququnun cavabdehlər tərəfindən pozulmasının aradan qaldırılması, torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 6** kvadrat metr olan torpaq sahəsi X1 mülkiyyətindədir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi 1417*13996, qeydiyyat tarixi *3 noyabr 2*17-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. Torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra X2 tərəfindən müvafiq inzibati akt qəbul edilərək Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 6** kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması qərara alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi Torpaq və müsabiqə və hərrac komissiyası tərəfindən *3 may 2*18-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi olaraq Yunusov Zeynal Yunus oğluna Seriya AM № **5236 olan *3 may 2*18-ci il tarixli 1*27 nömrəsi ilə qeydiyyata alınmış Şəhadətnamə verilmişdir. Lakin torpaq sahəsini icarəsinə almış Yunusov Zeynal Yunus oğlu ərizə ilə bələdiyyəyə müraciət edərək icarəsində olan 6** kvadrat metr torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. X2 sözügedən müraciət əsasında müvafiq sənədləşmə işlərinə başlamış və bələdiyyənin 22 fevral 2*23cü il tarixli, *2 saylı qərarı ilə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 6** kvadrat metr olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması qərara alınmışdır. Adı çəkilən bələdiyyə qərarı əsasında X2 tərəfindən *3 may 2*23-cü il tarixli, 84 saylı məktubla cavabdeh “X3” X8 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət edilərək qeyd edilən bələdiyyə torpağının mülkiyyətə verilməsi üçün həmin torpağın təkrarən müsabiqəyə çıxarılması xahiş olunmuşdur. Lakin X1 sözügedən müraciətinə cavabdeh “X3” X8 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyasının sədri, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin müdiri olan Rauf Binnətovun imzası ilə 12 may 2*23-cü il tarixli, 23152*****5* saylı məktubla cavab verilərək yuxarıda qeyd edilən torpaq sahəsinin müsabiqəyə çıxarılmasının məqsədəuyğun sayılmadığını bildirilmişdir. Cavabdeh torpağın mülkiyyətə verilməsi üçün müsabiqəyə çıxarılmasından imtinanı onunla əsaslandırmağa çalışmışdır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 6** kvadrat metr torpaq sahəsi ilə bağlı müraciətə “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2*18-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə edilməmişdir. Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini müsabiqəyə çıxarılmaqla icarəyə verilməsi barədə müraciətindən cavabdehin imtinası tamamilə əsassız və qanunazidd olmaqla yanaşı, torpağın mülkiyyətçisi kimi X1 mülkiyyət hüququna birbaşa müdaxilədir. Cavabdeh dövlət və bələdiyyə torpaqları ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının təşkili və keçirilməsi üzrə səlahiyyətli olan orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan suiistifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. “X3” publik hüquqivə onun ərazi komissiyalarının fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə “X3” publik hüquqi şəxsi və onun ərazi komissiyaları dövlət və bələdiyyə mülkiyyətidə olan torpaqların mükiyyətə və icarəyə verilməsi üçün müsabiqə və hərracları təşkil etmək funksiyasını həyata keçirən bir qurumdur. Onu da qeyd etmək lazımdır ki, cavabdehin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 6** kvadrat metr olan torpaq sahəsini mülkiyyət vermək üçün müsabiqəyə çıxarmaqdan imtinası həm də ona görə qanuni və əsaslı deyildir ki, sözügedən torpaq sahəsi yuxarıda qeyd edildiyi kimi, icarəyə verilməsi üçün 2*18-ci ilin əvəllərində artıq torpaq müsabiqəsinə çıxarılmış və cavabdehin özü tərəfindən *3 may 2*18-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi olaraq Yunusov Zeynal Yunus oğluna Seriya AM № **5236 olan *3 may 2*18-ci il tarixli 1*27 nömrəsi ilə qeydiyyata alınmış Şəhadətnamə verilmişdir. Artıq 2*18-ci ilin may ayında sözügedən bələdiyyə torpağı hərraca çıxarılmaqla həmin torpağın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə torpaq müsabiqəsi yolu ilə istifadəyə verilməsi məqsədəuyğun sayılmışdır. Cavabdehin istinad etdiyi “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2*18-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanından da göründüyü kimi, həmin Fərman mübahisələndirilən torpaq sahəsinin ilkin olaraq keçirilmiş və qalibi də Yunusov Zeynal Yunus oğlu olmuş torpaq müsabiqəsindən 4 ay keçdikdən sonra çıxarılmışdır. Sözügedən torpaq sahəsinin müsabiqəyə çıxarılması ilə bağlı cavabdehin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyini tələb etməsi sadalanan qanunvericilik normaları ilə ziddiyyət təşkil etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbləri baxımından da X1 torpağın mülkiyyətçisi olaraq mülkiyyət, o cümlədən torpağa sərəncam vermək hüquqlarını pozur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3" X8 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən torpağı müsabiqəyə çıxarmaqdan imtina etməklə X1 mülkiyyətində olan Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən 6** kvadrat metr torpaq sahəsi üzərində X1 mülkiyyət (torpağa sərəncam vermək) hüququnun pozulmasının aradan qaldırılması və X1 22 fevral 2*23-cü il tarixli, *2 saylı qərarı ilə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 6** kvadrat metr torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyi cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X8 və “X3” X8 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyasının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sonradan iddiaçı Sumqayıt şəhər X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3" X8 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən torpağı müsabiqəyə çıxarmaqdan imtina etməklə X1 mülkiyyətində olan Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən 6** kvadrat metr torpaq sahəsi üzərində X1 mülkiyyət (torpağa sərəncam vermək) hüququnun pozulmasının aradan qaldırılması və X1 22 fevral 2*23-cü il tarixli, *2 saylı qərarı ilə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 6** kvadrat metr torpaq sahəsinin həmin bələdiyyə qərarında müəyyən edilmiş qiymət əsasında mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyi cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X8 və “X3” X8 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyasının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçı Sumqayıt şəhər X1 nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yunusov Zeynal Yunus oğlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № 1185*55 saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən *,*6 ha yaşayış məntəqələrinin torpaqları mülkiyyət hüququ əsasında Sumqayıt şəhəri X1 adına *3.11.2*17-ci il tarixdə 1417*13996 saylı nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 183 nömrəli reyestr kitabının 7* nömrəli vərəqində qeydiyyata alınmışdır. 1*. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı **5236 saylı Şəhadətnamənin surətindən görünür ki, Yunusov Zeynal Yunus oğlu Sumqayıt şəhər ərazisində yerləşən X1 6** kv.m və ya *.*6 ha torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən *3.*5.2*18-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracın qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində, hərracında 226* manat satılmışdır, 1* il müddətinə icarəyə verilmişdir. Şəhadətnamə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən *3.*5.2*18-ci il tarixdə 1*27 nömrə ilə qeydiyyata alınmaqla hərracın, müsabiqənin qalibinə verilir.

11. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Ərazi Şöbəsinin X2nə ünvanladığı 12.*5.2*23cü il tarixli məktubda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin 12.*5.2*23-cü il tarixli, 23*13*7*46 saylı məktubunda qeyd edilmişdir ki, sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi nəzərdə tutulmuş *,*6 ha torpaq sahəsinin “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2*18-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmır.

12. İş materiallarında olan Sumqayıt şəhər X1 22 fevral 2*23-cü il tarixli, *2 nömrəli “Sumqayıt şəhər X1 mülkiyyətinə, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan qəsəbə ərazisində yerləşən sahəsi 6** kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə” qərarında qeyd edilmişdir ki, Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan qəsəbə ərazisində yerləşən sahəsi 6** kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmalı, Sumqayıt Bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan 6** kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə açıq müsabiqə keçirilməli, torpaq sahəsi İV qiymət zonasında yerləşir, bir kvadrat metr torpaq sahəsinin normativ qiyməti 1296 manatdır. Hal-hazırda müsabiqəyə çıxarılan torpaq sahəsinin bir kvadrat metrinin satış qiyməti 16 manat olmaqla, 96** manat müəyyən edilməli, müsabiqənin keçirilməsi barədə Sumqayıt şəhər X2 ilə “X3” X8in Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanılmalıdır.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Konstitusiyası:

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: -qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; -qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; -bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; -ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; -öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; -bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; -hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; -öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; -öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.

17. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

18. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: -ümumi istifadədə olan torpaqlara; - hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; - ehtiyat fondu torpaqlarına ayrılır.

19. Eyni Məcəllənin 47.3-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 2*. Həmin Məcəllənin 47.4-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

21. Eyni Məcəllənin 47.5-ci maddəsinə əsasən Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: -yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; -hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; -ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

22. Həmin Məcəllənin 47.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

23. Qeyd olunan Məcəllənin 47.7-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

24. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

25. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

26. Eyni Məcəllənin 56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər.

27. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: -bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; -yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 2* təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); -sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; -müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; -müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.

28. Eyni Məcəllənin 56.5-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

29. Həmin Məcəllənin 56.6-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. 3*. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir.

31. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bu qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilmir.[57]

32. Eyni Məcəllənin 56.7-ci maddəsinə əsasən ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarındakı torpaq sahələri hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə həmin sistemlərin bölünməməsi və onlardan istifadə texnologiyasına əməl olunması şərtilə verilə bilər.

33. Eyni Məcəllənin 56.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və mediada hər il hesabat dərc etdirməlidirlər.

34. Həmin Məcəllənin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.

35. Eyni Məcəllənin 56.1*-cu maddəsinə əsasən tikinti məqsədləri üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ayrılarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə xeyrinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və məbləğdə xidmət haqqı ödəyir. Bu bəndin birinci cümləsində nəzərdə tutulmuş xidmət haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitdən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

36. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

37. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

38. Eyni Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

39. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 4*. Maddə 3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üçdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunur.

41. Maddə 4. Müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir.

42. Maddə 5. Təşkilatçı alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır. Bu sənədlər aşağıdakı məlumatları əks etdirilməlidir: - alqı-satqı və icarə obyekti olan torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin nömrəsi, kadastr məlumatları, yerləşdiyi ərazi (ünvan); - servitutların da göstərildiyi torpaq sahəsinin planı və ölçüsü ; - torpaq vergisinin miqdarı; - alqı-satqı və icarə obyekti olan torpaq sahəsi şəhərin baş inkişaf planının hüdudlarında yerləşdiyi halda şəhərsalma və arxitektura üzrə müvafiq orqanın rəyi; - torpaq sahəsinin ekoloji vəziyyəti haqqında məlumatlar.

43. Maddə 6. Təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun mediada yayılmasını təşkil edir. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir.

44. Göründüyü kimi Sumqayıt bələdiyyəsinin 22 fevral 2*23-cü il tarixli, *2 saylı qərarı ilə Sumqayıt bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan 6** kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə açıq müsabiqənin keçirilməsi, müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə “X3” X8in Sumqayıt Ərazi Torpaq müsabiqə və Hərrac komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır.

45. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Ərazi şöbəsinə müraciət olunmuş və həmin şöbə tərəfindən torpaq sahələri üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmadığı əsas göstərilərək ərizənin təmin edilməsindən imtina edilmişdir.

46. Məhkəmə imtinaya münasibətdə qeyd edir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin yuxarıda qeyd olunan normalarının tələblərindən müəyyən edilir ki, tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə dair Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma və Arxitektura Komitəsinin rəyi bu sahələrin fiziki və hüquqi şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı qəbul edilənə qədər alınır.

47. Həmin qurumun rəyi torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru çərçivəsində alınmalıdır.

48. Bu mərhələdə isə müsabiqə və hərraclar hazırki iş üzrə cavabdeh tərəfindən “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsi Qaydaları” nın tələblərinə uyğun olaraq təşkil edilir. Həmin Qaydalar da isə müsabiqə və hərracların təşkilatçısı tərəfindən torpaq sahəsinin hərraca (müsabiqəyə) çıxarılmasından imtina proseduru ümumiyyətlə nəzərdə tutulmamışdır. Belə ki, müsabiqə və hərracların təşkilatçısı torpaq sahələrinin hərraca çıxarılması üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara dair toplanmış sənədləri hazırlamaqla hərracı təşkil edir və həyata keçirir.

49. Azərbaycan Respublikası Prezidentinin 2**7-ci il *9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamədə Komitənin fəaliyyət istiqamətləri, hüquqları və vəzifələri sırasında yalnız bir halda bələdiyyə tərəfindən ayrılacaq torpaqlarla bağlı rəy verilməsi nəzərdə tutulmuşdur. 5*. Bu da həmin Əsasnamənin 8.2*-5-ci bəndində göstərilən tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu ilə bağlı rəyin verilməsidir.

51. Həmin bəndə əsasən tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək Komitənin vəzifələrinə aid edilmişdir. İstinad olunan normadan göründüyü kimi bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Komitə tərəfindən hələ tikiləcək tikililər üçün öncədən rəy-razılıq verilməsi tələb olunur.

52. Hazırki işin hallarından isə görünür ki, Sumqayıt bələdiyyəsinə məxsus 6** kv.m torpaq sahəsi Zeynal Yunusovun icarəsinə verilmişdir. Torpaq sahəsinin icarə müqaviləsinə əsasən Yunusov Zeynal Yunus oğluna 6** kv.m torpaq sahəsi 1* il müddətinə icarəyə verilmişdir.

53. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3" X8 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən torpağı müsabiqəyə çıxarmaqdan imtina etməklə X1 mülkiyyətində olan Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən 6** kvadrat metr torpaq sahəsi üzərində X1 mülkiyyət (torpağa sərəncam vermək) hüququnun pozulması aradan qaldırılmalı, X1 22 fevral 2*23-cü il tarixli, *2 saylı qərarı ilə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 6** kvadrat metr torpaq sahəsinin həmin bələdiyyə qərarında müəyyən edilmiş qiymət əsasında mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyi cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X8 və “X3” X8 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyasının üzərinə qoyulmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi: 6*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3" X8 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən torpağı müsabiqəyə çıxarmaqdan imtina etməklə X1 mülkiyyətində olan Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən 6** kvadrat metr torpaq sahəsi üzərində X1 mülkiyyət (torpağa sərəncam vermək) hüququnun pozulması aradan qaldırılsın. X1 22 fevral 2*23-cü il tarixli, *2 saylı qərarı ilə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 6** kvadrat metr torpaq sahəsinin həmin bələdiyyə qərarında müəyyən edilmiş qiymət əsasında mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyi cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X8 və “X3” X8 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyasının üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar