Məhkəmə qərarları › İş №2(060)-3709/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3709/2025

19.08.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3709/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı mərhum X8 xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Yetkinlik yaşına çatdıqdan sonra müxtəlif dini məzhəblərə qoşulmuş, ərizəçidən isə bunu gizlətmişdir. Həmin ərəfələrdə (2013-cü illərdə) ölkədə dini məzhəb altında müxtəlif cərəyanlar yayılaraq, həddi buluğa yeni çatmış cavanların sadəlöhvlüyündən istifadə edib xüsusilə onları cəlb edirdilər. Təəssüf ki, həyat yoldaşı da bu dini cərəyanların qurbanı oldu. Keçmiş həyat yoldaşı mərhum X8 ilə ərizəçi 2012-ci ildə evlənmiş, bu evlilikdən İbrahim adında bir oğlu olmuşdur. Həmin ərəfələrdə keçmiş həyat yoldaşı mərhum İmanov Həzi tez-tez sahibkarlıq məqsədi üçün xaricə səfər etmək istədiyini bildirmiş, qonşu ölkələrdə sahibkarlığın daha da əlverişli olduğuna ərizəçini inandıraraq, 2013-cü ildə maşın almaq bəhanəsi ilə Gürcüstana, ordan Türkiyəyə keçmiş, Türkiyədən isə Suriya Ərəb Respublikasında radikal qruplaşmalarda iştirak etmişdir. Keçmiş həyat yoldaşı mərhum X1 gedəndə sonra həyat yoldaşı olaraq ərizəçinin də Suriyaya gəlməli olduğumu bildirmişdir. Bundan sonra ərizəçi oğlu İbrahimlə birlikdə Suriyaya getmişlər. Onların növbəti övladı Məryəm Türkiyədə dünyaya gəlmişdir. Suriyada yaşadıqdan bir müddət sonra, 2016-cı ilin yay aylarında X8 döyüşlərin birində yaralanmış, 3-4 gün komada qalmış, komadan ayıla bilməmiş və vəfat etmişdir. Onunla birgə gedən silahdaşları onu dəfn etdilər. Ərizəçi ilk öncə keçmiş həyat yoldaşının ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdim. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6744/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Həzi İmanov barəsində hər hansı məlumatın alınması üçün hüquq-mühafizə orqanlarına müraciət edilməsi barədə sənəd əlavə edilməməsi səbəbindən geri qaytarılmışdır. Bundan sonra ərizəçi ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 20 noyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarda araşdırma zamanı X2 xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası ərazisi hüdudlarından kənara çıxdığı, bundan savayı hər hansı məlumatın olmadığı bildirilir. Daha sonra ərizəçi ərizə ilə Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişdir. Ərizəçinin yazılı müraciətinə yazılı cavab verilməsə də, nömrədən zəng vurularaq özünü DTX-nın əməkdaşı kimi təqdim edən şəxs ərizəsi ilə bağlı bildirdi ki, Suriyaya gedən vətəndaşlarla bağlı müharibənin olması səbəbindən hər hansı məlumat əldə etmək mümkün deyil. Nəhayət ərizəçi Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X2 Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı müvafiq səlahiyyətli dövlət orqanı (Miqrasiya Xidməti və s.) tərəfindən iddia qaldırılıb-qaldırılmadığı, belə bir iddia verildiyi təqdirdə həmin qətnamənin surətinin iddiaçıya təqdim olunmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, X8 adlı şəxsin Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı məhkəmədə hər hansı mülki iş aşkar edilməmişdir. Bundan sonra mən keçmiş həyat yoldaşının xəbərsiz itkin düşmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin bu dəfə də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1474/2025 saylı qərardadı ilə ərizəsi geri qaytarıldı. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən mərhum X2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 111977 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 mart 2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası isə Ərizəçidır.

8. İş materiallarında olan Maraqlı şəxs şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV № 338451 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 avqust 2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası isə Ərizəçidır.

9. İş materiallarında olan Maraqlı şəxs şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV № 338451 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 noyabr 2018-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası isə Ərizəçidır.

10. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV № 547386 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 13 fevral 2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası isə Ərizəçidır.

11. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)- 766/2021 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, Həzi İmanov “Cəbəl Əkrad” dağının Kıbbeyni təpəsində gedən döyüşlərdə həlak olmuşdur.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

13. Həmin qərardan görünür ki, Ərizəçi h/yoldaşı Həzi İmanovun 2013-cü il tarixdə özü ölkə hüdudlarından kənara çıxmış, sonradan yoldaşının Suriya Respublikasında olduğunu biləndən sonra özü də onun yanına gedərək 2 il orada yaşamış, həmin vaxtlarda yoldaşının hərbi əməliyyatlar zamanı həlak olduğunu görmüş və geri ölkəsinə qayıtdığını, etdiyi müraciətdə h/yoldaşı Həzi İmanovun itkin düşmədiyini, Suriya Respublikasında həlak olduğunu özü təsdiqlədiyi üçün itkin düşmə kimi qiymətləndirilə bilməz, həmçinin Həzi İmanovun sonuncu dəfə xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası ərazisi hüdudlarından çıxdığı təsdiqlənmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-16-5-7-29xx/xx/2024 saylı məktubundan görünür ki, vəfat etmiş X2 ölümünün qeydiyyata alınması ilə bağlı saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə təqdim etdikləri ərizəyə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydiyyatı ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

15. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X8 adlı şəxsin Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi barədə məhkəmədə hər hansı mülki iş aşkar edilməmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-13- 58/2-24411/25 saylı məktubdan görünür ki, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 9-cü mikrorayon, ev 42, mənzil 22-də qeydiyyatda olan X8 barəsində Sumqayıt şəhər Polis İdarəsində axtarış işi açılmamışdır.

17. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-38-33/2- 2351/25 saylı məktubdan görünür ki, X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2013-çıxış kimi məlumat qeyd alınmışdır.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.

20. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

21. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

23. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.

25. Göründüyü kimi, şəxsin ölmüş elan edilməsi yuxarıda yuxarıda qeyd edilən norma iki müstəqil əsas nəzərdə tutmuşdur. Şəxsin həyat üçün təhlükəli şəraitdə itkin düşməsi halında ölmüş elan edilmə və şəxsin harada olması barədə 5 il ərzində məlumatın olmaması şəraitində. İkinci halda, qanunverici itkin düşmə şəraitini nəzərə alaraq, ölmüş elan edilmə üçün daha qısa müddət nəzərdə tutmuşdur. Bu əsaslardan hər hansı biri müstəqil şəkildə mövcud olarsa, şəxs məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Hazırkı işdə ikinci halın mövcud olması müəyyən edilir. Belə ki, şəxs uzun illər əvvəl, ərizəçinin deməsinə görə 2013-cü ildə ölkəni tərk edib getmiş və bir daha geri qayıtmamışdır. İş üzrə verilən sorğuların cavabları da ərizənin dəlillərinə tənqidi yanaşılması üçün əsas vermir. Çünki, barəsində ərizə verilən şəxsin göstərilən tarixdə anadan olması, Azərbaycan Respublikasında ailəsinin olması və daimi yaşaması müəyyən edilir, eyni zamanda isə onun 2013-cü ildən sonra Azərbaycana gəlməsi müəyyən edilmir. Ona görə də, məhkəmə hesab edir ki, ərizənin dəlilləri maddi hüquq normaları baxımından əsaslıdır.

26. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X2 ölmüş elan edilməsi iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, xüsusi icraat qaydasında verilmiş ərizə təmin olunmalı, qətnamənin qanuni qüvvəyə mindiyi gün xx.xx.1988-ci il tarixdə anadan olmuş X2 ölüm günü hesab edilməlidir.

27. Məhkəmə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında qeydə alınmaya və akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılmasına əsaslardan biri məhkəmənin qətnaməsidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X8 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün 16 iyun 1988-ci il il təvəllüdlü X2 ölüm günü hesab edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında X2 ölməsi barədə qeyd aparılması və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar