Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-371/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi doğumun akt qeydininbərpa edilməsi (Maraqlı şəxs) tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci il tarixdə Ermənistan SSRİ-nin Qafan şəhərində anadan olmağına dair doğum aktı qeydinin qeydə alınması faktının və doğum haqqında akt qeydlərində ata qrafasında Quliyev Alahquli İsax oğlu, ana qrafasında X2 qeyd olunmasına dair doğum haqqında akt qeydinin bərpa olunması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan SSRİnin Qafan şəhərində anadan olmuş və buna dair ərizəçiyə Qafan şəhər VVAQ orqanı tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. 1966-cı ildə valideynləriylə birlikdə Sumqayıt şəhərinə köçmüş, burada boya-başa çatmış, orta məktəbə getmiş, ali təhsil almış və işləyərək yaşamışdır. Daha sonra 1999-cu ildə ölkə hüdudlarını tərk edərək xarici ölkəyə getmişdir. Hazırda o, doğum aktı qeydi ilə bağlı iş üzrə maraqlı tərəf Maraqlı şəxsnə müraciət etsə də, şöbədə bununla bağlı araşdırma apararaq, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyatı şöbəsinin arxivində saxlanılmadığından müraciətinin təmin edilməsinin mümkün olmadığı, bu səbəbdən də məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Halbuki, ərizəçinin xx.xx.1965-ci il tarixdə Ermənistan SSRİ-nin Qafan şəhərində anadan olmağını ona verilən doğum haqqında şəhadətnamə və digər sənədlər ilə öz təsdiqini tapır. Doğum haqqında şəhadətnamənin olmaması iddiaçıya bir sıra məsələləri realizə etmək üçün ciddi çətinliklər yaradır. Onu da qeyd edir ki, məhkəmə qaydasında doğum aktı qeydinin bərpası ərizəçiyə şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. Qeyd olunan şəhadətnamə olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmir. Məhkəmədə ərizəçinin vəkili Vəkil məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Babayev Nəriman Balaca oğlu bildirdi ki, ərizəçi onun bacısı oğludur. O, Qafanda doğulmuşdur. Ərizəçi atası Quliyev Alahquli anası Quliyeva Rayadır. Sonradan onlar Sumqayıt şəhərinə köçmüşdürlər. Ərizəçi mütəmai olaraq yay aylarında Sumqayıta gəlir və onlarla birlikdə qalır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, № 3-16-5/8-Ə-37xx/xx/2024 nömrəli məktubundan görünür ki, müraciətə əsasən Maraqlı şəxs arxivində saxlanılan ilkin və doğum bərpa akt qeyidləri eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ərizəçiyə izah edilmişdir ki, doğum faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquq vardır. - Azərbaycan Respublikası Miqrasiya Xidməti xx.xx.2024-cü ******* saylı qərarından görünür ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 03 sentyabr 2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edildiyindən 03 sentyabr 2024-cü il tarixli ərizə baxılmamış saxlanılmışdır. - XVİ-ЖГ 629485 saylı SSSR Vətəndaşının pasportunun sürətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan SSRİ-nin Qafan şəhərində doğulmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Qafan şəhərində doğulmuşdur, atası Quliyev Alahquli İsax oğlu, anası X1r. - Sumqayıt Nikah Evi tərəfindən verilmiş tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Alahqulu oğlu ilə Quliyeva (Şamxalova) İlahə Şamxal qızı arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 50 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Quliyev Allahquli İsax oğlu xx.xx.1989-cu il tarixində kəskin ürək damar çatışmazlığından ölmüşdür. - Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Ərizəçi barəsində Sumqayıt ŞPİ-də təqsirləndirici material və digər xarakterizə edən məlumatlar qeydə alınmamışdır. - Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Ərizəçi barəsində hər hansı cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. - Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, cavab məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Babayev Novruz Qulu oğlu dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müxtəlif vaxtlardan ölkə ərazisinə giriş-çıxışlarının olduğu müəyyən olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1965-ci il tarixdə Ermənistan SSR-nin Qafan şəhərində doğulması faktı müəyyən edilməli, ata adı qrafasında Quliyev Alahquli İsax oğlu, ana adı qrafasında isə X2 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan SSR-nin Qafan şəhərində doğulması faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1965-ci il”, doğulduğu yer “Ermənistan SSR-nin Qafan şəhəri”, ata qrafasında “Quliyev Alahquli İsax oğlu”, ana qrafasında “X2” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-371/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-371/2025
30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver