Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3738/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 Səfıyar qızına və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh1 Səfıyar qızına və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 38/A, mənzil 13 mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzili 27.02.2021-ci ildə, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi əsasında Cavabdeh1 Səfıyar qızından almış, həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən 12.03.2021-ci ildə Çıxarış verilmişdir. “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin 13-cü bəndinə görə satıcı(lar) 3 (üç) ay müddətinə yəni, 27 may 2021-ci ilə qədər qeydiyyatdan çıxmalı olduğu halda hal-hazıradək mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləridir. Bundan əlavə mülkiyyətində olan mənzildə Cavabdeh4 azyaşlı övladı 15.08.2007-ci il təvəllüdlü Mürsəlov İlkin Elvin oğlu da qeydiyyatdadır. Cavabdehlərin mənzilində qeydiyyatda olmaları onun mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 Səfıyar qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onun azyaşlı övladı 15.08.2007-ci il təvəllüdlü Mürsəlov İlkin Elvin oğlunun Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 38/A saylı evin, 13-cü mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Səfıyar qızı məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərmişdir ki, mübahisəli mənzili satıblar, hazırda başqa ünvanda yaşayırlar. Cavabdehlərdən Əmrah həyat yoldaşı, Günel gəlini, Elvin isə oğlu, İlkin isə nəvəsidir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazı olmadığını bildirdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və Cavabdeh1 Səfıyar qızının izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 27 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əslindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 38/A saylı evin, 13 saylı mənzilini cavabdeh X1 51500 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 38/A saylı evin, 13 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 12.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş 11.01.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 Səfıyar qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onun azyaşlı övladı 15.08.2007-ci il təvəllüdlü Mürsəlov İlkin Elvin oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 38/A saylı evin, 13 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, 9 saylı MKS tərəfindən verilmiş 05.05.2021-ci il tarixli forma 2 saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 Səfıyar qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onun azyaşlı övladı Mürsəlov İlkin Elvin oğlu Sumqayıt şəhəri, 9cu mikrorayon (köhnə), 38/A saylı evin, 13 saylı mənzilində mənzilə hüququ olmayanlar kimi qeydiyyatdadırlar. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşadığı yer sayılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehlərin qeydiyyatda olduğu ünvanda yaşamamaları, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olmaları, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, cavabdehlər Cavabdeh1 Səfıyar qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onun azyaşlı övladı 15.08.2007-ci il təvəllüdlü Mürsəlov İlkin Elvin oğlunun Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 38/A saylı evin, 13 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Səfıyar qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onun azyaşlı övladı 15.08.2007-ci il təvəllüdlü Mürsəlov İlkin Elvin oğlunun Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 38/A saylı evin, 13 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3738/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3738/2021
05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver