Məhkəmə qərarları › İş №2(060)-3738/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3738/2022

01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3738/2022 01.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi X4 iştirakı ilə Ərizəçi X4 maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X10 ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1955-ci il tarixdə Kəlbəcər rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsinə, adının “Məlahət” deyil, “Hədiyyə” kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X10 ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1955-ci il tarixdə Kəlbəcər rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsinə, adının “Məlahət” kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1955ci il tarixdə Kəlbəcər rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsinə, adının “Məlahət” kimi qeyd edilməsinə, atasının adı “X11” anasının adı “X5” kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, X10 xx.xx.1955-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur. Özünə məxsus “doğum haqqında şəhadətnaməni müharibə şəraiti zamanı itirmişdir. Hal- hazırda sənədi təkrar ala bilmir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən müəyyən problemlərlə rastlaşır. Bunun üçün o, doğum haqqında akt qeydinin bərpa olunması üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 13, saylı xx.xx.1955-ci il tarixli doğum haqqında akt qeydində uşaq adı “Məlahət” kimi qeyd edilmişdir. xx.xx.1978-ci il tarixdə verilmiş İV-JQ № 705345 ömrəli SSRİ vətəndaşlığı pasportunda adı “Hədiyyə" kimi qeyd edilmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xahişi təmin olunmamış və ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkməyə müraciət edir. Bildirir ki, hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Doğum haqqında şəhadətnamənin olmaması ona bir sıra hüquqlarını realizə (etmək üçün ciddi çətinliklər yaradır. Ona görə də hesab edir ki, doğum haqqında akt qeydi məhkəmə tərəfindən bərpa olunmalıdır. Doğum haqqında akt qeydinin bərpası ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, onun xx.xx.1955-ci il tarixdə Kəlbəcər rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsinə, adının “Məlahət” kimi qeyd edilməsinə, atasının adı “X11” anasının adı “X5” kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ərizəçi onun bibisi qızıdır, adı Ərizəçidır. Ərizəçi doğulandan ona Məlahət deyə müraciət etmişlər. Məlahət xx.xx.1955-ci il tarixdə Kəlbəcər rayonunda anadan olub. X3, anası X2r. Ərizəçi hazırda Sumqayıt şəhərində yaşayır, bir oğlu var. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Cahangir qızı ifadəsində göstərdi ki, ərizəçi onun bibisi qızıdır. Ərizəçi Məlahət xx.xx.1955-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur. O, onlara məlum olmayan səbəblərə görə doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçi hazırda bir övladı ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Əri rəhmətə gedib. Məhkəmə Ərizəçi, şahidlər Şahid1 və Şahid2 Cahangir qızını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Kəlbəcər Rayon Qeydiyyat şöbəsinin X6 ünvanladığı xx.xx.2021-ci il tarixli, 487 saylı məktubundan görünür ki, xx.xx.1955-ci ildə Kəlbəcər rayonu Kəlbəcər kəndində anadan olmuş Ərizəçi (Hədiyyə) Zal qızının doğum haqqında akt qeydi və 1962-ci ilə aid (Məlahət adından Hədiyyə adına düzəliçdən edilmiş) doğum haqqında akt qeydi Kəlbəcər rayon qeydiyyat şöbəsində aşkar edilməmişdir. Belə ki, Kəlbəcər rayonu işğal olunan zaman qeydiyyat şöbəsinin arxiv sənədlər işğal ərazisində qalmışdır. İş materiallarında olan AZ-İİ, №233557 saylı, xx.xx.2009-cu il tarixli “doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 aid doğum haqqında şəhadətnamənin ana qrafasında ərizəçinin adı “X10” kimi qeyd edilmişdir. İş materiallarında olan V-JQ № 351207 saylı, xx.xx.1990-cı il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin doğum tarixi xx.xx.1955-ci il, doğulduğu yer “Kəlbəcər rayonu, Kəlbəcər kəndi, adı “X10” kimi qeyd edilmişdir. İş materiallarında olan İV №043204 saylı “Diplom”un surətindən görünür ki, ərizəçi “X10” kimi qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsinin X6 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 13 saylı, xx.xx.1955-ci il tarixli doğum haqqında akt qeydində uşaq adı “Məlahət” kimi qeyd edilməsinə baxmayaraq xx.xx.1978-ci il tarixdə verilmiş İV-JQ № 705345 nömrəli SSRİ vətəndaşlığının pasportunda adı “Hədiyyə”kimi qeyd edilmişdir. Azəbaycan Respublikası Nazirlər Kobinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ına əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən ^əyata keçirilir.Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya .ətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirir ki, təqdim etdikləri sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydində adının “Məlahət”dən,”Hədiyyə”yə dəyişdirilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyən edən sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aid olduğu üçün aidiyəti üzrə məhkəməyə müraciət edə bilər. İş materiallarında “Doğum aktı qeydi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1955ci il tarixdə anadan olmuş, ata qrafasında-X13, ana qrafasında-X9 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Xəlilova Hədiyyə (Məlahət) Zal qızının ölkə ərazisində qeydiyyatı barədə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur. İV-JQ 705345 nömrəli köhnə nümunəli SSRİ pasportu xx.xx.1977-ci il tarixdə Kəlbəcər rayon X15 ayrılmışdır. Kəlbəcər RDİŞ-nin kartotekası işğal altında olan ərazidə qaldığı üçün qeyd olunan pasportun kimin adına verilməsini müəyyən etmək mümkün olmamışdır. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər Şahid1 və Şahid2 Cahangir qızı ifadə verərək Ərizəçi həqiqətən də 20 yanvar 1955-ci ildə Kəlbəcər rayonunda doğulması faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1955-ci ildə Kəlbəcər rayonunda doğulması faktı müəyyən edilməli, doğum faktı qeydin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilərkən, adının “Məlahət” kimi qeyd edilməli, ata qrafasında X11, ana qrafasında X5 göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1955-ci ildə Kəlbəcər rayonunda doğulması faktı müəyyən edilsin. Ərizəçi xx.xx.1955-ci ildə Kəlbəcər rayonunda doğulması, akt qeydinin bərpa edilsin və yeni doğum haqqında şəhadətnamə verilsin, yeni doğum haqqında şəhadətnamə verilərkən adı “Məlahət” kimi qeyd edilsin, ata qrafasında X11, ana qrafasında X5 göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar